Məhkəmə qərarları › İş №3(3-6)-1691/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1691/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1691/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər rayon X1 İdarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xəzər RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru R X3 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “VAZ-21074” minik markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verərək avtoxuliqanlıq etməsi aşkar edilmiş və əməlində İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Elbəy Allahverdiyev) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəlinin ##.##.2026-cı il saat 16:30-dan hesablanması, qərarın icrasının inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati Həbs Olunanların X6, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-95)- ****/**** nömrəli qərarının ləğv edilməsini, əməlində Azərbaycan Respublikası IXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsini, tətbiq edilmiş 15 günlük inzibati həbsin qərardan çıxarılaraq, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsinə yenidən qiymət verilsin və daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz, əsassız, işin faktiki hallarına uyğun olmayan, sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edilmiş qərardır və buna görə də ləğv edilməlidir. İlk növbədə qeyd edilir ki, onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan hadisə X1 əməkdaşları tərəfindən birbaşa aşkar edilməmişdir. İş materiallarından da görünür ki, polis əməkdaşları hadisə yerində olmamış, hər hansı qayda pozuntusunu özləri müşahidə etməmiş, hadisə ilə bağlı operativ tədbir həyata keçirməmiş, yalnız sonradan sosial şəbəkədə yayımlanmış videoya baxış keçirdikdən sonra mənim şəxsiyyətimi müəyyən etmiş və barəmdə inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə qərarında göstərilir ki, "TikTok" sosial şəbəkəsində yerləşdirilmiş görüntülərə baxış keçirilmiş və həmin görüntülər əsasında onun avtoxuliqanlıq etməyi müəyyən edilmişdir. Lakin inzibati məsuliyyətin tətbiqi üçün yalnız sosial şəbəkədə paylaşılmış görüntülərin mövcudluğu kifayət etmir. Həmin görüntülərin hansı şəraitdə çəkilməsi, montaj olunub-olunmaması, görüntülərin tamlığı, hadisənin əvvəl və sonrakı hissələrinin olubolmaması, görüntünü çəkən şəxsin kimliyi, videonun hansı məqsədlə paylaşılması və digər mühüm hallar araşdırılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən videonu çəkmiş şəxs müəyyən edilməmiş, şahid qismində dindirilməmiş, hadisə yerində olmuş digər şəxslər müəyyən edilməmiş, həmin hərəkətin hər hansı vətəndaşın hüquq və qanuni mənafeyinə zərər vurması və ya ictimai qaydanı pozması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Videogörüntüdən görünən hərəkətlər onun avtomobilinin əl əyləc sisteminin təmirdən sonra sazlığının yoxlanılması məqsədilə həyata keçirilmiş qısamüddətli texniki sınaq xarakterli hərəkətlər olmuşdur. Avtomobilin əl əyləc sistemi yaxın vaxtlarda təmir edilmiş, həmin sistemin işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə avtomobil idarə edilmişdir. Hadisə kənar şəxs tərəfindən çəkilmiş və sonradan mənim iradəmdən asılı olmayaraq sosial şəbəkədə paylaşılmışdır. Onun məqsədi nə ictimai qaydanı pozmaq, nə də cəmiyyətə hörmətsizlik nümayiş etdirmək olmuşdur. Həmçinin hadisənin baş verdiyi ərazidə insanların sıx toplaşması, hər hansı şəxsin təhlükə ilə üzləşməsi, yol-nəqliyyat hadisəsinin baş verməsi və ya hər hansı maddi ziyanın vurulması faktı müəyyən edilməmişdir. Məhkəmə qərarında göstərilən "ictimai qaydanın pozulması" və "cəmiyyətə açıq hörmətsizlik" kimi nəticələr konkret sübutlarla deyil, ehtimallarla əsaslandırılmışdır. İş materiallarında isə onun hərəkətlərinin məhz avtoxuliqanlıq məqsədi ilə törədildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Bundan əlavə, məhkəmə tərəfindən tətbiq edilmiş inzibati tənbeh də həddindən artıq ağır olmuşdur. Məhkəmə qərarında bu hallar formal olaraq qeyd edilsə də, faktiki olaraq qiymətləndirilməmiş və nəticədə ən ağır inzibati təsir tədbirlərindən biri olan 15 günlük inzibati həbs seçilmişdir. Halbuki inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilməli olan ən sərt inzibati tənbeh növüdür. Məhkəmə tərəfindən daha yüngül inzibati tənbehin tətbiq edilməsinin mümkünlüyü müzakirə edilməmiş, qərarda bunun səbəbləri əsaslandırılmamışdır. Qərarın əsaslandırma hissəsində də yalnız ümumi ifadələrdən istifadə olunmuş, mənim konkret olaraq hansı hərəkətlərimlə ictimai qaydanı nümayişkaranə şəkildə pozduğum, hansı şəxslərə qarşı açıq hörmətsizlik göstərdiyim və hansı təhlükəli nəticələrin yarandığı göstərilməmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakiminin şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş raport və arayışdan görünür ki, “Tiktok” sosial şəbəkə platformasında yerləşdirilmiş görüntülərə baxış keçrilmiş, baxış zamanı ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən boya zavodu yanında, idarə etdiyi nəqliyyat vasitəsini təhlükəli idarə etməsi, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verməsi, ictimai qaydanı nümayişkaranə şəkildə kobud halda pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etməsi aşkar olunmuşdur. Təqdim edilmiş videogörüntüdən aşkar surətdə müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “VAZ-21074” minik markalı, **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən sürətləndirməklə yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən avtoxuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaları törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında verilmiş şikayətində tərəfindən İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmədiyini bildirsə də, iş materiallarında olan videogörüntüdən aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi nəqliyyat vasitəsini təhlükəli idarə etməsi, əl əyləc sistemindən istifadə edərək kobud manevr hərəkətlərinə yol verməsi, ictimai qaydanı nümayişkaranə şəkildə kobud halda pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya İXM-in 511.1.3-cü maddəsi ilə törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş inzibati tənbehin İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar