Məhkəmə qərarları › İş №3(3-6)-1690/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1690/2026

06.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1690/2026 06.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, müdafiəçi – “KREDO” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal RPI-nin 26-cı Polis Şöbəsinin sahə inspektoru, R X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan və ##.##.2026-cı il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanın qarşısında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.B.Cavadzadə) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 1 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qərardan, müdafiəçi Vəkil apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan qərarın qəbul edilməsi zamanı Inzibati Xətalar Məcəlləsinin bir sıra tələbləri kobud şəkildə pozulmuş və tamamilə əsassız və qanunsuz olaraq qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Atles Plasa-da yerləşən Megastore mağazasında qəssab işləyir. ##.##.2026-cı il tarixdə saat 21-də işdən çıxır yaşadıdı evə tərəf getir. Mağazadan təxminən 100 metr aralaşmış həmin ərazidə yerləşən FHN-nin YNB-nin qarşısından keçərkən paralel küçənin qarşı tərəfində qətl onu bir nəfər arxadan tutub qucaqlayaraq saxlayır. Qarşıdan gələn bir nəfər isə polis olduqlarını deyir. Həmin şəxslər mülki formada olmuşlar. Arxadan onu tutub saxlayan şəxs adının Elçin olub- olmadığını, prius markalı avtomaşınını harada saxladığını soruşur. O isə cavabında adının Elçin yox Riçay olduğunu deyib maşını olmadığını bildirir. Daha sonra nə baş verdiyini soruşanda həmin şəxslər polis olduqlarını bildirib şöbəyə getməli olduğunu deyir. Razılaşır həmin şəxslərin qara rəngli cip tipli d\q nişanını görmədiyi avtomaşınına əyləşir. Qoluna qandal taxaraq mobil telefonunu əlindən alırlar. Onu 26-cı polis şöbəsinə aparılar. Onu qəbul edən şəxs şöbəyə aparan şəxslərə bu elə adama oxşamır bunu bura niyə gətirmisiniz deyir. Daha sonra onu tutan şəxsləri görmür. Səhəri gün məhkəməyə çıxarılır. Barəsində mübahisə etdiyimiz qərar qəbul olunur. Müdafiə etdiyim şəxs hələ də baş verənlərə inanmır. Bütün bunların nə üçün baş verdiyini dərk etmir. Ümumiyyətlə O, ömrü boyu heç bir zaman nəlayiq ifadə işlətməmişdir. Sakit təbiətli insandır. Namaz qılır, ibadətlə məşğul oldur. Heç bir pis vərdişi yoxdur. Nəinki, polis əməkdaşların heç bir kəsə qarşı müqavimət göstərməmiş, ümumiyyətlə bu vaxta kimi elə bir situasiyaya düşməmişdir. Polis əməkdaşlarının raportunda qeyd etdikləri tamamilə yalandır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməkdə təqsirli olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə iclasında, müdafiəçi Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, heç bir inzibati xəta törətmədiyini qeyd edərək, müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla və işin müəyyən olunmuş faktiki halları ilə müqayisədə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qanuni və əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd edir. Ilk öncə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 88.1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri - xırda xuliqanlıq edildikdə, inzibati qaydada tutmanı, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün inzibati qaydada tutmanı tətbiq etmək hüququna malikdirlər. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Yasamal RPI-nin 26-cı Polis Şöbəsi tərəfindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli, AZA № ****** saylı “X2 Haqqında” və ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qaydada tərtib olunmuşdur. Habelə, müdafiəçinin hüquqi mövqeyinə münasibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunmasında, onun xeyrinə həll edilməli olan şübhəli və ya ziddiyyətli məqamlar iş üzrə müəyyən olunmamışdır. Apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində inzibati xəta tərkibinin olmaması haqqında mülahizə əsassızdır və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunla istisna edən hallar iş üzrə müəyyən olunmamış və tətbiq edilmiş inzibati tənbehin növü və həddi törədilmiş xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və təqsirlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin dispozisiyasına görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, hər iki maddənin dispozisiyası iki növ, cərimə və ya inzibati həbs tənbeh tədbirlərinin tətbiqini özündə ehtiva edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21ci maddəsinin tələbləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbeh növünün tətbiq edilməməsini inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri baxımından düzgün müəyyənləşdirmiş və nəzərə almışdır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32, 33 və 34.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 1 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3cü maddəsinə əsasən 1 (bir) ay müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar