Məhkəmə qərarları › İş №3(3-6)-1666/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1666/2026

10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1666/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X5, barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) vəkili (nümayəndəsi) Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, DƏMX-nin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq guya”....vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) sabiq işçisi X4 ##.##.2025-ci il tarixdə saat 23 radələrində xəsarət alması ilə nəticələnmiş istehsalatda bədbəxt hadisə ilə bağlı tərtib edilmiş təhqiqat aktına əsasən işəgötürən tərəfindən IZ formasında aktın tərtib edilməsindən boyun qaçırması halının mövcud olduğu məlum olmuşdur və Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. X6 Xidmətinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, sözügedən inzibati xəta haqqında materialın araşdırılması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatı alınmadan, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam, hərtərəfli öyrənilməsi üçün zəruri tədbirlər görülmədən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) DƏMX-də aparılan həmin araşdırma ilə bağlı çağırılmamış, hər hansı bir məlumat verilməmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixli protokolun tərtib olunmasından, sözügedən işlə bağlı təhqiqat aktından xəbərsiz olmuşdur. Həmin təhqiqat aktının surətinin Qərardan şikayət verən orqan (şəxs) çatdırılması qanunla müəyyən olunmuş qaydada təmin olunmamışdır. Əgər sözügedən təhqiqat aktının surəti Qərardan şikayət verən orqan (şəxs) çatdırılmamışdırsa, Adıgözəlov Quliyev həmin təhqiqat aktından xəbərsiz olmuşdursa həmin akta uyğun IZ aktı necə tərtib edə bilərdi? Belə ki, AR IXM-nin 555.2-ci maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Mövcud halda Qərardan şikayət verən orqan (şəxs) əməlində heç bir inzibati xəta hadisəsinin, o cümlədən IXM-nin 555.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində həmin inzibati xəta hadisəsinin tərkibinin olması üçün ilk növbədə sonuncu “bədbəxt hadisənin araşdırılmasının başa çatdırılmasından” xəbərdar olmalı idi. Ikincisi, Qərardan şikayət verən orqan (şəxs) araşdırmanın nəticələrinə dair təhqiqat aktı təqdim olunmalı idi ki, işəgötürən həmin təhqiqat aktına uyğun olaraq Iz formalı akt tərtib edib DƏMXnə təqdim etsin. Lakin Qərardan şikayət verən orqan (şəxs) DƏMX tərəfindən aparılmış araşdırmanın başa çatmasından və müvafiq təhqiqat aktından xəbərsiz olmuş, qanunla müəyyən olunmuş qaydada məlumat verilməmiş və müvafiq sənədlər Qərardan şikayət verən orqan (şəxs) göndərilməmişdir. Inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri IXMdə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. IXM-nin 555.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin sübut olunması üçün izahatlar alınmamış, səthi araşdırma aparılmış, inzibati xəta tərkibinin mövcudluğunun sübut olunması üçün heç bir sübut toplanmamışdır. Odur ki, inzibati orqan X6 Xidməti həmin hissədə iş üçün mühüm əhəmiyyət kəsb edən həmin faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmişdir. ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın baş vermə yeri və tarixi” qeyd olunmamışdır. Sual olunur ki, əgər inzibati orqanın qeyd etdiyi kimi inzibati xəta törədilmişdirsə nə zaman törədilmiş və harada törədilmişdir. Təqdim olunan materiallardan inzibati xətanın nə zaman aşkarlanmasını müəyyən etmək mümkün deyildir. Nəzərə alsaq ki, ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sözügedən “inzibati xəta tərkibinin” vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) sabiq işçisi X4 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı aparılmış təhqiqat zamanı müəyyən edildiyi qeyd olunmuşdur. Sual olunur ki, X4 xəsarət alması ilə bağlı aparılmış təhqiqat araşdırması hansı müddətdə və nə qədər davam etmişdir ki, həmin hadisədən 1 ildən artıq müddət keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Təhqiqat araşdırmasının bu qədər uzun müddətdə davam etməsinin ağlabatan olmamasını nəzərə alaraq, hesab edirik ki, müvafiq inzibati xəta haqqında protokol qanunla müəyyən olunmuş müddətdə tərtib olunmamış, inzibati tənbeh qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmiş və bu hissədə qanunvericiliyin tələbi pozulmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Samirə Məmmədli) şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) vəkili (nümayəndəsi) Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin “Inzibati tənbeh vermə haqqında” ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, X6 Xidmətinin ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq guya “.... vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) sabiq işçisi X4 ##.##.2025-ci il tarixdə saat 23 radələrində xəsarət alması ilə nəticələnmiş istehsalatda bədbəxt hadisə ilə bağlı tərtib edilmiş təhqiqat aktına əsasən işə götürən tərəfindən IZ formasında aktın tərtib edilməsindən boyun qaçırması halının mövcud olduğu məlum olmuş və Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. X6 Xidmətinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, sözügedən inzibati xəta haqqında materialın araşdırılması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) izahatı alınmadan, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam hərtərəfli öyrənilməsi üçün zəruri tədbirlər görülmədən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) DƏMX-də aparılan həmin araşdırma ilə bağlı çağrılmamış, hər hansı bir məlumat verilməmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixli MN ******* nömrəli protokolun tərtib olunmasından, sözügedən işlə bağlı təhqiqat aktından xəbərsiz olmuşdur. Həmin təhqiqat aktının surətinin Qərardan şikayət verən orqan (şəxs) çatdırılması qanunla müəyyən olunmuş qaydada təmin olunmamışdır. Əgər sözügedən təhqiqat aktının surəti Qərardan şikayət verən orqan (şəxs) çatdırılmamışdırsa, Qərardan şikayət verən orqan (şəxs) həmin təhqiqat aktından xəbərsiz olmuşdursa həmin akta uyğun IZ aktı necə tərtib edilə bilərdi?! Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsiə əsasən, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Mövcud halda, Qərardan şikayət verən orqan (şəxs) əməlində heç bir inzibati xəta hadisəsinin, o cümlədən də Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində həmin inzibati xəta hadisəsinin tərkibinin olması üçün ilk növbədə sonuncu “bədbəxt hadisənin araşdırılmasının basa çatdırılmasından” xəbərdar olmalı idi. Ikincisi Qərardan şikayət verən orqan (şəxs) araşdırmanın nəticələrinə dair təhqiqat aktı təqdim olunmalı idi ki, işəgötürən həmin təhqiqat aktına uyğun olaraq IZ formalı akt tərtib edib DƏMXə təqdim etsin. Lakin Qərardan şikayət verən orqan (şəxs) DƏMX tərəfindən aparılmış araşdırmanın başa çatmasından və müvafiq təhqiqat aktından xəbərsiz olmuş, qanunla müəyyən olunmuş qaydada məlumat verilməmiş və müvafiq sənədlər Qərardan şikayət verən orqan (şəxs) göndərilməmişdir. Inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri IXMdə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi toplanmış inzibati xəta haqqında materiala baxaraq gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, IXM-in 555.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin sübut olunması üçün izahatlar alınmamış, səthi araşdırma aparılmış, inzibati xəta tərkibinin mövcudluğunun sübut olunması üçün heç bir sübut toplanmamışdır. Odur ki, inzibati orqan X6 Xidməti həmin hissədə iş üçün mühüm əhəmiyyət kəsb edən həmin faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmişdir. Sabunçu rayon məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarında “...Poçt göndərişinin izlənilməsinə dair məlumatlardan qeyd edilən məktubun aid olduğu SS ********* nömrəli və SS ********* nömrəli kodlar üzrə məktubun çatdırılması nəticəsi yoxlanılan zaman ##.##.2025-ci il tarixdə çatdırıldığı müəyyən edilmişdir...” qeyd olunmuşdur. Lakin qeyd olunan kodlar üzrə məhz hansı məktubun çatdırılması və məktubun kimə çatdırılması müəyyən olunmamışdır. Bir daha qeyd etmək istəyirəm ki, X6 Xidməti tərəfindən ünvanlanmış məktubların heç biri Qərardan şikayət verən orqan (şəxs) şəxsən yaxud ailə üzvlərimə təqdim olunmamışdır. ## ###### 2026-cı il tarixli icrası məcburi göstərişlərlə bağlı məktub isə yaşadığı binanın xadiməsinə verilmiş, sonradan sonuncu tərəfindən ona təqdim olunmuşdur. O, həmin məktuba cavab vermiş, konkret olaraq sözügedən məktub yəni IZ aktın tərtib olunması ilə bağlı məktub ona çatdırılmamışdır. Ola bilsin ki, həmin məktub da binanın xadiməsinə verilmişdir, necə ki, digər məktub kimi. ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın bas vermə veri və tarixi” qeyd olunmamışdır. Sual olunur ki, əgər inzibati orqanın qeyd etdiyi kimi inzibati xəta törədilmişdirsə nə zaman törədilmiş və harada törədilmişdir? Təqdim olunmuş materiallardan inzibati xətanın nə zaman aşkarlanmasını müəyyən etmək mümkün deyildir. Nəzərə alsaq ki, ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sözügedən “inzibati xəta tərkibinin” vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) sabiq işçisi X4 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı aparılmış təhqiqat zamanı müəyyən edildiyi qeyd olunmuşdur. Sual olunur ki, X4 xəsarət alması ilə bağlı aparılmış təhqiqat araşdırması hansı müddətdə və nə qədər davam etmişdir ki, həmin hadisədən 1 ildən artıq müddət keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar qəbul olunmusdur.Təhqiqat araşdırmasının bu qədər uzun müddətdə davam etməsinin ağlabatan olmamasını nəzərə alaraq, hesab edir ki, müvafiq inzibati xəta haqqında protokol qanunla müəyyən olunmuş müddətdə tərtib olunmamış, inzibati tənbeh qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmiş və bu hissədə qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə iclasında bərəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini və inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1.700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsinin rəis müavini Sadiq Əliyevə ünvanladığı ## #### 2025-ci il tarixli, *-**-**/*-***/**** saylı məktubdan görünür ki, X4 əl 1-ci daraq falanqasının yerdəyişmiş sınığı, mil sümüyünün distal ucunun oynaqdaxili az yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bədbəxt hadisənin araşdırılmasının başa çatmasından işəgötürən, yəni Qərardan şikayət verən orqan (şəxs) məlumatlı olmasına baxmayaraq müvafiq akt tərtib edilməmişdir. Belə ki, X6 Xidməti tərəfindən fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) məktub ünvanlanaraq IZ formalı aktın 3 nüsxədə tərtib edilərək X6 təqdim olunması xahiş olunmuş, poçt göndərişinin izlənilməsinə dair məlumatlardan qeyd edilən məktubun ##.##.2025-ci il tarixdə çatdırıldığı müəyyən edilmiş və buna dair qərar qəbul edən orqan məhkəməyə məktubun alınmasını təsdiq edən mötəbər sübut təqdim etmişdir. X3 Müfəttişliyi Xidməti tərəfindən fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış icrası məcburi göstəriş vəzifəli şəxs tərəfindən alınmış, hətta vəzifəli şəxs tərəfindən xidmətə həmin məktuba cavab məktubu da ünvanlanmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmişdir. Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Işəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X6 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X6 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, IZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X6 Xidməti həyata keçirir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edirəm. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. - 555.2-ci maddəsinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə – min beş yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilir ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs olmaqla istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması başa çatdıqdan sonra bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməsi məsuliyyətini daşıyır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar