Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1646/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl qızı (bundan sonra – zərərçəkmiş şəxs), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxxBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ) direktoru X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxsin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon İcra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda sonuncunun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədində (bundan sonra – həmin icra sənədi) göstərilmiş sənədləri təqdim etməməklə, həmin icra sənədini üzrsüz səbəbdən icra etmədiyi göstərilmiş, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl qızının verdiyi şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs publik hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən ibarət olan materiallar yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Zərərçəkmiş şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun əmək kitabçası və əmək haqqı məbləğlərinə dair sənədlərlə 29 il 6 ay müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsndə işləməsi sübut edilir. Lakin həmin müəssisənin rəhbərliyi bu barədə sənədləri məhkəməyə qəsdən təqdim etməməklə iş üzrə icra sənədini qərəzli olaraq icra etmir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs şikayətinin dəlillərinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ həmin icra sənədi üzrə təqdim etməli olduğu sənədlərin 2012-2023-cü illərə aid olan hissələrini təqdim etsə də, 1994-2012-ci illərə aid olan hissələrini təqdim etməmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-in direktoru X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 izahatlarında birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasına Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, məhkəməyə bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. - 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İş materiallarından görünür ki, həmin icra sənədinə əsasən Zərərçəkmiş şəxs İsmayıl qızına dair 1994-2018-ci ilə qədər ştat cədvəlinə uyğun vəzifə, vəzifə maaşı, iş növbəsi haqqında cədvəllər, əmək növbəsində işləməsi barədə tabel cədvəlləri, əmək haqqının ərizəçiyə aid ödəniş cədvəlləri, əmək haqqına əlavələr edilməsinə dair ödəniş cədvəlləri barədə tabellər, əgər bu sənədlərin hər hansı biri Xətai Rayon * saylı Uşaq Evinin arxivində olmazsa, onların müvafiq qurumların arxivinə təhvil verilməsini təsdiq edən sənəd (təhvil-təslim aktı və s.) Xətai Rayon * saylı Uşaq Evi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin 1994- 2012-ci ilə dair sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qənaətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsinin obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmaması, həmçinin, hüquqi şəxsin əməlində icra sənədinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən edilmədiyinə əsaslanmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Qeyd olunan, eləcə də, iş üzrə toplanmış digər sübutların məcmusu ilə ## ####### 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisənin baş verməsi, həmin xətanın törədilməsində qənaətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ–nin təqsirli olması sübuta yetirilir. Belə ki, qənaətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və bildirişi alsada, icra sənədi üzrə öhdəliyini icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qənaətini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası, yəni Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməsi qanuni və əsaslı olmamış, birinci instansiya məhkəməsinin qeyd olunan nəticəsi işin müəyyən olunmuş halları ilə uzlaşmır. Odur ki, apellyasiya şikayətinin dəlili əsaslı sayılmalıdır. Buna baxmayaraq qeyd olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilsə də, eləcə də həmin maddə ilə təqsirli sayılsada, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 38.1-ci madəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər”. Həmin Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Məhkəmə hesab edir ki, PHŞ Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xəta haqqında protokol tərtib edildiyi tarixədən dörd aydan artıq müddət keçdiyindən, bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin müəyyən olunmuş faktiki hallarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisənin törədilməsində təqsirli olsa da, qanunun qeyd olunan normalarına əsasən həmin xətanın törədildiyi vaxtdan, yəni ## ####### 2025-ci ildən hazırki vaxtadək 9 ayadək müddət keçdiyindən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməlidir. Məhkəmənin qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyini, yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını, onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olduğunu göstərir. Qanunun qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1646/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1646/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver