Məhkəmə qərarları › İş №3(3-6)-1654/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1654/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1654/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Qərarından şikayət verilən orqan “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi (direktoru) Qərardan şikayət verən orqan (şəxs) barəsində 1.000 (bir min) manat cərimə tətbiq edilməsinə dair ## ####### 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmamışdır. Hazırkı iş üzrə “Əmək və Məşğulluq” altsistemindəki müqavilələrə baxış keçirilərkən faktiki olaraq işçilərin əməkhaqları minimum əmək haqqından (dörd yüz manat) az olduğu müəyyən edilmişdir. Bununla da işəgötürənin əsas vəzifələrindən biri olan Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsi yerinə yetirilməmişdir. Xidmətin ##.##.2025-ci il tarixli , MN ******* nömrəli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməməsi nəticəsində işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində təsbit olunan tələblərin yerinə yetirilməməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqının verilməsi səbəbindən, nəticədə IXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyi pozulmaqla əmək münasibətlərinə ziyan vurulmuşdur. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan X6 Xidmətinin ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, “X7” MMC ilə vətəndaş X2 arasında minimum əməkhaqqından aşağı məbləğə əməkhaqqı barədə müqavilənin mövcud olması səbəb ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 192.3-cü maddəsi ilə 1.000 (bir min) manat inzibati cərimə edilmişdir. Bəyannamələr, vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi X1 tərəfindən “X7” MMC-ə ünvanlanmış “xxxx” məktubdan görünür ki, MMC-nin fəaliyyəti ##.##.2025-ci il tarixdən ##.##.2020-ci il tarixə qədər dayandırılmışdır Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş Idarəsinin rəis müavini X1 tərəfindən “X7” MMC-ə ünvanlanmış “xxxx” məktubdan görünür ki, MMC-nin fəaliyyəti ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixə qədər dayandırılmışdır. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş Idarəsinin rəis müavini X1 tərəfindən “X7” MMC-ə ünvanlanmış “xxxx” məktubdan görünür ki, MMC-nin fəaliyyəti ##.##.2026-cı il tarixdən ##.##.2126-cı il tarixə qədər dayandırılmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi (direktoru) qismində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərir və “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. X2 ilə əmək müqaviləsi MMC təsis edilən zaman bağlanmış və həmin dövrdə minimum əmək haqqı 150 manat olmuş, lakin müəssisə fəaliyyət göstərmədiyi üçün S.Bayramovaya əmək haqqı hesablanmamışdır. Iş materiallarından da müəyyən edildiyi kimi X6 Xidmətinin ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli qərarı qəbul edilən zaman “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş və hazırda mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarda göstərildiyi kimi “X7” MMC ilə vətəndaş X2 arasında minimum əməkhaqqından aşağı məbləğə əməkhaqqı barədə müqavilə bağlanması halı müəyyən edilmir. Inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şikayətin dəlillərində göstərilən xüsusatlar iş materialları ilə təsdiqini tapmır. Bu və yuxarıda qeyd edilən səbəblərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, inzibati araşdırmanın aparılması üçün yenidən materialın səlahiyyətli orqana qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar