Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1651/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. “Tələbin könüllü icrası” haqqında ##.##.2026-cı il tarixli № e******/****-15-18 saylı bildirişdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X.K.Əlisoy) ## ### 2026-cı il tarixli qərarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayətində göstərmişdir ki, ##.##.2026cı il tarixdə məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla qarşılıqlı razılıq əldə etmiş və həmin razılığa əsasən Razil məhkəməyə bildirmişdir ki, icra sənədi üzrə 4.464 manat məbləğində borc vəsaitini iki ay müddətində hissə-hissə ödəyəcəkdir. Eyni zamanda Razil məhkəməyə rəsmi ərizə yazıb bildirmişdir ki, ## ### 2026-cı il tarixdə ona 1.000 manat, ## ### 2026-cı il tarixdə isə 1.000 manat verəcək, yerdə qalan məbləği isə 2 ay müddətində hissə-hissə ödəyəcəkdir. Lakin ## ### 2026-cı il tarixdə Razil ona qarşılıqlı razılıq üzrə vəd etdiyi 1.000 manat məbləğində pulu verməmişdir. Eyni zamanda Razilin hazırda icra sənədi üzrə 2.000 manat məbləğində pulu verməməsinə baxmayaraq, qalan 2.464 manat məbləğində pulu verməkdən də tamamilə imtina edir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında məsuliyyətdən yayınmaq və ona yüngül cəza verilməsi üçün yalandan icra sənədi üzrə 4.464 manat məbləğində pulun ödənilməsi barədə vədlər vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunmuş inzibati tənbeh tədbirinin 1 ay həbslə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi, tərəflərin izahatlarına, araşdırılmış sübutlara, habelə iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mövcudluğunu, habelə barəsində tətbiq edilmiş inzibati tənbehin növünü və həddini işin hallarına görə, qanunvericiliyin tələbləri baxımından düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi öz hüdudları daxilində fiziki şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutan iki növ (cərimə və inzibati həbs) tənbeh tədbiri müəyyən etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2012-ci il qərarında qeyd edilir ki, “Icra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. “Icra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qeyd olunan müddəaların məzmunundan belə məlum olur ki, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tələbkarın şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərkən daha ciddi inzibati tənbeh tədbiri ilə, yəni həbslə tənbeh edilməməsi və nisbətən daha yüngül tənbeh tədbiri olan cərimə ilə tənbeh edilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticə yaradır ki, bu da gələcəkdə lazımi nəticə vermədikdə borclunun cinayət məsuliyyətinə cəlb edilməsinin təminatı qismində çıxış edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinə ciddi əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21ci maddəsinin tələbləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbeh növünün tətbiq edilməsini inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri baxımından düzgün müəyyənləşdirmiş və qanunun tələblərinə əməl etmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1651/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1651/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver