Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1671/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, İmanov Arif Vədail oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, İmanov Arif Vədail oğlu ## ###### 2025-ci il tarixdə saat 23:25-də Bakı şəhəri, Niyazi 11 ərazisində “Kia Sorento minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İmanov Arif Vədail oğlu şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət qanunvericilik normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə şikayət təmin edilərək, İmanov Arif Vədail oğlu barəsində Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı “Elektron məhkəmə” informasiya sisteminə ## ##### 2026-cı il tarixdə yerləşdirilmiş, Baş Dövlət Yol Polisi İdarəsinə ## ##### 2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə, icra edilməsi üçün isə ## ### 2026-cı il tarixdə poçt vasitəsilə göndərilmişdir. Lakin həmin qərardan şikayət ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətlə bərabər, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməmişdir. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Məhkəmə onu da nəzərə alır ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarını məhz aldıqdan 10 gün müddətində apellyasiya şikayəti verməsini təsdiq edən hər hansı digər dəlil mövcud deyil. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verilmiş şikayət inzibati xəta haqqında materiallarla birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1671/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1671/2026
10.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver