Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1676/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Protokol tərtib edən orqanlar nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23.431,81 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 4686,36 ABŞ dolları (qərar icra edilən günə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Protokol tərtib edən orqanlar nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə yerində müşavirə edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadanm işə baxılmasını mümkün hesab etdi. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan «xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli, KB-***/*-*/**** nömrəli Protokol tərtib edən orqanlar ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq 27.12-##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də göstərilmişdir. ##.##.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 36168.64 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün “xxxx” ASC-yə müraciət etmişdir. 01241000237137 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən mallar gömrük orqanına bəyan edilmiş 44-cü xanada müqavilə nömrəsi kimi HR**-**** saylı ##.##.2024-cü il tarixli müqaviləyə istinad edilmiş, 4041 xanasında ***/**** saylı ##.##.2023-cü il tarixli qeydlər edilmişdir. İnvoys dəyəri 21070.54 ABŞ dolları təşkil edir. 01251000159562 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən mallar gömrük orqanına bəyan edilmiş 44-cü xanada müqavilə nömrəsi kimi BF***/**** saylı ##.##.2024-cü il tarixli müqaviləyə istinad edilmiş, 4041 xanasında ***/**** saylı ##.##.2023-cü il tarixli qeydlər edilmişdir. İnvoys dəyəri 6230.19 ABŞ dolları təşkil edir. 01261000055447 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən mallar gömrük orqanına bəyan edilmiş 44-cü xanada müqavilə nömrəsi kimi BF***/**** saylı ##.##.2024-cü il tarixli müqaviləyə istinad edilmiş, 4041 xanasında ***/**** saylı ##.##.2023-cü il tarixli qeydlər edilmişdir. İnvoys dəyəri 6506.64 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankınının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli, KB-***/*-*/**** saylı məktubu və ona əlavə edilmiş ödəniş sənədləri təsdiq edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ###### 2023-cü il tarixində müqavilə üzrə digər tərəfin hesabına 36168.64 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Bu əməliyyatın həyata keçirildiyi andan etibarən, hüquqi şəxsin üzərinə Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn hüquqi öhdəliklər düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş bank məlumatlarından görünür ki, qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin tamamlandığı ## ###### 2025-ci il tarixinədək sözügedən 36168.64 ABŞ dolları müqabilində nə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, nə də xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə köçürülmüş valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, ## ###### 2023-cü il tarixində köçürülmüş vəsait üzrə öhdəliyin icra edilməsi üçün son tarix ## ###### 2025-ci il olmuşdur. Bu tarixdən sonrakı gün, yəni ## ###### 2025-ci il tarixində, hüquqi şəxsin hərəkətsizliyi artıq başa çatmışdır. Bu andan etibarən inzibati xətanın obyektiv cəhəti mövcuddur və inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başlamışdır. Məhkəmə qeyd edir ki, iş üzrə məsuliyyətə cəlb etmə müddətinin sonuncu günü ## ##### 2026-cı il tarixə təsadüf etməkdədir. Bu müddət ərzində inzibati tənbeh tətbiqi tətbiq edilə bilərdi. ş materiallarına əlavə edilmiş bəyannamələrdən görünür ki, hüquqi şəxs tərəfindən ##.##.2025-ci il tarixli və ##.##.2026-cı il tarixli gömrük bəyannamələrində müvafiq dəyişikliklər edilmiş və bəyannamələrdəki yanlışlıqlar aradan qaldırılmışdır. Həmin məbləğlər ümumilikdə 12736.83 ABŞ dolları təşkil etməklə ümumi məbləğdən çıxılmalıdır. Lakin, hüquqi şəxs məhkəmədən vaxt tələb edərək digər bəyannamədə olan yanlışlığın aradan qaldırılması üçün məhkəmə iclasının növbəti tarixə təxirə salınması xahiş etsə də və yekunda məhkəmə tərəfindən vəsatətlər təmin edilib proseslər dəfələrlə təxirə salınsa da, qalıq vəsait olan 23431.81 ABŞ dolları vəsaitin bağlanması ilə bağlı hər hansı bəyannamə təqdim edilməmişdir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növünün təyin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarnın ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsuli kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx" MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqər nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 23.431,81 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 % miqdarında, yəni 4686,36 ABŞ dolları (Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1676/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1676/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver