Məhkəmə qərarları › İş №3(3-6)-1647/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1647/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1647/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Şərur Vəkil bürosunun vəkili X6 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Bakı Regional Bölməsinin (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə “Nar Çiçəyim” restoranında su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması faktı aşkar edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 262.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verib, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, nəzarət xidmətinin nümayəndəsi obyektdə yoxlama apararkən qanunun tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli, ##.##.2014-cü il tarixli “Sudan İstifadə Qaydaları”nın Su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən X4 Müəssisəsinin (bundan sonra - STKM) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Mübahisəli inzibati xəta haqqında protokol səlahiyyətli orqanın nümayəndələri tərəfindən tərtib edilmiş, lakin yoxlayıcı orqan sahibkarlıq subyekti olan mülkiyyətçiyə məxsus qeyri-yaşayış sahəsində keçirdiyi həmin yoxlamalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən inzibati xəta haqqında MN seriyalı ******* saylı protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini yəni, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakının təmin edilməməsi, protokolun bir tərəfli qaydada tərtib edilməsi kimi faktlara qiymət verməmiş və nəticədə tərəflərin bərabərlik prinsipini pozmaqla qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iş üzrə həmin protokol və birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya məhkəmə iclasına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X6 verilmiş şikayətin məzmununa uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 262.3-cü maddəsinə əsasən, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7-ci maddəsi və "Sudan istifadə Qaydaları"na * nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Həmin protokola əlavə edilmiş fotoşəkillər yuxarıda göstərilən aktda qeyd edilən faktların yoxlama zamanı mövcud olmasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş, ## ##### 2026-cı il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında ## #### 2026-cı il tarixdə “Nar Çiçəyim” restoranında su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun az miqdarda talanması faktının aşkar edildiyini müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar