Məhkəmə qərarları › İş №3(3-6)-1689/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1689/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1689/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılzadə Əminə Rafiq qızının, Bakı şəhər X2 İdarəsinin nümayəndəsi nümayəndə1, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs yol-patrul xidmətinin əməkdaşı X4 iştirakları ilə, İsmayılzadə Əminə Rafiq qızı barəsində Bakı şəhər X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən İsmayılzadə Əminə Rafiq qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməməsi və İsmayılzadə Əminə Rafiq qızı barəsində Bakı şəhər X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və Bakı şəhər X2 İdarəsinin R X3 tərəfindən ##.##.2026-cı il tarixli, İXP77889011 nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli Qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər X2 İdarəsinin R X3 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarla barəsində ##.##.2026-cı il tarixli, İXP77889011 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olmaqla, işin faktiki hallarını düzgün əks etdirmir. Qərarda qeyd edilmişdir ki, guya ## #### 2026-cı il tarixdə saat 21:11 radələrində Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində idarə etdiyi “X1 ROVER EVOQUE” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Həmin qərardan şikayət verərək göstərmişdir ki, hadisə zamanı svetoforun qırmızı işığında dayanmış, yalnız yaşıl işıq yandıqdan sonra hərəkətini davam etdirmişdir. Onunla paralel digər nəqliyyat vasitələri də eyni qaydada hərəkət etmişdir. Buna baxmayaraq, yol polisi əməkdaşları tərəfindən hərəkətdə olarkən onların önünə keçdiyindən ona qərəzli münasibət bildirilmiş, məhz bu səbəbdən qeyri-prosesual qaydada məhz başı ilə işarə verərək dayanma işarəsi verilmişdir. Polis əməkdaşı maşınına yaxınlaşarkən hansı işıqforda keçdiyini bildirməmiş, dəfələrlə keçəndə yaşıq işıq idi deyə bildirsə də məhəl etməmişdir. Sonradan etdiyi şikayətin araşdırılması zamanı ona məlum olmuşdur ki, saxlanıldığı ərazidə deyil, məhz bir neçə işıqfor öncə sarı işıq zamanı hərəkətdə olumuşdur. Lakin yol polis əməkdaşı müvafiq sarıda keçmənin məhz bilərəkdən olmadığını, yolda dayanma işarəsini əks etdirən xəttin olmadığını, arxadan gələn digər maşınların təhlükəsizliyini nəzərə almağını və sarı işıq yananda artıq dayandırılması mümkün olmayan formada hərəkətdə olduğunu nəzərə alıb həmin anda ona hər hansı dayan siqnalı verməmiş, öz yoluna davam etmişdir. Təxminən 2-3 işıqfor və uzun məsafə və bir neçə dəqiqə sonrasında tamamilə başqa bir işıqforun yaşıl işığından keçən zaman fərqində olmadan onların maşınının önünə keçdiyindən anidən onu dayandırmaq qərarına gəlmişdir. Tərəfindən təqdim edilən nəqliyyat vasitəsində olan videoregistratordan olan qeydlərə əsasən İnzibati Xəta haqqında tərtib edilmiş protokolda qeyd edilmiş zaman kəsiyində tamamilə başqa bir ərazidə (təxminən 2-3 işıqfor və uzun bir məsafə aralıda), Port Baku biznes mərkəzinə döngədə yerləşən işıqforun yanında dayandırılmışdır. Lakin, məhkəməyə təqdim edilən videogörüntülərdən də aydındır ki, protokolda qeyd edilən 21:11 radələrində fərqli ərazidə olmuşdur və hər hansı inzibati xəta törətməmişdir. Məhkəməyə yol polisi tərəfindən təqdim edilən videomaterial protokola ümumiyyətlə uyğun deyildir, fərqli ərazidə işıqforun sarı işığında tamamilə fərqli dəqiqədə hərəkətdə olduğunu göstərir. Burada iki əsas nüans nəzərə alınmayib: 1) Qeyd edilən inzibati xəta kimi qiymətləndirilən işıqforun sarı işığında keçməyin özü-özlüyündə inzibati xəta tərkibi yaratmamağı ilə yanaşı, xüsusilə nəzərə alınmamışdır ki, inzibati xətanın aşkarlanması və protokolun tərtibi tam qanunsuz olmuşdur. Belə ki, sarı işıqda keçməyi hər hansı avtomatik formada- müvafiq ərazilərdəki kamera-müşahidə əsasında müəyyən edilməmiş, protokol elektron tərtib edilməmişdir. Yalnız yol polisinin müşahidəsi əsasında müəyyən edildiyi iddia edilən inzibati xəta çox maraqlıdır ki, yol boyu yol polis əməkdaşının hər hansı aktiv hərəkəti olmamış, hər hansı bununla əlaqədar imkan olduğu halda dayan işarəsi verilməmiş, dərhal mümkün olduğu halda hüquqi qiymət verilməmişdir. Lakin sonradan qərəzli formada münasibət bildirilmişdir. 2) Aşkarlanması tamamilə absurd olan inzibati xəta tərkibi kimi qələmə verilən əməlin özündə belə qəsd mövcud olmamışdır, yolda dayan işarəsinin silinmiş olması, təmirdə olması, sarı yanarkən artıq hərəkətdə olmuş olmağı, ərazinin tam işlək yol olması və daima arxadan gələn maşınlara təhlükə şəraiti ehtimalının olması və nəticədə haqlı olaraq sarı işıq zamanı hərəkətimi dayandırmamağı qiymətləndirilməmişdir. Tərəfindən məhkəməyə təqdim edilən videolardan da görünür ki, polisin müvafiq yol boyu (vurğuladıqları sarı işığı keçmə anından maşını saxladığı anadək) onunla eyni istiqamətdə hərəkətdə olması, ona hər hansı dayan işarəsi verməməsi, məhz uzun ərazini keçdikdən sonra yolda qarşısına keçdikdən sonra qərəzli olaraq saxla işarəsi vermələri bir daha göstərir ki, “aşkar edilmiş” inzibati xəta tərkibi nəinki mövcud deyil, hətta mübahisələndirilən sarı işıqda keçmə anı ilə bağlı aşkar edilmə məsələsi də qanunsuz və hüquqaziddir: belə ki, nə müvafiq xüsusi texnika vasitəsilə qeydə alınmaqla eletkron şəkildə müəyyən edilməmişdir, nə də vizual aşkarlama nəticəsində yol polisinin dərhal müdaxiləsi ilə müəyyən edilməmişdir. Həmin siqnal əməkdaşlardan biri tərəfindən qeyri-etik və kobud baş hərəkəti ilə verilmiş, xanım sürücü və peşəkar vəkil olmağına baxmayaraq ona qarşı kobud və etik davranış qaydalarına uyğun olmayan münasibət sərgilənmiş, hadisə ilə bağlı verdiyi suallara isə məhəl qoyulmamışdır. Müvafiq hadisə avtomobilində quraşdırılmış videoqeydiyyat cihazı vasitəsilə tam şəkildə qeydə alınmışdır və həmin görüntülər svetoforun yaşıl işığında hərəkət etdiyini açıq şəkildə təsdiq edir. Apellyasiya baxışı zaman iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək, habelə iş materiallarında olan video-görüntüyə əsasən inzibati xətanı törətmiş olması faktını etiraf edərək həmin görüntüdən inzibati xətanın baş verdiyi ərazi ilə inzibati xəta haqqında protokoldakı ərazinin eyni olmamasını, məhz protokolda göstərilmiş ərazidə qadağanedici işıqdan keçməsinə dair hər hansı sübut olmadığını əsas tutaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zaman iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs yolpatrul xidmətinin əməkdaşı X4 ## #### 2026-cı il tarixdə saat 21 radələrində barəsində inzibati xəta haqqında icraat şəxsə məxsus “X1 ROVER EVOQUE” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetaforun qadağanedici işığında keçməsi ilə əlaqədar dayanması barədə siqnal verilməsinə baxmayaraq hərəkəti davam etdirərək bir qədər sonra dayanmasını, sözügedən inzibati xətaya yol verilməsi ilə əlaqədar onun barəsində qanuni protokol tərtib olunduğunu, inzibati xətanın törədildiyi ərazi ilə protokoldakı ərazinin fərqli olmasının səbəbinin isə barəsində icraat aparılan şəxsin ona məxsus nəqliyyat vasitəsini qayda pozuntusundan sonra bir qədər gec, yəni protokolun tərtib olunduğu ərazidə saxlaması ilə əlaqədar olmasını və hər bir halda protokoldakı ərazinin məhz onun tərtib olunduğu əraziyə uyğun göstərildiyini qeyd etdi. Belə ki, elektron protokol tərtib olunanda GPAS həmin zaman dayanılan məkanı avtomatik olaraq protokolun tərtib olunduğu yer kimi göstərir. Qərar da protokol əsasında tərtib olunduğundan müəyyən olunmuş ərazı qərarda da təkrarlanır. Apellyasiya baxışı zaman iştirak edən Bakı şəhər X2 İdarəsinin nümayəndəsi nümayəndə1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi faktı mübahisəsiz olduğundan məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının çıxışlarını dinləyək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarından görünür ki, İsmayılzadə Əminə Rafiq qızı ##.##.2026-cı il tarixdə saat 21:11-də Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 6 ərazisində «X1 Rover Evqque» minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən bu Məcəllənin 327.1- 1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozmuşdur. Nəticədə İsmayılzadə Əminə Rafiq qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhər X2 İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, İsmayılzadə Əminə Rafiq qızı «X1 Rover Evqque» minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi (sarı işıq) verilməsinə baxmayaraq hərəkəti davam etdirmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə inzibati orqanın mövqeyilə razılaşaraq hesab etmişdir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyi, o cümlədən inzibati təbnehvermə haqqında qərar ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətinin əsas dəlili qismində isə məhkəməyə təqdim olunmuş video-görüntüdə onun idarə etdiyi nəqliyyat vasitəsinin svetaforun qadağanedici işığından keçməsi faktı aşkar olunsa da, hadisənin baş verdiyi ərazi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən ərazi eyni olmadığından və məhz protokolda göstərilən ərazidə hər hansı qayda pozuntusuna yol vermədiyindən inzibati tənbehvermə haqqında qərarın qanunsuz və əsassız olması göstərilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəməyə təqdim olunan video-materiala baxış keçirərək, həmin materiallar əsasında müəyyən olunan xüsusatları proses iştirakçılarının, habelə məhkəmə iclasında iştirakı təmin olunmuş inzibati xəta haqqında protokolu tərtib edən yol-patrul əməkdaşının məhkəməyə bildirdiyi hallarla əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən ## #### 2026-cı il tarixində saat 21:11-də «X1 Rover Evqque» minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə həmin Məcəllənin 327.7ci maddəsində göstərilən inzibati xətaları törətmişdir. Məhkəmə həmin qənaətə gələrkən nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı özü də iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş video-görüntüyə əsasən ## #### 2026-cı il tarixində saat 21 radələrində ona məxsus «X1 Rover Evqque» minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi faktını təkzib etməmiş, apellyasiya şikayətini isə əsas etibarilə hadisənin baş verdiyi ərazi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən ərazinin eyni olmaması və məhz protokolda göstərilən ərazidə hər hansı qayda pozuntusuna yol verməməsi barədə dəlillər ilə əsaslandırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızının qeyd olunan dəlilləri ilə əlaqədar məhkəmə iclasında iştirakı təmin olunmuş inzibati xəta haqqında protokolu tərtib edən şəxs yol-patrul xidmətinin əməkdaşı X4 ## #### 2026-cı il tarixdə saat 21 radələrində barəsində inzibati xəta haqqında icraat şəxsə məxsus “X1 ROVER EVOQUE” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetaforun qadağanedici işığında keçməsi ilə əlaqədar dayanması barədə siqnal verilməsinə baxmayaraq hərəkəti davam etdirərək bir qədər sonra dayanmasını, sözügedən inzibati xətaya yol verilməsi ilə əlaqədar onun barəsində qanuni protokol tərtib olunduğunu, inzibati xətanın törədildiyi ərazi ilə protokoldakı ərazinin fərqli olmasının səbəbinin isə barəsində icraat aparılan şəxsin ona məxsus nəqliyyat vasitəsini qayda pozuntusundan sonra bir qədər gec, yəni protokolun tərtib olunduğu ərazidə saxlaması ilə əlaqədar olmasını və hər bir halda protokoldakı ərazinin məhz onun tərtib olunduğu əraziyə uyğun göstərildiyini qeyd etmişdir ki, həmin xüsusatlar (svetaforun qadağanedici işığında keçməsi ilə əlaqədar dayanması barədə siqnal verilməsinə baxmayaraq hərəkəti davam etdirərək bir qədər sonra dayanması) məhkəmə iclasında İsmayılzadə Əminə Rafiq qızı tərəfindən mübahisələndirilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 60- ci maddəsinin ll bəndinə görə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin məhkəmə inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun araşdırma apararaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılzadə Əminə Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayılzadə Əminə Rafiq qızı barəsində Bakı şəhər X2 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar