Məhkəmə qərarları › İş №3(3-6)-1685/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1685/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1685/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Mirsadiq Seyidov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətdə göstərilmişdir ki, qərar qanunsuz, əsassız və işin faktiki hallarına zidd olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, habelə qərarda bir-biri ilə ziddiyyət təşkil edən nəticələrə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasından açıq şəkildə görünür ki, həmin norma üzrə inzibati məsuliyyət yalnız iki halda yarana bilər: hüquqi şəxs tərəfindən səlahiyyətli orqanın sorğusuna ümumiyyətlə cavab verilmədikdə; sorğuya qanunvericilikdə müəyyən edilmiş 5 günlük müddətdən sonra cavab təqdim edildikdə. Hazırkı iş üzrə isə qeyd olunan halların heç biri mövcud deyildir və iş materialları ilə sübuta yetirilmir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə “sorğuya ümumiyyətlə cavab verilməməsi” halı mövcud deyildir. Belə ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur və məhkəmə də qəbul edir ki, inzibati orqan tərəfindən X4 barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş, ona inzibati tənbeh tətbiq olunmuş və həmin inzibati cərimə tam şəkildə ödənilmişdir. Sadə hüquqi və məntiqi yanaşma baxımından aydındır ki, inzibati orqan nəqliyyat vasitəsini idarə etmiş şəxsin kimliyi barədə məlumat əldə etmədən həmin şəxs barəsində inzibati qərar qəbul edə bilməzdi. Başqa sözlə, inzibati orqanın konkret fiziki şəxs barəsində qərar qəbul etməsi faktı özü-özlüyündə təsdiq edir ki, sorğuda tələb olunan məlumat inzibati orqana təqdim edilmişdir. Əks halda, həmin şəxsin müəyyən olunması, onun barəsində inzibati icraat aparılması və inzibati qərar qəbul edilməsi hüquqi və faktiki baxımdan mümkün olmazdı. Dolayısıyla, hazırkı iş üzrə “sorğuya ümumiyyətlə cavab verilməməsi” halı iş materialları ilə tam şəkildə təkzib olunur. Bu səbəbdən də məhkəmənin “hüquqi şəxs sorğunun cavabını inzibati orqana göndərməsini ayrıca sübut edə bilməmişdir” yanaşması əsassız və formal xarakter daşıyır. Çünki mövcud iş materiallarının özü sorğuya cavab verildiyini dolayı, lakin birmənalı şəkildə təsdiq edir. Başqa sözlə, inzibati orqanın konkret fiziki şəxs barəsində qərar qəbul etməsi həmin məlumatın ona çatdığını və sorğunun faktiki cavablandırıldığını sübut edir. Məhkəmə isə bu mühüm halı nəzərə almadan işin faktiki halları ilə uzlaşmayan nəticəyə gəlmişdir. Normanın ikinci elementi olan “sorğuya 5 gündən artıq müddətdə cavab verilməsi” halına münasibətdə isə qeyd edilməlidir ki, bu hal da inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin əsas prinsiplərinə uyğun olaraq, inzibati məsuliyyətə səbəb olan halların sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. Başqa sözlə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC sübut etməli deyil ki, sorğuya 5 gündən tez cavab vermişdir. Əksinə, inzibati orqan sübut etməlidir ki, sorğuya məhz qanunda nəzərdə tutulmuş 5 günlük müddət keçdikdən sonra cavab təqdim edilmişdir. Lakin iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər və yol verilən sübut mövcud deyildir. İş materiallarında cavabın inzibati orqana hansı tarixdə daxil olması, cavabın 5 günlük müddətdən sonra təqdim edilməsi, daxilolma tarixini təsdiq edən qeydiyyat məlumatı, poçt sənədi, kargüzarlıq qeydi və ya digər hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə isə qeyd olunan halların inzibati orqan tərəfindən sübuta yetirilib-yetirilmədiyini araşdırmaq əvəzinə, sübutetmə yükünü əsassız olaraq hüquqi şəxsin üzərinə qoymuşdur. Halbuki inzibati icraatın fundamental prinsiplərinə əsasən, şəxsin təqsiri inzibati orqan tərəfindən tam və danılmaz şəkildə sübuta yetirilməli, aradan qaldırılmamış şübhələr isə məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh olunmalıdır. Beləliklə iş üzrə sorğuya ümumiyyətlə cavab verilməməsi halı mövcud deyildir və iş materialları cavab verildiyini təsdiq edir. Sorğuya 5 gündən artıq müddətdə cavab verilməsi isə inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu baxımdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsi tərəfindən “Toyota Rav- 4 hibrid minik” markalı, **AC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən xahiş olunmuşdur. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarışından görünür ki, “Toyota Rav-4 hibrid minik” markalı, **AC*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. İş materiallarında olan DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. İş materiallarında olan SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin sorğu məktubu ##.##.2026-cı il tarixdə “Rasim Ömərov” ad və soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1i Şöbəsinin R X5 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istifadəsində olan “Toyota Rav-4 hibrid” markalı, **AC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı ildə İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmişdir. İş materiallarında olan “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, 3(5-104)- ****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma və AZ**** saylı poçt şöbəsinin poçtalyonunun izahatına əsasən bildiririk ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan SX072227809AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməkdaşı Rasim Ömərova təhvil verilmişdir. Sistem üzərindən baxış zamanı məlum olmuşdur ki, sözügedən məktubun xəbərnaməsi isə ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən X1 idarəsinin Abbasov soyadlı əməkdaşına təqdim edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli vəsatətdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə tərəflərindən daha əvvəl yazılı etiraz təqdim edilmiş və həmin etirazda işin faktiki halları və hüquqi əsasları ətraflı şəkildə məhkəmənin diqqətinə çatdırılmışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, inzibati orqan tərəfindən X4 barəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimə artıq tam şəkildə ödənilmişdir. Bu hal bir daha təsdiq edir ki, məlumatlar tərəflərindən inzibati orqana təqdim edilmiş, inzibati orqan tərəfindən müvafiq inzibati qərar qəbul edilmiş və həmin qərar icra olunmuşdur. Bununla yanaşı, inzibati cərimənin ödənilməsi faktı göstərir ki, inzibati icraat öz hüquqi nəticəsini doğurmuşdur və həmin hal üzrə əlavə məsuliyyət tədbirinin tətbiqi və ya hüquqi nəticələrin davam etdirilməsi məqsədəuyğun hesab edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, daha əvvəl təqdim etdikləri etirazda göstərilmiş hüquqi mövqeləri ilə yanaşı, inzibati cərimənin artıq ödənilməsi halının da nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş icraçı direktoru Murad Dadaşov tərəfindən Bakı şəhəri Yasamal RPİ DYP şöbəsinə ünvanlanmış ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, ## ##### 2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmuş ##.##.2026-cı tarixli, sorğuya cavab olaraq bildirilir ki, aşağıdakı cədvəldə nəzərdə tutulan inzibati xətanın törədilməsi zamanı TOYOTA RAV-4 HİBRİD markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 (sürücülük vəsiqəsi: BA 068118 DİN BDYPİ İİ ##.##.2023) tərəfindən idərə edilmişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, “X2” MMC tərəfindən 5 gün müddətində səlahiyyətli orqana məlumat verilmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş sənədlərdə Bakı şəhəri Yasamal rayon DYPŞnin sorğusuna ## ##### 2026-cı il tarixdə cavab verilməsi görünsə də, ancaq həmin məktubun Yasamal rayon DYPŞ-nə göndərilməsi və DYPŞ-nə çatdırılmasını təsdiq edən heç bir sənəd (qəbz, xəbərnamə, zərf və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətini nəzərdə tutulmuşdur. Normanın mənasından da göründüyü kimi, qeyd edilən maddə üzrə inzibati məsuliyyətin yaranması üçün əsas şərt hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsidir. Başqa sözlə, qeyd edilən şəxslər tərəfindən səlahiyyətli orqanın (vəzifəli şəxsin) sözügedən sorğusuna 5 gün müddətində cavab verilmədikdə, artıq hüquqi şəxsin əməlində İXMin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmış olur. Hazırkı işin hallarından müəyyən edilir ki, səlahiyyətli orqan tərəfindən göndərilmiş sorğu ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırıldığına görə, hüquqi şəxs 5 gün müddətində sorğuya cavab verməklə mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı səlahiyyətli orqana verməli idi. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu barədə məlumatı 5 gün müddətində səlahiyyətli orqana təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar