Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1686/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” şirkəti nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxs «xxxx” şirkətinin direktoru X1 tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Inzibati xəta haqqında materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı məlum olmuş və baxılması üçün aiddiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin baş direktoru X1 tərəfindən X4 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı məlum olmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” şirkətinin direktoru X1 şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə araşdirılmasmdan göründüyü kimi şirkət müflis vəziyyətindədir. Eyni zamanda bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin bank hesabları üzərində həbs vardır və şirkət istəseydı belə sığorta müqaviləsi bağlaya bilməzdi belə ki, sığorta müqaviləsinin qüvvəyə minməsi üçün sığorta haqqının ödənilməsi lazımdır. Nədənsə Məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə almamışdır. Eyni zamanda bildirir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti səhmləri dövlətə məxsus olan Dövlət şirkətidir şirkətin tabe olduğu X7 “xxxx” ASC Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ## ###### 2024 cü il tarixində ləğv edilmişdir .Şirkət ## #### 2016 cı ildən Azərbaycan Respublikası Prezidentinin **** nömrəli Fərmanı ilə özəlləşməyə açıq elan edilmişdir.“xxxx “ şirkəti faktiki olaraq fəaliyyət göstərmir və satılmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilmişdir .Şirkətdə cəmisi Direktor ilə birlikdə dörd maliyyə işçisi vardır ki, onlar da istehsalatla məşğul deyil və təhvil təslimi həyata keçirmək, və dövlət əmlakını qorumaq üçün işdə saxlanılıblar və faktiki olaraq maliyyə vəsaiti olmadığından əmək haqqı almırlar. Eyni zamanda şirkətin Dövlət büdcəsinə çoxlu məbləğdə vergi və sosial müdafiə ,və əmək haqqı borcu var Belə olan şəraitdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətini daha bir cərimə məbləği ilə yükləmək ədalətli deyil, əgər şirkətin pulu olsaydı elə borclarını ödəyərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” şirkətin direktoru X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin «xxxx” şirkətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X3 Xidməti Bakı Şəhər Idarəsinin ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin baş direktoru X1 tərəfindən X4 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı məlum olmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq baş verən hadisə barədə ətraflı məlumat verilməsinə və vətəndaş X4 aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər Idarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunur. Tələb olunan məlumat və sənədlərin siyahısı: hadisə barədə ətraflı məlumat (hadisə hansı rayonun ərazisində baş verib), əmək müqaviləsinin surəti; Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış və təminat dövrü əhatə edən sənədin surəti; Iş vaxtının uçotu cədvəlindən çıxarış (2023-cü ilin oktyabr ayı üzrə); Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin ## ###### 2026-cı il tarixli, № **-06-4-06 məktubundan görünür ki, X5 ərizəsində qeyd etdiyi Ixtisaslaşmiş Lizinq Şirkəti "xxxx”in ərazisinə aid olmayan ərazidə nə vaxtsa, haradasa yıxılıb xəsarət alması barədə heç bir məlumatları yoxdur. Bu barədə məlumatı bu günlərdə əməkdaşların telefon zəngindən sonra almışlar. Başqa məlumatları yoxdur. X5 2023-cü il ərzində ümumiyyətlə xəstəliyini bəhanə edərək işə gəlməmişdir. Ümumiyyətlə xəbərdarlıqlara baxmayaraq X5 mütəmadi olaraq əmək intizamına əməl etmədiyinə görə ona xəbərdarlıq edilmişdir. Şirkətin bank hesabları Vergi orqanı tərəfindən bloklandığına görə Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsini bağlamaq mümkün olmur. Hesablanmış sığorta haqqı ödənilməsə müqavilə qüvvəyə minmir. Müqavilə üzrə sığorta haqqını bank hesabları blokda olduğuna və ödəmək mümkün olmadığına görə müqavilə qüvvəyə minmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti ilə X4 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, müqavilə ##.##.2024-cü il tarixdə bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, № * əmrdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin bölməsində “Kadrlar üzrə mütəxəssis vəzifəsində işləyən X4 ilə bağlanılmış *S**PBG****** nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2.”a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, № *-2-61/2-793/2026 saylı məktubundan görünür ki, ##.##.2013-tarixindən 38050019449557488215 hesab aktivdir. Lakin hesabda sərəncam olması səbəbindən məxaric əməliyyatlarına məhdudiyyət qoyulmuşdur. Hesaba daxil olan məbləğlər yalnız əməkhaqqı və vergi ödənişləri məqsədilə istifadə olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx” Şirkətindən iddiaçı X4 xeyrinə ödənilməmiş əmək haqqına görə 634.88 manat məbləğində pul vəsaiti tutularaq ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin 2023 dövrü iş tabelindən görünür ki, X4 2023-cü il ərzində işdə olmamışdır. X7 “xxxx” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından və “xxxx” ASC-nin ləğvetmə komissiyasının ## ###### 2025-ci il tarixli, № */*-Ə əmrindən görünür ki, “xxxx” ASC ## ###### 2024-cü ildə ləğv edilmişdir. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərindən də hüquqi şəxs inzibati xəta hadisəsi ilə razılaşır və inzibati xəta hadisəsini maddi vəziyyəti ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin maddi vəziyyətinin ağır vəziyyətinin ağır olması inzibati xəta hadisəsini aradan qaldırmır və inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi çıxış edə bilməz. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” şirkəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq həmin hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi «xxxx” şirkəti barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırılaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cərimə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: «xxxx” şirkətinin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1686/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1686/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver