Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1657/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Icra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon Icra şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Instagram” sosial şəbəkəsindəki “bouquet.aze” adlı hesab barədə “Instagram” və onun daxil olduğu “xxxx” şirkətinə şikayət xarakterli müraciətlər edilməsi qadağan edilmişdir. Icra məmuru tərəfindən tərtib edilmiş protokolda iddia edilmişdir ki, guya o, həmin qadağadan sonra da “bouquet.aze” hesabı barədə xxxx/Instagram platformasına şikayət xarakterli müraciətlər etmiş və bunun nəticəsində həmin səhifə bağlanmışdır. Lakin iş materiallarında onun ##.##.2026-cı il tarixində və ya hər hansı başqa tarixdə xxxx/Instagram platformasına konkret şikayət göndərməyini təsdiq edən birbaşa, mötəbər və yoxlanıla bilən sübut yoxdur. Məhkəmə isə bu zəruri sübutun olmamasına baxmayaraq, təqsiri barədə nəticəyə gəlmişdir. Məhkəmənin nəticəsi sübuta deyil, ehtimala əsaslanmışdır. Inzibati məsuliyyətə cəlb edilmə üçün şəxsin konkret hüquqazidd əməli törətməsi sübut edilməlidir. Hazırkı işdə isə aşağıdakı suallar cavabsız qalmışdır: 1. xxxx/Instagram platformasına şikayət hansı elektron poçt ünvanından göndərilmişdir? 2. Şikayətçi kimi kimin adı göstərilmişdir? 3. Şikayətin təqdim edildiyi IP ünvanı kimə məxsusdur? 4. Şikayət hansı istifadəçi hesabı vasitəsilə göndərilmişdir?
5. Həmin şikayətin mətnində onun adı, imzası, elektron ünvanı və ya ona məxsus digər identifikasiya məlumatı varmı? 6. xxxx tərəfindən təqdim edilmiş rəsmi cavabda şikayətçinin şəxsiyyəti müəyyən edilibmi? 7. Icra məmuru xxxx/Instagram platformasına rəsmi sorğu veribmi? 8. Əgər veribsə, həmin sorğuya cavab alınıbmı? 9. Əgər cavab alınıbsa, həmin cavab iş materiallarına əlavə edilibmi? Bu sualların heç birinə məhkəmə qərarında aydın, konkret və sübuta əsaslanan cavab verilməmişdir. Məhkəmə sadəcə belə nəticəyə gəlmişdir ki, əmtəə nişanı onun adına qeydiyyatda olduğundan üçüncü şəxsin həmin şikayəti verməsi “inandırıcı deyil”. Halbuki inzibati məsuliyyət ehtimal, məntiqi güman və ya “inandırıcı deyil” kimi subyektiv yanaşma əsasında yarana bilməz. Əgər şəxs inzibati məsuliyyətə cəlb edilirsə, onun konkret əməli birbaşa sübutla təsdiq edilməlidir. Hazırkı işdə isə onun xxxx/Instagram platformasına müraciət etməyi sübut olunmamışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, əgər ona məxsus məlumatların başqa şəxslər tərəfindən qanunsuz istifadə edildiyini iddia edirsə, bunu sübut etmək yükü onun üzərinə düşür. Bu yanaşma inzibati xəta haqqında icraatın əsas prinsiplərinə ziddir. Inzibati məsuliyyətə cəlb edilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə, inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu və şəxsin həmin əməli törətdiyini sübut etmək icraatı aparan orqanın və ittiham xarakterli protokolu tərtib edən vəzifəli şəxsin üzərinə düşür. Hazırkı halda ondan “şikayəti etmədiyini” sübut etmək tələb edilə bilməz. Sübut edilməli olan məsələ onun həmin şikayəti etməyidir. Bu isə iş materialları ilə təsdiq olunmur. Beləliklə, məhkəmə təqsirsizlik prezumpsiyasını faktiki olaraq tərsinə çevirmiş, “sübut edilməyən təqsir” əvəzinə “sübut edilməyən təqsirsizlik” məntiqindən çıxış etmişdir. Bu isə inzibati icraatın hüquqi təbiəti ilə bir araya sığmır. Məhkəmə qərarında göstərilmişdir ki, mübahisəli “Bouquet” əmtəə nişanı onun adına qeydiyyatda olduğundan üçüncü şəxsin ona məxsus sənədlərdən istifadə edərək şikayət verməsi inandırıcı deyil. Bu nəticə hüquqi baxımdan əsassızdır. Əmtəə nişanının onun adına qeydiyyatda olması avtomatik olaraq xxxx/Instagram platformasına edilən hər bir şikayətin onun tərəfindən edildiyini sübut etmir. Əgər hansısa hesab xxxx tərəfindən bağlanıbsa, bu faktın özü də şikayətin məhz onun tərəfindən edildiyini sübut etmir. Bunun üçün xxxx-dan rəsmi məlumat alınmalı, şikayətçinin identifikasiyası aparılmalı, şikayətin məzmunu və göndərilmə texniki məlumatları araşdırılmalı idi. Məhkəmə bu araşdırmanı aparmamış, icra məmuru da belə bir mötəbər sübut təqdim etməmişdir. Inzibati xəta haqqında iş üzrə qərar yalnız sübut olunmuş hallara əsaslana bilər. Protokol və məhkəmə qərarında guya sonuncu şikayətin ##.##.2026-cı il tarixində edildiyi göstərilsə də, qərarın mətnində “##.##.2025-ci il” tarixi də qeyd edilmişdir. Bu ziddiyyət texniki səhv kimi qiymətləndirilsə belə, inzibati xəta haqqında işdə belə ziddiyyətlərin aradan qaldırılması zəruri idi. Çünki inzibati xəta üzrə əməl, onun vaxtı, yeri, üsulu və subyekti dəqiq müəyyən edilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixlidir. Əgər protokolda və ya məhkəmə qərarında göstərilən tarixlərdən biri ##.##.2025-ci il kimi qeyd olunursa, bu, ümumiyyətlə icra sənədindən əvvəlki dövrə aid olan faktı ifadə edir və belə fakt üzrə IXM-nin 528.1-ci maddəsi tətbiq edilə bilməz. Məhkəmə bu ziddiyyəti araşdırmamış, protokolun faktiki dəqiqliyini yoxlamamış və nəticədə inzibati məsuliyyət üçün mühüm əhəmiyyət daşıyan halları tam müəyyən etməmişdir. Hazırkı işdə icra sənədinin mövcudluğu mübahisələndirilmir. Lakin mübahisələndirilən əsas məsələ onun həmin icra sənədində qadağan edilmiş hərəkəti etməyidir. Yəni işdə əsas sübut olunmalı məsələ budur: o həqiqətən xxxx/Instagram platformasına “bouquet.aze” hesabı barədə şikayət xarakterli müraciət edibmi? Bu məsələ sübut edilməmişdir. Məhkəmə bunu sübut edən xxxx cavabı, texniki məlumat, elektron müraciət, şikayət forması, IP məlumatı, e-mail ünvanı, hesab məlumatı və ya digər obyektiv sübut göstərməmişdir. Belə olan halda IXM-nin 528.1-ci maddəsinin obyektiv və subyektiv tərəfi sübut olunmuş sayıla bilməz. Məhkəmə qərarında xxxx şirkətinin Əqli Mülkiyyət Siyasətinə və email məlumatlarına istinad edilmişdir. Lakin bu sənədlər yalnız ümumi proseduru göstərə bilər. Onlar konkret olaraq ##.##.2026-cı il tarixində şikayətin onun tərəfindən edildiyini sübut etmir. xxxx platformasının ümumi qaydalarında hüquq sahibinin şikayət verə bilməsi göstərilə bilər. Lakin bu, konkret halda şikayəti məhz hüquq sahibinin verdiyini sübut etmir. Bundan əlavə, rəqəmsal platformalarda şikayətlərin nümayəndə, hüquqşünas, agent, başqa fiziki şəxs, texniki istifadəçi və ya üçüncü şəxslər tərəfindən göndərilməsi mümkündür. Məhkəmə bu ehtimalları araşdırmamışdır. Əgər məhkəmə xxxx-nın siyasətinə istinad edirsə, o zaman xxxx-dan rəsmi məlumatın alınması daha da zəruri idi. Lakin belə rəsmi məlumat iş materiallarında yoxdur. Məhkəmə qərarında tərəflər arasında kommersiya və əqli mülkiyyət mübahisələrinin mövcud olması onun “birbaşa motivə malik olmağı” kimi qiymətləndirilmişdir. Bu yanaşma əsassızdır. Tərəflər arasında məhkəmə mübahisəsinin olması şəxsin inzibati xəta törətməsini sübut etmir. Əgər belə yanaşma qəbul edilərsə, hər bir kommersiya mübahisəsində tərəflər avtomatik olaraq bir-birinə qarşı törədilən hər hansı hərəkətdə təqsirli hesab edilə bilər. Bu isə hüquqi dövlət və ədalətli icraat prinsipləri ilə bir araya sığmır. Motiv yalnız digər sübutlarla birlikdə qiymətləndirilə bilər. Hazırkı işdə isə əsas sübut yoxdur. Motiv sübutu əvəz edə bilməz. Məhkəmə onu vəzifəli şəxs qismində məsuliyyətə cəlb etmiş və barəsində 1200 manat cərimə tətbiq etmişdir. Bu nəticə də əsassızdır. Əvvəla, icra sənədində qadağa onun fərdi sahibkar kimi hansısa inzibati-idarəetmə səlahiyyətimə deyil, konkret fiziki şəxs kimi davranışına yönəlmişdir. Qadağa “Instagram” və “xxxx” şirkətinə şikayət xarakterli müraciət etməməkdən ibarətdir. Belə müraciətin edilib edilməməsi şəxsin sahibkarlıq fəaliyyətinin idarəetmə funksiyası kimi qiymətləndirilə bilməz. Ikincisi, məhkəmə yalnız VÖEN-in mövcudluğuna əsaslanaraq onu vəzifəli şəxs kimi qiymətləndirmişdir. Halbuki VÖEN-in mövcudluğu istənilən halda hər bir hərəkətin avtomatik olaraq vəzifəli şəxs qismində törədilməsi demək deyildir. Bunun üçün konkret əməl sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bilavasitə bağlı olmalı və həmin status üzrə törədilməlidir. Üçüncüsü, əgər məhkəmə inzibati xəta tərkibinin mövcud olduğunu qəbul etsəydi belə, ən azı onun fiziki şəxs qismində məsuliyyət məsələsini qiymətləndirməli idi. Lakin məhkəmə bu istiqamətdə kifayət qədər əsaslandırma aparmamışdır. Beləliklə, vəzifəli şəxs qismində 1200 manat cərimə tətbiqi qanuni və əsaslı deyildir. Məhkəmə bir tərəfdən qeyd edir ki, əvvəlki qərar yalnız ##.##.2026-cı il tarixində qanuni qüvvəyə mindiyindən həmin hal ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Digər tərəfdən isə yenidən cərimə tətbiq edilməsini onun “təkrar qanunazidd davranışdan çəkindirilməsi” məqsədi ilə əsaslandırır. Bu yanaşma daxili ziddiyyət yaradır. Əgər əvvəlki qərar ##.##.2026-cı il tarixli hadisə zamanı hələ qanuni qüvvəyə minməmişdisə, həmin qərarın mövcudluğu onun hüquqi vəziyyətini ağırlaşdıran və ya daha sərt yanaşmanı əsaslandıran hal kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, məhkəmə iş materiallarında məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədiyini qeyd etsə də, faktiki olaraq daha sərt yanaşma tətbiq etmiş və 1200 manat cərimə təyin etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Icra Şöbəsinin böyük icra məmuru X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs (tələbkar) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və ## #### 2026-cı il tarixdə elektron qaydada məhkəmə ünvanladığı ərizəsində ailə məsələləri ilə bağlı Bakı şəhərindən kənarda olduğunu və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikrini nəzərə alaraq, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35 ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarına əsasən IXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Işdə olan Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli icra sənədində göstərilən tələbi qərəzli surətdə icra etmir. Bununla da o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Işdə olan Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin böyük icra məmuru Vüqar Dəmirçiyev tərəfindən təqdim edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədə göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq edilməsini xahiş edilmişdir. Işdə olan Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli icra sənədinin surətindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Instagram” sosial şəbəkəsindəki “bouquet.aze” adlı hesab barədə “Instagram” və onun daxil olduğu “xxxx” şirkətinə şikayət xarakterli müraciətlər etməsi qadağan edilmişdir. Icra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2025-ci il tarixli «Icraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM–nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi xətanın ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlak vəziyyətini və digər halları, həmçinin onun yenidən qanunazidd davranışdan çəkindirilməsini nəzərə alaraq hesab etmişdir ki, o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməmişdir. Bununla da, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra qeydində göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bundan başqa, işin faktiki hallarına görə, mübahisəli "Bouquet" əmtəə nişanı qanuni olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına qeydiyyatdadır. Üçüncü bir şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus sənədlərdən istifadə edərək zərərçəkmişin hesabını şikayət etməsi və bağlatdıra bilməsi isə inandırıcı deyildir. Əgər cavabdeh ona məxsus məlumatların başqa şəxslər tərəfindən oğurlandığını və ya qanunsuz istifadə edildiyini iddia edirsə, sübutetmə yükü onun üzərinə düşür, lakin o, bununla bağlı məhkəməyə heç mötəbər bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə şikayətçinin vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir və tərəflər arasındakı mübahisə də məhz kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Icra məmurunun qanuni tələbinin icra edilməməsi onun şəxsi həyatı ilə bağlı deyil və bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin "Qeyd" hissəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Hakim: Elnur Nuriyev