Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1656/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 11.000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs xeyrinə tutulması və iddianın verilməsi üçün ödənilmiş 147 manat məbləğində dövlət rüsumu cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənillməsi qət edilmişdir. “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinin könüllü icrası haqqında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmişdir. Bakı şəhər Nərimanov rayon Icra Şöbəsinin icra məmuru X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Tələbkar Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi ##.##.2025-ci il tarixdə Nərimanov rayon Icra Şöbəsinin icra məmuru X1 icraatına daxil olmuşdur. Bu müddət ərzində 1.000 manat, ikinci ödəniş isə ## ### 2025-ci il tarixdə, yəni məhkəmənin keçirildiyi gün Icra şöbəsinin depozit hesabına yerləşdirməklə guya könüllü icranı təmin etdiyini bildirmişdir. Məhkəmə gəldiyi qənaətinə görə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, borcun bir hissəsini ödəmişdir. Iş materiallarında olan sənədlərdən görünür ki, borclu ümumi borcdan 1.000 manat məbləğində ödəniş etmişdir. Həmçinin icra məmuru və borclu məhkəmə iclası zamanı bildirmişdir ki, bu gün 1.000 manat ödəniş etmiş, lakin qarşı tərəfin kartına köçürmə etmək mümkün olmamışdır. Eyni zamanda, şəxs ona məxsus nəqliyyat vasitəsini təqdim etməkdən boyun qaçırmır və icra məmuru tərəfindən də əmək haqqına yönəldilmə edilmişdir. Əlavə olaraq, şəxs maaşdan əlavə 300 manat vəsait ödəməyi də məhkəməyə bildirmişdir. Qeyd edilənlərdən görünür ki, şəxsin əməlində üzrsüz səbəbdən icra etməmək elementi mövcud olmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat başladıldıqdan sonra müəyyən məbləğdə ödəniş etməsi, məhkəmədə yalnış fikir formalaşdırmaqla onu deməyə əsas verir ki, onun kifayət qazancı var, 28 May küçəsində onun turizm və avia biletlərin satışı ilə məşğul olan ofisi vardır. Yuxarıda göstərilən xiisusatlar araşdırılmadan, obyektivlik təmin edilmədən, qətnamənin qərəzli şəkildə icra edilməməsi, qətnamənin xəyali xarakter alacağı nəzərə alınmadan, tələbkarın maraqlarına zərər vurduğuna qiymət verilmədən hazırki nəticəyə gəlinməsi qanunsuz və əsassızdır. Sadalananlardan da göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.****-cı saylı qərarı “Icra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2017-ci il tarixli Qərarında qeyd edilmiş qətnamənin səmərəli icrasını təmin etmək məqsədinə xidmət etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayəti müdafiə edərək təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun qəbul edilmiş qərar olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və işin hallarına istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin ləğv edilməsinə heç bir əsas vermir. Belə ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya baxışı zamanı da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması iş materialları, məhkəmə sənədləri və “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi ilə müqayisədə istisna edilmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və inzibati iş üzrə tərtib edilmiş ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Zərərçəkmiş şəxs (ələbkar) Zərərçəkmiş şəxs şikayəti təmin edilməsin. Inzibati iş üzrə tərtib edilmiş ## ### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1656/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1656/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver