Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1644/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədzadə Günəş Hüseyn qızının iştirakı ilə, Məmmədzadə Günəş Hüseyn qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədzadə Günəş Hüseyn qızı ## ###### 2026-cı il tarixdə saat 01:00 radələrində etibarnamə ilə idarə etdiyi BMW 528 markalı ** QE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev prospektində üzü şəhər istiqamətində hərəkətdə olan zaman idarə etməni itirmiş və yolun sol istiqamətində olan ara kəsmələrə çırpilmışdır. Çırpılma zamanı arakəsmədən çıxan dəmir parçası “KIA” Optima markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə çırpılmış və şüşə parçalanıb zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 üzərinə tökülmüşdür. Məmmədzadə Günəş Hüseyn qızının barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ü.H.Mirzəyeva) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Məmmədzadə Günəş Hüseyn qızı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Qərardan, Məmmədzadə Günəş Hüseyn qızı apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli qərarının dəyişdirilməsini və ona həmin maddə çərçivəsində cərimə cəzasının təyin olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: G.H.Məmmədzadə şikayətini onunla əsaslandırmışdır ki, barəsində tədbiq edilmiş cəza ilə razılaşmır və hesab edir ki, haqqında tədbiq edilmiş cəza çox ağırdır. Belə ki, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, ilk dəfə inzibati xəta törətmiş və əməlindən səmimi peşmandır. Məhkəmə qeyd olunan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq onun barəsində cərimə cəzası təyin edə bilərdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi onun nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırarkən nə səbəbdən məhz bu cəzanın təyin edilməli olmasını əsaslandırmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədzadə Günəş Hüseyn qızı şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, Inzibati Xətalar qanunvericiliyinin tələblərinə əsasən, sürücü Məmmədzadə Günəş Hüseyn qızının yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual qərarların qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, AZ-İ seriyalı ****** nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adı ## ###### 2026-cı il tarixdə Ruqiyyədən Günəşə dəyişdirilmişdir. ## #### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Məmmədzadə Günəş Hüseyn qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialın Suraxanı RPI-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsi tərəfindən tərtib olunan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinəyə dair ## ###### 2026-cı il tarixli protokollardan görünür ki, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1 və Məmmədzadə Günəş Hüseyn qızı hadisə zamanı ayıq olmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol yanağın yumşaq toxumasının əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş ## ###### 2026-cı il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişin olduğu avtomaşına dəmir parçasının dəyməsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deyildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol səthin yumşaq toxumasının hematoması, burunun sol yan səthinin səthi əzilmiş yarası, sol əlin arxa səthinin qançırı, və səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş ## ###### 2026-cı il tarixdə tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşına dəmir parçasının dəyməsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deyildir. Birinci instansiya məhkəməsi Məmmədzadə Günəş Hüseyn qızının barəsində qərar qəbul edərkən, sübutlara və işin faktiki hallarına məcmu halında qiymət verərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə təqsirli bilinməsi haqqında düzgün nəticəyə gəlmiş, bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Məmmədzadə Günəş Hüseyn qızının barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 3, 4, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədzadə Günəş Hüseyn qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədzadə Günəş Hüseyn qızının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1644/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1644/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver