Məhkəmə qərarları › İş №3(3-6)-1672/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1672/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1672/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X2, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3, müəyyən e t d i m: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol Polis Idarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin texniki vasitələrdən istifadə edilməklə Baş Dövlət Yol polisi idarəsinin əməkdaşı X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli IXP ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində həmin Məcəllənin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilmişdir. Həmin qərar əsassızdır, prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyası aşağıdakı kimidir: “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə" mübahisələndirilən qərarın qəbul edilməsinə heç bir əsas olmamış, avtomobilə məxsus 24 saat 360 dərəcə çəkiliş videosundan görünür ki, dövlət yol polis əməkdaşı əsassız yerə protokol tərtib etmiş, belə ki, qeyd olunan ərazidə ( azneftin dairəsi adlanan ərazidə) sağdan gələn avtomobil üçün heç bir maneə yaranmamış, həmin avtomobil heç bir əyləcdən istifadə etməmiş, yol patrul əməkdaşı mənim avtomobilimə yaxınlaşıb saxla əmri verəndən sonra yol patrul əməkdaşının qeyd etdiyi avtomobil sonradan keçib getmişdir. Belə olan halda hansı yolayrıcını keçmə qaydalarının pozulmasından söhbət gedə bilər? Çünki Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi dispozitiv xarakter daşıyır və məhz “yolayrıcını keçmə qaydalarının pozulması"nı nəzərdə tutur. Qeyd olunan şəraitdə nəqliyyat vasitəsinin digər yeni sağdan gələn avtomobil ilə dairə arasında 150 metrdən artıq məsafə olmasını, heç bir təhlükə olmadığından, bundan başqa həmin avtomobilin dairəyə daxil olmasından ötrü tənzimlənən yol ayırıcı olduğundan, videoda göründüyü kimi bütün avtomobillərin işıqforun qırmızı işığında dayandığını nəzərə alaraq həmin maddənin dispozisiyasına uyğun gəlmir. Beləliklə, tərtib olunmuş qərarın əsaslılığı ciddi şübhə altındadır. Qərarı qəbul edən vəzifəli şəxs vəzifə səlahiyyətlərini lazımınca araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) oğlu apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək təmin edilməməsini xhaiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol Polis Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 23:16-da ünvan 1 ünvanında “Changan Qiyuan Q05 Plug-in Hibrid minik” markalı **TV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayırıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Dövlət Yol Polis Idarəsinə göndərilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materaillarında əlavə edilmiş video görüntü ilə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Qiyuan Q05 Plug-in Hibrid” markalı, **TV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol ayırıcına yaxınlaşarkən sağ zolaqda hərəkət edən digər nəqliyyat vasitələrinə yol verib-verməməsi ilə bağlı hallar tam şəkildə öz təsdiqini tapmamışdır. Bununla belə, təqdim edilmiş video-materialların təhlili göstərir ki, sözügedən nəqliyyat vasitəsinin yol ayırıcına çatma anı, eləcə də digər nəqliyyat vasitələrinə yol verilibverilməməsi ilə bağlı mühüm hallar tam aydın şəkildə müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində, həmçinin məhkəmə baxış iclasında inzibati xətanın mövcudluğunu istina edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş olaraq qalır. Odur ki, qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol Polis Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar