Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1658/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, şikayətçi Qərardan şikayət verən orqan (şəxs), onun nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin və əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, onun barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, protokolu tərtib etmiş X1, habelə birinci instansiya məhkəməsində protokol və inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxmış Bakı şəhər Xəzər rayon Məhkəməsinin hakimi Elbəy Abdullayev, Emin Rüstəmov və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Kamal Babayev barəsində xidməti araşdırılma aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs), habelə onun nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, şikayət vermiş şəxsin və nümayəndəsinin dəlillərini dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə çıxarılmış TP ******* nömrəli, ##.##.2026-cı il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən hesab etmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ötürülmüş, habelə onun tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə qeyd edilən mövqe ilə razılaşmayaraq hesab edir ki, şikayətin geri qaytarılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, işdə olan materiallardan göründüyü Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə İXM ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, şikayətçi həmin protokolun tərtib edilməsindən bir gün sonra ##.##.2026-cı il tarixdə həmin protokolun qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Məhz həmin şikayət üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati xəta haqqında protokoldan şikayət qanunvericilikdə nəzərdə tutulmadığından onun tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarlmışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş şikayət inzibati xəta haqqında protokoldan olsa belə, məhz şikayətin mahiyyətini onun ##.##.2026-cı il tarixdə, saat 17:40-da Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsi olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, şikayətçi onun tərəfindən törədilməsi istinad edilən inzibati xəta əməlinə münasibətdə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində adekvat addımlar atmışdır və Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə verdiyi şikayəti nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərardan onun tərəfindən şikayətin vaxtında verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, ilkin şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən normaların tələblərinə riayət edilməklə verilmişdir. Məhkəmə isə şikayəti əsassız olaraq geri qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə çıxarılmış TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsini rəhbər tutaraq, Qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə çıxarılmış TP ******* nömrəli, ##.##.2026-cı il tarixli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1658/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1658/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver