Məhkəmə qərarları › İş №3(3-6)-1687/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1687/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1687/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun nümayəndəsi və vəkili X6 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından X8 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək X8 Xidməti tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Həmin qərardan narazı qalan X8 Xidmətinin Hüquq İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli, *(*-**)-*****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və X8 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Belə ki, bədbəxt hadisə ## ###### 2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, bina 46, mənzil 81-da Şirəliyeva İlahə Kəlbi qızının müştərinin evinin hamam otağında metlaxın üzərində olan çirki təmizləyərkən rezakın uc hissəsinin qırılaraq gözünə sıçraması nəticəsində baş vermişdir. "xxxx" MMCnin təmizlikçisi Şirəliyeva İlahə Kəlbi qızının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək təhqiqatı aparılmış və təhqiqat aktı tərtib edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir...) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələbləri pozulmuşdur. Eyni zamanda yekun təhqiqat aktı, bədbəxt hadisənin araşdırılmasının yekununda tərtib edilməklə hadisəni ümumiləşdirir, təqsiri müəyyənləşdirir. Bu halda, məhkəmənin həmin sənədə hüquqi qiymət verməməsi tamamilə, qanuna və hüquqa ziddir. Məhkəmə qərar qəbul edərkən Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun təqsirsiz olduğu qənaətinə gəlmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Şirəliyeva İlahə Kəlbi qızının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəli olduğu və təmizlik işləri görülərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimata riayət edilməli olduğu halda, “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *** nömrəli “İşlərin təhlükəsiz aparılmasına cavabdeh şəxslərin təyin edilməsi barədə” əmrə əsasən Cəmiyyətin iş apardığı sahələrdə işlərin icrası zamanı əməyin təhkükəsizliyi və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət edilmədiyi üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə təqsiri sübuta yetirilir. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun nümayəndəsi və vəkili X6 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında X8 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X1 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin işçisi Şirəliyeva İlahə Kəlbi qızının ## ###### 2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, direktor Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. -“xxxx” MMC tərəfindən tərtib edilmiş təmizlikçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə YT-İİS/TT-034 nömrəli təlimatdan və iş yerində işçilərin təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasının qeydiyyatı jurnalından görünür ki, təmizlikçi vəzifəsində işləyən Şirəliyeva İlahə Kəlbi qızına ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və prosedurlarına riayət etmək vəzifələri izah edilmiş və işçi təlimatda qeyd olunanlarla tanış olmasını öz imzası ilə təsdiq etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında aktdan görünür ki, təhqiqat zamanı izahatı alınmış Şirəliyeva İlahə Kəlbi qızı ## ###### 2025-ci il tarixli izahatında hadisənin ## ###### 2025-ci il tarixdə saat 15:00 radələrində Babək prospekti yaxınlığında (dəqiq ünvanı xatırlamır) müştərinin evinin hamam otağında baş verdiyini, həmin gün saat 08:00-da işə gəldiyini, X2 tərəfindən görüləcək işlər barədə təlimat aldığını, Cəmiyyət tərəfindən verilən iş formasını geyindiyini, eynək, əlcək, kəmər, baş geyimi, maskanı da özü ilə götürüb X2, X7 və X3 birlikdə müştərinin ünvanına getdiklərini, gün ərzində bir müştəriyə xidmət etdiklərini, müştərinin ünvanında bölgü əsasında ona hamam otağının təmizlənməsi tapşırıldığını, hamam otağında təmizlik işləri görməyə başladığını, bölgü əsasında ona verilən hamam otağının ölçüsünün kiçik olduğunu, hamam otağını tək təmizlədiyini, arada R.Aslanova onun yanına gəlib ona baş çəkdiyini, hamamda işləyərkən gözündə eynək olduğunu, eynəyin yan hissəsinin bağlı olduğunu, R.Aslanova ona baş çəkəndə gözündə eynək olduğunu, hadisə baş verəndə hamam otağında tək olduğunu, yerdə (metlağın üzərində) ləkəni rezakla qaşıyan zaman bir anlıq unutqanlıq edib gözündəki eynəyi çıxartdığını və işinə davam etdiyi zaman gözünə rezakın ucunun sınaraq sıçradığını, əgər yerdə təmizlik apararkən gözündə eynək olsa hadisənin baş verməyəcəyini, hadisə vaxtı R.Aslanova digər təmizlikçilərə nəzarət etmək üçün otaqların hansısa birində olduğunu, səsinə digər otaqda olan əməkdaşların və R.Aslanovanın gəldiyini, R.Aslanovanm onu xəstəxanaya apardığını qeyd etmişdir. -“xxxx” MMC-nin təmizlikçisi Şirəliyeva İlahə Kəlbi qızı 17 dekabr 2025-ci il tarixli əlavə izahatında isə hamam otağından çıxanda təmizlədiyi otağa baxmaq üçün başını çevirdiyini, başını arxaya çevirəndə yerə saqqıza bənzər nəsə yapışdığını gördüyünü, əyilib onu qaşımaq istərkən gözünə rezakın ucunun sınaraq sıçradığını, hadisədən öncə işi bitdiyi üçün gözündən eynəyi çıxartdığını qeyd etmişdir. -## ###### 2026-cı il tarixli əlavə izahatında metlaxın üzərində bərk hissə olduğu halda rahat işləməsi üçün şpaklyovka vuran ilə, bəzi hallarda isə rezakla təmizlədiyini, pəncərənin kənarında nazik yerlər olduğu halda da təmizlənməsi üçün rezakdan istifadə etdiyini, yumşaq qaşıntı olduğu halda rezakdan, bərkimiş ləkələri isə şpaklyovka vuran ilə təmizlənməsinin tapşırıldığı və buna görə də qoruyucu eynəyin verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edildiyindən Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin tələblərinə görə yalnız bədbəxt hadisənin baş verməsi faktı deyil, həmin maddə üzrə inzibati məsuliyyətin yaranması üçün işəgötürənin konkret hansı vəzifəni yerinə yetirmədiyi, həmin hərəkətsizliklə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu və bu halın sübutlarla təsdiq edilməsi müəyyən olunmalıdır. Hazırkı işdə isə işçiyə təlimatların keçirilməsi, fərdi mühafizə vasitələrinin verilməsi, işbölgüsünün aparılması və nəzarət mexanizminin mövcud olması iş materialları ilə təsdiq edildiyi halda, səlahiyyətli orqan bu hallara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında Şirəliyeva İlahə Kəlbi qızının ## ###### 2025-ci il tarixli izahatında hadisənin ## ###### 2025-ci il tarixdə saat 15:00 radələrində müştərinin evinin hamam otağında baş verdiyini, cəmiyyət tərəfindən verilən iş formasını geyindiyini, eynək, əlcək, kəmər, baş geyimi, maskanı da özü ilə götürüb digər əməkdaşlarla bir yerdə müştərinin ünvanına getdiklərini, hadisə baş verəndə hamam otağında tək olduğunu, yerdə ləkəni rezakla qaşıyan zaman bir anlıq unutqanlıq edib gözündəki eynəyi çıxartdığını və işinə davam etdiyi zaman gözünə rezakın ucunun sınaraq sıçradığını, əgər yerdə təmizlik apararkən gözündə eynək olsa hadisənin baş verməyəcəyini, onlara işlərini yerinə yetirən zaman qoruyucu vasitələrdən istifadə etməli olduqları barədə təlim keçirildiyini və o da vəzifə təlimatı ilə tanış olduğunu bildirmişdir. Həmiçinin, “xxxx” MMC tərəfindən tərtib edilmiş təmizlikçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə YT-İİS/TT-034 nömrəli təlimatdına və iş yerində işçilərin təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasının qeydiyyatı jurnalına əsasən təmizlikçi vəzifəsində işləyən Şirəliyeva İlahə Kəlbi qızına ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və prosedurlarına riayət etmək vəzifələri izah edilmiş və işçi təlimatda qeyd olunanlarla tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərində, həmçinin məhkəmə baxış iclasında inzibati xətanın mövcudluğunu istina edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş olaraq qalır. Odur ki, qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə - yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: X8 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 may 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar