Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1650/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün ##.##.2025-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ədalətsiz və qərəzlidir, işə baxan məhkəmə onun tərəfindən təqdim olunan sübutları düzgün qiymətləndirmədən qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolda həkimə getməyə ehtiyacı olmadığını, spirtli pivə içdiyini qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında da bir gün əvvəl 3 bokal pivə içdiyini etiraf etdi. İş materiallarında olan ##.##.2026-cı il tarixli alkotesterin göstəricisindən görünür ki, müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanında alkoqolun konsentrasiyası 0,490 promilli müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında ##.##.2026-cı il tarixli protokol təqdim edərək sərxoş olmadığını bildirsə də, sonuncunun təqdim etdiyi həmin protokoldan yoxlamanın saat 11:11-də keçirildiyi görünür. Lakin inzibati xəta haqqında protokoldan və YPX inspektoru tərəfindən təqdim edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan hadisənin həmin gün saat 08:44-də baş verməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, İXM-nin 96.2-ci maddəsinə əsasən şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən belə imtina verilməmişdir. Ona görə də qanuna zidd olaraq əldə edilmədiyinə görə alkotesterin nəticəsi olan qəbz və barəsində protokol tərtib etmiş şəxsin izahatı sübut qismində qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən, “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; -12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1650/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1650/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver