Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1675/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, ## ### 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi ev 15, mənzil 13-də qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru məmuru İsayev Elzamin Rövşən oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* saylı ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024- cü il tarixli icra sənədinin icra sənədi ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təkrar üzrsüz səbəbdən icra etməmişdir. Mövcud borc 23584,97 AZN məbləğindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədən apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclası zamanı Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İsayev Elzamin Rövşən oğlu protokola uyğun izahat verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinin tələblərini yerinə yetirmədiyini qeyd etmiş və şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmiş, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 25.847,09 (iyirmi beş min səkkiz yüz qırx yeddi manat 9 qəpik) manat pul vəsaiti iddiaçı Zərərçəkmiş şəxs ödənilmişdir. İlk iddia tələbi qalan hissədə təmin edilməmişdir. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs aid edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən ** saylı evin ** saylı mənzili üzərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ½ hissədə, Zərərçəkmiş şəxs ½ hissədə payları müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinə köçürülmüşdür. Cavabdeh Huseynov Rizvan Əli oğlundan 2.000 (iki min) manat pul vəsaitı iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Tələbin könüllü icrası” haqqında ##.##.2025-ci il tarixli № e*****/****-**-** saylı bildirişdən görünür ki, . Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-***/****-*** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardaddan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ** saylı evin, ** saylı mənzilində olan ½ hissədə payının üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasından aydın olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı icra sənədi ##.##.2024-cü il tarixdə icraya qəbul edilmiş, bundan sonra borcluya borcun könüllü qaydada ödənilməsi və məhkəmə qətnaməsinin icrası ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur. Lakin, buna baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaranmış borc məbləğinin yalnız cüzi hissəsini ödəməklə kifayətlənmiş, qalan borcun ödənilməsi istiqamətində kifayət qədər tədbir görməmiş və bununla da icra sənədinin icrasını uzun müddət gecikdirmişdir. Məhkəmə hesab edir ki, borclunun qeyd olunan hərəkətsizliyi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməli və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə ## ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurlarıtərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən nəzərə alınmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1675/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1675/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver