Məhkəmə qərarları › İş №3(3-6)-1643/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1643/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1643/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan görünür ki, inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 71440.44 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 71440.44 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməmiş və inzibati xətanın olmaması əsası ilə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Həmin qərardan Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx-6” MMC tərəfindən həyata keçirilmiş avans ödənişi müqabilində mallar müəyyən edilmiş müddətdə ölkəyə idxal olunmamış, həmçinin köçürülmüş vəsaitin geri qaytarılması təmin edilməmişdir. Beləliklə, qeyd olunan inzibati xətanın obyektiv tərəfi tam şəkildə mövcud olduğundan, hüquqi şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Göründüyü kimi, "xxxx-6” MMC tərəfindən inzibati məsuliyyətdən yayınmaq məqsədilə malların ölkəyə idxal edilməməsinin logistika şirkətində yaranmış problemlərlə bağlı olmasına dair məktub məhkəməyə təqdim edilmiş, lakin birinci instansiya məhkəməsi həmin məktubun inzibati məsuliyyəti istisna edən hal olub-olmamasını araşdırmadan, eləcə də işin hallarını tam, obyektiv və hərtərəfli qiymətləndirmədən inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam vermişdir. Halbuki, iş materialları ilə müəyyən olunur ki, ##.##.2024-cü il tarixli köçürmə üzrə avans qaydasında ödənilmiş 71,440.44 ABŞ dolları məbləğində vəsait müqabilində malların idxalı həyata keçirilməmiş, həmçinin həmin vəsaitin geri qaytarılması təmin edilməmişdir. Bu baxımdan, "xxxx-6” MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati XətalarMəcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi tam mövcud olduğundan, hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilməli idi. Beləliklə, hakimin sözügedən işin faktiki hallarına düzgün qiymət verməməsi nəticədə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə baxış iclasının yeri və vaxtı haqqında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı məlumat verməmişdir. ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi icraata xitam verilməsi barədə qərarını belə əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “xxxx 6” MMC-nin qanunla müəyyən edilmiş müddətdə malların ölkəyə idxal edilməsi ilə bağlı “X1 LLC”-nin təqdim etdiyi məktuba əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, “X1” LLC tərəfindən “xxxx-6 LLC”-yə göndərilmiş məktubdan görünür ki, ##.##.2024 tarixli YPG******** nömrəli müqaviləyə əsasən idxal olunmalı olan elektrik mallarının, işıqlandırma avadanlıqlarının və kiçik tikinti mallarının çatdırılmasında gecikmə baş vermişdir. Gecikmənin əsas səbəbləri logistika problemləri, gömrük yoxlamalarının uzadılması, daşınma zamanı gecikmə, istehsalçı tərəfində gecikmə və Iran Islam Respublikasında baş verən siyasi hadisələrdir. Təsvir edilənlər belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxs “xxxx 6” MMC ilə xarici şirkət arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, “xxxx 6” MMC-nin mal almaq niyyəti olmuş və malları almış, həmin şirkət isə ödənilən pulun müqabilində malları idxal etmək niyyətində olmuş, lakin özlərindən asılı olmayan səbəblərdən malların çatdırılmasında gecikmə baş vermişdir. Işin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs “xxxx-6” MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən aşağıdakı sadalanan sübutlara istinad etmişdir. Iş materiallarında olan “X1” LLC tərəfindən “xxxx-6 LLC”-yə göndərilmiş məktubdan görünür ki, ##.##.2024 tarixli YPG******** nömrəli müqaviləyə əsasən idxal olunmalı olan elektrik mallarının, işıqlandırma avadanlıqlarının və kiçik tikinti mallarının çatdırılmasında gecikmə baş vermişdir. Gecikmənin əsas səbəbləri logistika problemləri, gömrük yoxlamalarının uzadılması, daşınma zamanı gecikmə, istehsalçı tərəfində gecikmə və Iran Islam Respublikasında baş verən siyasi hadisələrdir. Hazırda bu məsələ ilə bağlı zəruri tədbirlər görülməkdədir və malların yaxın zamanda çatdırılması gözlənilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs “xxxx” MMC ilə xarici şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqaviləni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, “xxxx” MMC-nin mal almaq niyyəti olmuş və malları almış, həmin şirkət isə ödənilən pulun müqabilində malları idxal etmək niyyətində olmuş, lakin özlərindən asılı olmayan səbəblərdən malların çatdırılmasında gecikmə baş vermiş, gecikmənin əsas səbəbləri logistika problemləri, gömrük yoxlamalarının uzadılması, daşınma zamanı gecikmə, istehsalçı tərəfində gecikmə və Iran Islam Respublikasında baş verən siyasi hadisələr göstərilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi iş materialları ilə öz sübutunu tapmır. Belə ki, “xxxx” MMC tərəfindən logistik və digər sadalanan problemlərin mövcudluğunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, logistika problemləri, gömrük yoxlamalarının uzadılması, daşınma zamanı gecikmə bildirilsə də, həmin malların istehsalçı ölkə tərəfindən ümumiyyətlə 2 il ərzində daşınmaya təqdim edilməsi barədə hər hansı sənəd və ya digər sübut təqdim edilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan sənədlərə nəzər saldıqda “xxxx-6” MMC tərəfindən həyata keçirilmiş avans ödənişi müqabilində malların müəyyən edilmiş müddətdə ölkəyə idxal olunmadığını, həmçinin köçürülmüş vəsaitin geri qaytarılmasının təmin edilmədiyini müəyyən etmək mümkündür. Birinci instansiya məhkəmə nəticədə yanlış olaraq inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlib. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibinin əlamətləri faktiki olaraq mövcud olsa da hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, pul köçürmə əməliyyatı yerinə yetirildiyi gündən, yəni ## ###### 2024-cü ildən 2 il ərzində ölkəyə mal idxal olunmalı və ya pul qayıtmalı idi. Deməli inzibati xəta ## ###### 2026-cı ildə törədilmişdir. ## ###### 2026-cı il tarixli EP ******* nömrəli protokol tərtib edilmişdir. Bu iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin son günü ## ### 2026-cı ildir. Göründüyü kimi iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6-cı maddəsi: bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Beləliklə hüquqi şəxs inzibati xətanı törətməkdə təqsirli hesab edilsə də, iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ## ###### 2026-cı il tarixli EP ******* nömrəli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar