Məhkəmə qərarları › İş №3(3-6)-1668/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1668/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1668/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi X1, Zərər çəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsi ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)****/**** nömrəli icra vərəqəsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə (hakim Anar İbadzadə) Əhmədov Rövşən Arif oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs şikayət verib birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını qeyd edib qərarın ləğv edilməsini və X2 Arif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində qanunauyğun inzibati həbs tənbehi tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, iş № *(*-**)-****/**** saylı qərarı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əsassız olaraq xitam verilmiş və borclu məhkəmə tərəfindən buraxılmışdır. Birinci instansiya məhkəməsinin qeyd olunan qərarı tamamilə qanunsuz, əsassız və ədalətsizdir, işin faktiki hallarına tamamilə ziddir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Borcun məbləği kəskin həddədir və indiyədək 1 manat belə ödənilməmişdir: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli qətnaməsinə əsasən, borclu M.Tural hər ay 220 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin borclu qərardan qəsdən və qərəzli şəkildə yayınaraq bu vaxta qədər 1 manat belə ödəniş etməmişdir. Hazırda onun aliment üzrə xalis borcu 6300 (altı min üç yüz) manatdan çoxdur. Bu qədər böyük məbləğdə borcu olan və icra sənədinin tələblərini nümayişkaranə şəkildə heçə sayan şəxs barəsində işə xitam verilməsi qanunun aliliyi prinsipinə tamamilə ziddir. Məhkəmə gedisi zamanı borcludan alimenet ödənilməsini qeyd etmişdirmi. Ödənilmədiyi halda hansı haqqla xitam vermişdir. Buna baxmayaraq birinci inistansiya məhkəməsi borclunun alimenet 6300 manat olmasına baxmayaraq övladımın alimenet pulunu məhkəmədə çətinliyə salması deyilmi. Bundan başqa məhkəmə borcludan aliment ödənilməsini tələb etmişdirmi. Bir manat ödəniş edilmədiyi halda hansı qanuna uyğun olaraq borclu barədə işə xitam vermişdir. Bu hakim etik qaydasını pozulması deyilmi Bu baraədə məhkəmə hüququ şurasına məlumatda verilmişdir. Azərbaycan Respublikasının konstitusiyasının təbiət edilir ki Dövlət hər bir şəxsin hüquqlarını müdafiə edir və ona hörmətlə yanaşılır. Lakin Nəsimi rayon məhkəməsi qanunsuz qəraradada qəbul etməsi huquqlarımı pozmuşdur. Belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Nəsimi rayon məhkəməsinin qərardadadı tam ləğv edilməlidir. Borclunun əməliyyat olunma bəhanəsi icradan qərəzli yayınma faktını aradan qaldırmır: Borclu M.Tural məhkəmədə kəskin yırtıq əməliyyatı keçirdiyini və bu səbəbdən işləyə bilmədiyini idarə edərək məsuliyyətdən qaçmağa çalışmışdır. Lakin borcun 6300 manat həddinə çatması uzun bir dövrü əhatə edir. Borclunun müvəqqəti xəstələnməsi və ya əməliyyat olunması onu aylarla, illərlə yığılmış aliment borcunu ödəmək öhdəliyindən və buna görə daşıdığı inzibati məsuliyyətdən azad edə bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bəhanəsi uşağın dolanışığı üçün pul ödənməməsinə qanuni əsas verə bilməz. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və X2 Arif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati həbs tənbehi tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 Arif oğlu məhkəmə iclasında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edib, hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, Əhmədov Rövşən Arif oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra vərəqəsindən görünür ki, ##.##.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli. *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ##.##.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2023-ci il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan QAZ 3302 18 YÜK markalı, **CZ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Gülnar K.N məxsus bank kartına 100 manat ödənilmişdir. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs boğulmuş ventral yırtığı diaqnozu qoyulmuşdur. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, icra sənədi üzrə ödəniş etmişdir. İcra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Məhkəmə bu halları nəzərə alıb borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmamaq kimi qiymətləndirilmiş və bu əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Halbuki iş materiallarından olan və birinci instansiya məhkəməsi zamanı icra məmurunun özünün izahatından müəyyən edilir ki, borclu icra sənədi üzrə az miqdarda ödəniş etsə də, bu icra sənədinin tam icrası üçün yetərli olmamışdır. Tələbkar borcun tam ödənilməsini tələb edir. Bu da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzrlü səbəb olmadan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayındığına dəlalət edən haldır. Bununla yanaşı qeyd olunmalıdır ki, Əhmədov Rövşən Arif oğlunun icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında göstərmişdir ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, borclunun uzun müddət ərzində borclu olduğu məbləği ödəməkdən yayınmasına və az miqdarda ödəniş etməsinə tənqidi yanaşmamışdır. İXM-in 135.1.2-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Əhmədov Rövşən Arif oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Əhmədov Rövşən Arif oğlunun barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Əhmədov Rövşən Arif oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar