Məhkəmə qərarları › İş №3(3-6)-1682/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1682/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1682/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, ******* saylı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, ##.##.2026-cı il tarixində, saat 20:14- də Yasamal rayonu, Asif Məhərrəmov küçəsilə Moskva prospektinin kəsişməsində 77-XU708 dövlət qeydiyyat nişanlı, BMW 5281 MINIK markalı şəxsi avtomobili ilə hərəkətdə olarkən Bakı Şəhər DYPI-nin R X4 tərəfindən dayandırılmış. DYP əməkdaşı arxa oturacaqda qızının tək oturduğunu əsas gətirərək sərnişin daşıma qaydalarını pozduğunu bildirmişdir. Halbuki qızı X5 (Fin: F8GW4N0) ##.##.2023-cü il təvəllüdlüdür (şəxsiyyət vəsiqəsi ərizəyə əlavə olunur). Yəni 3 yaşından böyükdür. “X2” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən bu cərimə 3 yaşdan böyük uşaqların arxa oturacaqda tək oturmasına görə tətbiq edilə bilməz. Buna baxmayaraq, DYP əməkdaşı onun qayda pozduğunu iddia edərək X5 vəsiqə məlumatlarını yoxlamadan qanunvericiliyə zidd olaraq Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəmdə 100 manat (3 bal) məbləğində cərimə olunmağı ilə bağlı əsassız protokol tərtib etmişdir. Sözügedən protokolun ləğv edilməsi ilə bağlı 31,03.2026-cı il tarixində “ASAN Pay” tətbiqi, daha sonra isə ##.##.2026-cı il tarixində “E-Polis” tətbiqi vasitəsilə müraciət etmişdir (müraciət nömrəsi: 3-13-16/1 - A-75 504/3 - 11/2026). Buna baxmayaraq, ##.##.2026-cı il tarixində həmin protokola dair ******* saylı qərar verilmişdir. “E-Polis” tətbiqi üzərindən həmin qərarın da ləğv edilməsi ilə bağlı ##.##.2026-cı il tarixində müraciət etmiş. Bundan əlavə ##.##.2026-cı il tarixində “102” qaynar xəttə zəng edərək şifahi şəkildə şikayət etmiş, Lakin məsələ ilə bağlı hər hansı tədbir görülməmiş və ona hər hansı məlumat verilməmişdir. Həmçinin bildirir ki, ##.##.2026-ci il tarixli, ******* saylı qərarda onun qeydiyyat ünvanı və protokolun tərtib edildiyi ünvan tamamən yanlış qeyd edilmişdir. Eyni zamanda AR IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimi təsdiq edən sübutlar ona təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, onun 3 bal və 100 manat cərimə olunmağı ilə bağlı Bakı şəhər DYPInm protokolu tamamilə qanunsuz və əsassızdır. Işə baxan vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında qanunvericiliyin tələbləri pozulmuş və həmin tələblərə əməl edilməmişdir. Ona görə də Bakı Şəhər DYPI-nin R X4 qəbul etdiyi “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, ******* saylı il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, inzbati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin nümayəndəsi X3 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Şikayətçi onun təqsiri olmadığını qeyd etsə də, şikayətin dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, ******* saylı il tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsində şahid R M.Səlimov bildirmişdir ki, qeyd edilən inzibati xəta ##.##.2026-cı il tarix saat 20.14 radələrində baş vermişdir. Xidmətdə olarkən Bakı şəhəri Moskva prospektində hərəkətdə olan Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin qabaq tərəfində 3 yaşlı uşağın anasının qucağında oturmasını vizual olaraq aşkar etmiş və protokol tərtib etmişdir. O, qaranlıq vaxtı, arxa şüşələri qara olan nəqliyyat vasitəsində arxada oturan uşağı görə bilməzdi. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsini tənzimləyən IXMin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar