Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1662/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2.000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: ## ### 2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş karxanası), ev 187, mənzil 187 VÖEN: ********** olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## ##### 2026-cı il tarixli MN******* nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Gültəkin Əsədova) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN nömrəsi **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2.000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi baxaraq, *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarla “xxxx” MMC-ni Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş və barəsində 2.000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu tamamən əsassız və qanunsuz bir qərardır. Hazırkı qərarla 2.000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməmişdən əvvəl Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə həmin cəriməni şərti olaraq təyin etmişdir. Tərəflərindən bu şərtə əməl olunaraq, mübahisə predmeti olan məhkəmə qərarı çıxarılana qədər ##.##.2026-cı il tarixində sözügedən sənədləri X2 göndərmişlər. Həmin sənədlərin göndərilməsini təsdiq edən poçt qəbzini də qoşma olaraq şikayətlərinə əlavə etmişlər. Lakin, məhkəmə bu halı nəzərə almadan qərar çıxarmaqla hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinə etriaz edərək, şikayətin təmin edilməməsini qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, “xxxx” MMCnin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ## ### 2026-cı il tarixdə elektron qaydada imzalanaraq “xxxx” MMC-ə göndərilmişdir. “xxxx” MMC tərəfindən isə şikayət ## ### 2026-cı il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi “xxxx” MMC 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından “xxxx” MMC tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və “xxxx” MMC-ə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: “xxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. “xxxx” MMC-ə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1662/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1662/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver