Məhkəmə qərarları › İş №3(3-6)-1652/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1652/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1652/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X1 (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXMin) 333.1-ci maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarix, saat 23:30-da “Changan Qiyuan A05 Plug in Hibrid” minik markalı, **-QV- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonunda sərxoş vəziyyətdə idarə etməsinin müəyyən edildiyi göstərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, ## ##### 2026-cı il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Polis əməkdaşı onu alkotester vasitəsilə yoxlamaq istəyəndə sərxoş vəziyyətdə olmamasına əmin olduğuna görə yoxlamaya etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən təzyiq olunmuş, izahat yazmalı olduğu deyilmişdir. Alkotester müayinəsinin nəticəsindən narazı qalıb həkim müayinəsindən keçmiş, bu zaman onun sərxoş vəziyyətdə olmadığı müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında onun həkim müayinəsinin nəticəsinə dair tərtib edilmiş protokolu əsassız olaraq nəzərə almamışdır. Göstərdiklərinə əsasən iş üzrə səlahiyyətli orqanın onun barəsində tərtib etdiyi protokolu, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Hazırki apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: - 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını, yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - ## ##### 2026-cı il tarix, saat 23:32-də səlahiyyətli orqanın əməkdaşı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkotesterlə müayinə edilməsi zamanı sonuncunun qanında alkoqolun konsentrasiyasının 0,463 promil olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsən yazdığı izahatında spirtli içki – çaxır içdiyini, alkotesterin nəticəsi ilə razı olduğunu, həkim müayinəsindən keçməyə ehtiyacının olmadığını göstərmişdir (alkotesterlə müayinəyə dair ## ##### 2026cı il tarixli sənədə və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” ## ##### 2026-cı il tarixli, İXP seriyalı, ***** nömrəli protokola əsasən). - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarix, saat 04:00-da həkim müayinəsindən keçirilərkən ayıq olmuşdur (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, */***** nömrəli tibbi müayinə protokoluna əsasən). - Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, alkoqolun miqdarının 1 saata orta hesabla 0,1-0,2 promil azalması nəzərə alınaraq, ## ##### 2026-cı il tarix, saat 23:32 və ## ##### 2026-cı il tarix, saat 04:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aid keçirildiyi göstərilmiş müayinələrin nəticələri arasında ziddiyyət yoxdur (“xxxx” PHŞ-in verdiyi oxşar məzmunlu rəyə əsasən). Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən sübut növlərinə və onların əsasında müəyyən edilmiş işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki,: - iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, */***** nömrəli protokolda ## ##### 2026-cı il tarix, saat 04:00-da sonuncunun tibbi müayinəsi zamanı ayıq vəziyyətdə olmasının göstərilməsi onun müvafiq inzibati məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. - Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Beləliklə, sonuncunun verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar