Məhkəmə qərarları › İş №3(3-6)-1645/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1645/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1645/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35000,00 (otuz beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7000,00 (yeddi min) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı əsassızdır.Tətbiq olunmuş tənbeh tədbirinin heç bir faktiki və hüquqi əsası yoxdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Kənd Təsərrüfatında istifadə olunan mineral gübrələr, dərman və digər bitki mühafizə vasitələrini xaricdən idxal edərək, ölkə ərazisində satışı ilə məşğuldur. Türkiyə Respublikasında qeydiyyatdan keçən və orada fəaliyyət göstərən “İnnogen Tarım Tic. Limited” şirkəti ilə də ## ###### 2023-cü il tarixli, ## ###### 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli olmaqla ayrı-ayrı 3 alqı-satqı müqavilələri bağlayıb. ## ###### 2023cü il tarixli müqaviləyə əsasən “İnnogen Tarım Tic. Limited” şirkətinə 06. 12. 2023-cü il tarixində 25000,00 (iyirmi beş min) ABŞ dolları, 07. 12. 2023-cü il tarixində isə 30480.15 (otuz min dörd yüz səksən ) ABŞ dolları olmaqla, ümumilikdə 55480.15 (əlli beş min dörd yüz səksən) ABŞ dolları vəsait köçürülüb. ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən İnnogen Tarım Tic. Limited” şirkətinə ## ###### 2024-cü il tarixində 25000 (iyirmi beş min) ABŞ dolları, ## ###### 2024-cü il tarixində isə 43844 (qırx üç min səkkiz yüz qırx dörd) ABŞ dolları olmaqla, cəmi 68844,8 (altımış səkkiz min səkkiz yüz qırx dörd) ABŞ dolları ödəniş edilib. ## ###### 2024cü il tarixli müqaviləyə əsasən də ## ###### 2024-cü il tarixində İnnogen Tarım Tic. Limited” şirkətinə 35000 (otuz beş min) ABŞ dolları köçürülüb. Yəni, ## ###### 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli müqavilələr üzrə ümumilikdə 103844.80 (bir yüz üç min səkkiz yüz qırx dörd) ABŞ dolları məbləğində vəsait satıcıya köçürülüb. Həmin mallar bir yük maşınında ölkəyə gətirildiyinə görə 15. 02. 2024-cü il tarixli bir gömrük bəyannaməsində qeyd edilməklə rəsmiləşdirilib (bəyannamədə də göstərilib). İnnogen Tarım Tic. Limited” şirkətinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 3 (üç) müqavilə üzrə 5 (beş) dəfəyə olmaq şərti ilə, ümumilikdə 159324.95 (yüz əlli doqquz min üç yüz iyirmi dörd, 95 sent) ABŞ dolları ödənilib. Həmin ödənişlərə görə alınan mallar da ##.##.2023-cü il tarixli və 15. 02. 2024cü il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilib. “xxxx” ASC tərəfindən verilmiş 11. 03. 2026cı il tarixli, BŞ-XO-##.#.****-*** nömrəli sənəddə də qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İnnogen Tarım Tic. Limited” şirkətinə 5 (beş) dəfəyə olmaq şərti ilə, ümumilikdə 159324.95 (yüz əlli doqquz min üç yüz iyirmi dörd, 95 sent) ABŞ dollarında vəsait ödənilib. Yəni, ödənilən bütün vəsait üzrə mallar rəsmi şəkildə alınaraq, ölkəyə gətirilərək, gömrük bəyannamələri ilə rəsmiləşdirilib. Bütün bunlar göstərir ki, MMC “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə əməl edib. Suraxanı Rayon Məhkəməsi isə faktiki hala yəni, ödənilən vəsaitə uyğun alınan mala görə yox, gömrük bəyannaməsində olan texniki uyğunsuzluğa əsaslanaraq MMC haqqında cərimə inzibati tənbeh tədbiri haqqında qərar qəbul edib. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya icraatı çərçivəsində ##.##.2026-cı il tarixli, ************** nömrəli gömrük bəyənnaməsini və “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubunu təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayətinə əlavə edilmiş ************** saylı bəyannamə onun tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, müvafiq mallar inzibati xəta tərkibi yanandan sonra, yəni ## ###### 2026-cı tarixdən sonra ## #### 2026-cı il tarixində idxal edilmişdir. Bu səbəbdən Mərkəzi Bankın protokolu və birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. İşin materiallarını araşdırıb aşağıda göstərilən əsaslara görə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan inzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35000,00 (otuz beş min) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında baş vermişdir; “xxxx” ASC tərəfindən Protokol tərtib edən orqanlar ünvanlanan ##.##.2026-cı il tarixli məktubdan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35000,00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüş, qabaqcadan ödəniş günündən 02 il keçmiş, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim edilməmişdir; ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35000,00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, hüquqi ünvanı AZ1042, Bakı şəhəri, Suraxanı rayonu, Samir Əliyev küçəsi, ev 520K-dır; Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Protokol tərtib edən orqanlar ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Bu baxımdan qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında icraat aparılan MMCnin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən ##.##.2026-cı il tarixli, ************** nömrəli gömrük bəyənnaməsini və “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubu təqdim edərək avans ödənişi edilən mallar üzrə gömrük bəyənnaməsinin vaxtında tərtib edildiyini qeyd etmiş və cəmiyyət tərəfindən heç bir hüquq pozuntusuna yol verilmədiyi bildirmişdir. Məhkəmə təqdim edilmiş ##.##.2026-cı il tarixli, ************** nömrəli gömrük bəyənnaməsini və “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubunu iş materialları ilə birlikdə nəzərdən keçirib qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan cəmiyyətin avans ödəniş kimi ödədiyi məbləğin aid olduğu alqı-satqı müqaviləsi 24-##.##.2024-cü il tarixə aid olmaqla, həmin müqavilə üzrə gömrük bəyənnaməsi ən geci ## ###### 2026-cı il tarixdə təqdim edilməli idi. Halbuki təqdim edilmiş ************** nömrəli gömrük bəyənnaməsi isə ##.##.2026-cı il tarixə aid olmaqla, inzibati xəta tərkibi yaranandan təqribən 5 ay sonra tərtib edilmişdir. Bu baxımdan apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin dəlillərini və öz mövqeyinin əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək əsaslı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35000,00 (otuz beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7000,00 (yeddi min) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35000,0 (otuz beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7000,0 (yeddi min) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar