Məhkəmə qərarları › İş №3(3-6)-1665/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1665/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1665/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Bakı Baş Gömrük Idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı Baş Gömrük Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01242000128398. 01242000128401, 01242000128399, 01242000128400 sorğu nömrəli gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 18768 (on səkkiz min yeddi yüz altmış səkkiz) manat təşkil edən, ümumilikdə 11.040 (on bir min qırx) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzbati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı Baş Gömrük Idarəsi apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar verərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərtkibi olmadığından AR IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli olduğunu hesab etmişdir. Iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokola əsasən, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən OOO "xxxx" şirkəti arasında bağlanılmış DM-**/** nömrəli ##.##.2025-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük Idarəsində rəsmiləşdirilən 7 (yeddi) gömrük bəyannaməsindən 01242000138959 və 01242000138958 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilərək ixrac edilən malların dəyəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) idxalatçı şirkət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müvəkkil bank hesabına tamamilə köçürülmüş, lakin 01242000128402, 01242000128398, 01242000128401, 01242000128399, 01242000128400 sorğu nömrəli gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 18768 (on səkkiz min yeddi yüz altmış səkkiz) manat təşkil edən, ümumilikdə 11.040 (on bir min qırx) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş materiallarına əlavə edilmiş DGK-nın X4 Sisteminin “Maliyyə əməliyyatları” bölməsinin “konsiqnasiya nəzarət” altbölməsinə keçirilmiş baxış nəticəsində əldə edilmiş çıxarışa əsasən müəyyən edilmişdir ki, milli valyutaya nisbətdə 18768 (on səkkiz min yeddi yüz altmış səkkiz) manat təşkil edən, ümumilikdə 11.040 (on bir min qırx) ABŞ dolları məbləğində pul vəsaiti “xxxx" MMC-nin müvəkkil bank hesabına mallar bəyan olduğu tarixdən 180 gün ərzində köçürülməmişdir. Eyni zamanda DGK-nın X4 Sisteminin “Maliyyə əməliyyatları” bölməsinin “konsiqnasiya nəzarət” altbölməsinə keçirilmiş təkrar baxış nəticəsində müəyyən edildi ki, ##.##.2026-cı il tarixinə, yəni apellyasiya şikayətinin tərtib edildiyi günə milli valyutaya nisbətdə 18768 (on səkkiz min yeddi yüz altmış səkkiz) manat təşkil edən, ümumilikdə 11.040 (on bir min qırx) ABŞ dolları məbləğində pul vəsaiti xxxx" MMCnin müvəkkil bank hesabında köçürülməmiş (qalıq) məbləğ kimi görünür. Beləliklə də, aparılmış araşdrma zamanı müəyyən edilmişdir ki, “xxxx" MMC tərəfindən 01242000128402, 01242000128398, 01242000128401, 01242000128399, 01242000128400 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac edilmiş mallar müqabilində valyuta vəsaitləri malların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında Bakı Baş Gömrük Idarəsi nümayəndəsi X1 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmənin qərarında bu məsələ ilə bağlı hüquqi şəxsin nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Şikayətin dəlilləri ilə müqayisədə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, aparılmış araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli olması müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati iş üzrə toplanmış icraat sənədlərinə və şikayətinin dəlillərinə münasibətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli bilinməsinə əsas yoxdur. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı Baş Gömrük Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar