Məhkəmə qərarları › İş №3(3-6)-1673/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1673/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1673/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının əsassız olduğundan ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyası hissəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilir ki, iş üzrə materiallardan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeydiyyatda olduğu ünvana ##.##.2025-ci il tarixli *-**-****/*-******/**** saylı bildiriş və ##.##.2026-cı il tarixli, *-**-****/*-******/**** nömrəli çağırış məktubu ilə dəvət edildiyini, həmçinin işə baxılmanın yeri və vaxtı haqqında tərtib olunmuş qərardadın, həmçinin inzibati xəta haqqında protokolun surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeydiyyatda olduğu ünvana ##.##.2026-cı il tarixli, 3-33-1700/2- 000847/2026 məktubla göndərildiyini nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilən hüquqpozma əməli barədə məlumatlandırılması istiqamətində Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən mümkün olan bütün ağlabatan addımların atılmasına baxmayaraq ##.##.2025ci il tarixli 01252000082123, ##.##.2025-ci il tarixli 01252000087184 ##.##.2025-ci il tarixli 01252000082033, ##.##.2025-ci il tarixli 01252000087737 və 01252000087811 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 10174,95 ABŞ dolları məbləğində vəsaitin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən araşdırma müddətində müvəkkil bankda olan hesablara tam qaydada köçürülməsi istiqamətində müvafiq tədbirlər görülməmiş, eyni zamanda qeyd olunan məbləğin hansı səbəbdən qaytarılmaması barədə gömrük orqanına rəsmi qaydada məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən istinad edilən “Credit note” sənədləri nə mallar xarab olduqdan sonra, nə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı gömrük orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında istinad edilən “Credit noteları maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əgd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Belə ki, beynəlxalq təcrübədə bir presedent kimi formalaşmış qayda vardır ki, məhsul xarab və ya yararsız olduqda idxal və ixrac edən şəxslərin nümayəndələri ilə birlikdə həmin fakt üzrə maraqlı olmayan tərəf (dövlət orqanı, müstəqil ekspert, mütəxəssis və ya arbitr) müvafiq aktın tərtib olunmasında iştirak edir, həmçinin aidiyyəti laborator analizlər ilə əlaqədar sənədlər və xarab olmuş məhsullara aid foto və video çəkilişlər akta qoşma edilir. Həmçinin xarab olan mallar ilə əlaqədar məhvetmə müvafiq gömrük prosedurunda rəsmiləşdirilməlidir. Bu sahədə formalaşmış təcrübədən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə akt tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş akt mənbəyinə, inandırıcılığına görə mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Ona görə də Məhkəmə tərəfindən mötəbər olmayan sübuta istinad edilməklə Xaçmaz Gömrük İdarəsi tərəfindən aparılan araşdırmanın əsaslı nəticələri şübhə altına alına bilməz. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X2 LTD” şirkəti arasında bağlanmış ## ###### 2023-cü il tarixli, ***/** nömrəli, “xxxx” şirkəti ilə bağlanmış ##.##.2025-ci il tarixli, K***/**** nömrəli və “xxxx” şirkəti ilə bağlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli alqı-satqı müqavilələri əsasında mallar Rusiya Federasiyasına ixrac olunan zaman MMC tərəfindən iddia edilən məhsulun zay çıxan hissəsi sərbəst dövriyyə buraxılış gömrük proseduru üzrə ixdal əməliyyatları edilərkən gömrük ödənişlərinin hesablanması zamanı nəzərə alınıbmı? Yəni Azərbaycan Respublikasının gömrük orqanlarına bəyan edilən məbləğlərtam şəkildə nəzərə alınaraq yoxsa məhsulun zay olan hissəsi çıxılmaqla rəsmiləşdirmə aparılıb. Habelə məhsulun zay olan hissəsi malların məhv edilmə gömrük prosedurunda rəsmiləşdirilibmi? Məhvetmə prosedurunda rəsmiləşdirmə həyata keçirilibsə, o zaman müvafiq bəyannamə və məhvetmə aktı nə üçün gömrük orqanına və ya məhkəməyə təqdim edilməyib? Nə üçün məhkəmə beynəlxalq və yerli hüquqi aktlarla tənzimlənən normativ tələblərini pozmaqla qeyd edilən sənədləri MMC-dən tələb etməyib? Bununla da Məhkəmənin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etdiyi qənaətinə gəlmək mümkündür. Azərbaycan Respublikasında gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il # ######## tarixli *** nömrəli qərarı ilə tənzimlənir. Əks təqdirdə, ixrac olunan malların xarab olması halında ixracatçı və idxalatçı şəxslər arasında tərtib edilmiş müvafiq sənədlər (akt, pretenziya, kredit nota) maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu sahədə formalaşmış təcrübədən, eyni zamanda qanunvericiliyin tələblərindən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə müvafiq normativ sənəd tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş normativ sənəd mənbəyinə, inandırıcılığına görə Azərbaycan Respublikası İXM-in 75 və 76-cı maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Mövcud fakt üzrə maraqlı tərəflər arasında tərtib edilən akt sübut kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, Məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istinad etdiyi sənədlər İXM-in 75 və 76-cı maddələrində göstərilən mötəbərlik tələblərinə cavab vermir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iş üzrə “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ##.##.2025-ci il tarixli 01252000082123, ##.##.2025-ci il tarixi 01252000087184, ##.##.2025-ci il tarixli 01252000082033, ##.##.2025-ci il tarixli 01252000087737 və 01252000087811 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində cəmi 10174,95 ABŞ dolları məbləğində vəsait MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bank hesablarına qaytarılmamışdır. İş materiallarında olan Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokola əsasən 10174,95 (on min bir yüz yetmiş dörd dollar, doxsan bes sent) ABŞ dolları milli valyutaya nisbətdə 17297,41 (on yeddi min iki yüz doxsan yeddi manat, qırx bir qəpik) AZN təşkil edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli №*** saylı məktubdan görünür ki, ************** saylı Yük Gömrük bəyannaməsi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin xxxx (Azərbaycan) ASCdə olan AZ**VTBA**************RUB*** saylı hesabına OOO ULU TREİD tərəfindən daxil olan vəsaitlər üzrə aşağıdakı qeyd aparılmışdır. Qeyd olunan Yük Gömrük bəyannaməsi tam bağlanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli №*** saylı məktubdan görünür ki, ************** saylı Yük Gömrük bəyannaməsinin 30228.21 USD hissəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin xxxx (Azərbaycan) ASC-də olan AZ**VTBA**************RUB*** saylı hesabına X2 LTD tərəfindən daxil olan 2,405,506.54 RUB (Rusiya rublu) məbləği ilə bağlanmışdır. Qeyd olunan Yük Gömrük bəyannaməsi üzrə açıq qalan məbləğ 3071.79 USD təşkil edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli №**** saylı məktubdan görünür ki, 5 tarix üzrə toplam 98685.47 USD və 2562563.13 RUBL daxil olmuşdur.5 YGB üzrə toplam 98685.47 USD və 2562563.13 RUBL ödənişlərə bağlanmışdır. İş materiallarında olan ## #### 2025-ci il tarixli Debet qeydindən görünür ki, zəif və qüsurlu çatdırılma olmuşdur. Göstərilən məbləğ ödənməyəcək, lakin müqavilə üzrə öhdəliklərin azadılması üçün istifadə olunacaq. İş materiallarında olan ## #### 2025-ci il tarixli K***/**** nömrəli müqavilədən görünür ki, 2025-ci ilin iyul ayında satıcı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) qüsurlu malların çatdırılması ilə əlaqədar alıcı OOO xxxx-a 2225.00 ABŞ dolları məbləğində kredit təqdim etmişdir. İş materiallarında olan ## #### 2025-ci il tarixli №**** nömrəli müqavilədən görünür ki, ## ##### 2022-ci il tarixdə “xxxx” MMC (alıcı) və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (satıcı) arasında müqavilə bağlanmışdır. Müqavilənin 7.4.2-ci bəndinə əsasən çatdırılmama, qismən çatdırılma halında satıcı cərimə olaraq alıcıya müqavilə şərtlərinə olmayan malların dəyərini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi inzibati xəta haqqında protokolda qeyd olunan 10174,95 ABŞ dolları məbləğində vəsaitin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasında olan müvəkkil bank hesabına köçürülməməsi müqavilə münasibətləri çərçivəsində, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş vermiş, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində və təsdiqlənmiş sənədlər əsasında həyata keçirilməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar