Məhkəmə qərarları › İş №3(3-6)-1674/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1674/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1674/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 64232.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 12.846,4 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 64232.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ####### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 64232.00 ABŞ dolları məbləğində vəsait hesabma alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ####### 2025-ci il tarixdə hüquqi şəxsm qeyd olunan ünvanında törədilmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 64232.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 12.846,4 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Fuad oğlu ərizə təqdim edərək avans ödənişinin gömrük bəyannamələri ilə bağlanıldığından və qalıq hissə 10.000 ABŞ dollarından az olduğundan şikayətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” ASC-də olan hesabdan 64232.00 ABŞ dolları məbləğində pul vəsaiti “X1 Ve Insaat Limited Şirkəti”-nin müvafiq bankdakı olan hesabına köçürülmüşdür; Iş materiallarında olan “xxxx” ASC-nin məktubundan görünür ki, Azərbaycan Respublikasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Hüquqi şəxs tərəfindən məhkəməyə təqdim etmiş bəyannamələrdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ####### 2023-cü il tarixində bank vasitəsilə ölkə xaricinə köçürdüyü 64232.00 ABŞ dolları avans ödənişi gömrük bəyannamələri ilə bağlanılmışdır və geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dollarından az olduğundan inzibati xəta tərkibini yaratmır. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin IXMin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2025ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib tənbeh edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar