Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1681/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-ci il tarixli, TP ******* saylı tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli (hakim Sevinc Quliyeva) qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və materialın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixində idarə etdiyim **UZ***(kia optima minik) nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, dairəvi yolayrıcına daxil olduğu anda DYP əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt dairənin birinci zolağı boş idi və o ikinci zolaqdakı DYP avtomobilinin sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur etmədən boş zolağa daxil olmuşdur. Lakin DYP əməkdaşı manevr siqnalı (dönmə işığı) yandırmadan qəflətən onun zolağına doğru manevr edərək saxlama əmri vermişdir. Hadisə yerində xəta törətmədiyini, polisin manevr qaydasını pozaraq çaşdırıcı şərait yaratdığını bildirməsinə baxmayaraq, izahatı alınmamış və birbaşa qərar ("qərarlı protokol") çıxarılmışdır. Qərarla razılaşmadığı üçün həmin gün (##.##.2026) "E-polis" tətbiqi vasitəsilə onlayn qaydada rəsmi şikayət vermişdir. Lakin İXM-in 131.1-ci maddəsində nəzərdə tutulmuş 10 günlük baxılma müddəti keçsə də, şikayətinə cavab verilməmiş, əksinə, şikayətin olması icraatı dayandırmalı olduğu halda [144.1], icraat davam etdirilmişdir. Nəticədə qanunsuz olaraq dəbbə pulu hesablanmış və ##.##.2026-cı il tarixində avtomobilinə sistem üzərindən həbs qoyulmuşdur. Avtomobili idarə etmənin qeyri-mümkünlüyü səbəbindən o Badamdar DYP ofisinə yaxınlaşmalı olmuşdur. Mülkiyyətində olan nəqliyyat vasitəsindən istifadə hüququnun bərpası və tətbiq edilmiş həbsin götürülməsi üçün razılaşmadığı cərimə və qanunsuz hesablanmış dəbbə pulunu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materiallara Azərbaycan Respublikası DİN BAKI ŞƏHƏR DYPİ-nin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq yekun nəticəyə gəlmiş və heç bir pozuntuya yol verməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) DİN Bakı şəhər DYPİ-nin ##.##.2026ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1681/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1681/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver