Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1679/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, müəyyən e t d i m: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə “X3” MMC-nin “xxxx” Elmi-Istehsalat Müəssisəsi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazı qalan «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi- Istehsalat Müəssisəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar ədalətsiz, qanunsuz, qeyri-hüquqidir və sözügedən qərar ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, müəssisə tərəfindən “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə işçilərin icbari sığorta olunması barədə ## ###### 2026-cı il tarixində ************* nömrəli “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi" bağlanmışdır. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən, sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişikliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqqı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablamaqla müqaviləyə müvafiq əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq birdəfəlik və ya fərqin razılaşdırılmış ilk hissəsi həmin əlavə və dəyişikliklərin edildiyi gün ödənilməlidir. Həmçinin bildiririk ki, Inzibati Xətalar Məcəlləsinin (bundan sonra “IXM’ adlandırılacaq) 469-1-ci maddəsinə əsasən, yəni, Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - vəzifəli şəxslər min beş yüzmanat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Aydın olduğu kimi, qanunvericilikdə sözügedən icbari sığortanın edilməsinin məcburiliyi müəyyən edilsə də, qeyd edilən məsələ ilə bağlı konkret müddət müəyyən edilməmişdir. Eyni zamanda sığortalı ilə sığortaçı arasında bağlanan müqavilədə işçinin sığortalanması üçün 15 günlük müddət müəyyən edilmişdir. Təqdim etdiyimiz sənədlərdən və işin materiallarından da aydın olduğu kimi işçi ilə əmək müqaviləsi ## ###### 2026-cı il tarixində bağlanmış, sığortaçıya bununla bağlı dərhal məlumat verilmiş, 15 günlük müddət bitmədən sığortaçı ilə ## ###### 2026-cı il tarixində işçi X2 adının da qeyd edildiyi müvafiq əlavə bağlanmışdır. Eyni zamanda bildiririk ki, məlum olduğu kimi sözügedən sığorta növü üzrə sığortaetmələr ## ###### 2026-cı il tarixindən etibarən ƏMAS sistemi üzərindən edilməkdədir. ## ###### 2026-cı il tarixindən ## ###### 2026-cı il tarixinədək yeni sistemin tətbiq edilməsi ilə bağlı keçid dövrü olduğu üçün Müəssisədən asılı olmayan obyektiv səbəblərdən işçinin sığorta edilməsi əmək müqaviləsinin bağlandığı gün mümkün olmamışdır. Işin hallarından və yuxarıda qeyd edilənlərdən də aydın olduğu kimi, X2 onunla əmək müqaviləsi imzalandığı gün sığorta edilə bilinməməsində Müəssisənin hər hansı təqsirli hərəkəti və ya hərəkətsizliyi mövcud olmamaqdadır. Lakin qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, Müəssisə barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi-Istehsalat Müəssisəsinin nümayəndəsi apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə məhkəmə baxış iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etdi. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “xxxx” Elmi-Istehsalat Müəssisəsi və X2 arasında ## ###### 2026-cı il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, A.M.Səmədova MMC-də aşbaz köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. - “xxxx” ASC ilə “xxxx” Elmi-Istehsalat Müəssisəsi arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasının əlavəsindən görünür ki, həmin müqavilə ## ###### 2026-cı il tarixdə bağlanmış, sığorta haqqı da həmin tarixdə, yəni ## ###### 2026-cı il tarixdə ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsi tərəfindən “xxxx” Elmi-Istehsalat Müəssisəsi barəsində Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” Elmi-Istehsalat Müəssisəsinin işçisi X2 ## ###### 2026-cı il tarixdə iş yerində xəsarət almasının araşdırılması zamanı işəgötürən “xxxx” Elmi-Istehsalat Müəssisəsi tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmadığı aşkar edilmişdir. Birinici instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki,“xxxx” Elmi-Istehsalat Müəssisəsi Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; - 4.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar; - 7.2.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. - 21.2-ci maddəsinə əsasən sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -23-cü maddəsinə əsasən bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, Inzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 469-1-ci maddəsində əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə inizbati xətanı istina edən hər hası sübut əlavə edilmədiyindən «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi-Istehsalat Müəssisəsinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları tədqiqi “xxxx” Elmi-Istehsalat Müəssisəsi ## ###### 2026-cı il tarixdə əmək müqaviləsi bağladığı X2 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadan işlərin görülməsinə cəlb etmiş, X2 ## ###### 2026-cı il tarixdə iş yerində xəsarət almasının araşdırılması zamanı işəgötürən “xxxx” Elmi-Istehsalat Müəssisəsi tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalanmadığı aşkar edilmişdir. Yalnız ## ###### 2026-cı il tarixdə “xxxx” ASC ilə “xxxx” Elmi-Istehsalat Müəssisəsi arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və sığorta haqqı da həmin tarixdə, yəni ## ###### 2026-cı il tarixdə ödənilmişdir. Bununla da müəssisə tərəfindən Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta faktı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi-Istehsalat Müəssisəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi-Istehsalat Müəssisəsi tərəfindən verilmiş apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. «X3» Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Elmi-Istehsalat Müəssisəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1679/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1679/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver