Məhkəmə qərarları › İş №3(3-6)-1692/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1692/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1692/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru R X6, Tələbkar Ağayeva İlahə Hadil qızı və onun nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil2, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Ağayeva İlahə Hadil qızının nümayəndəsi vəkil2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Elbəy Allahverdiyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi vəkil2 apellyasiya qaydasında şikayət vermişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o icra məmurunun çağırışlarına əməl etmiş, uşağı tələb olunan görüş yerinə aparmışdır. Hətta iş materiallarında olan aktlardan da müəyyən olunur ki, uşaq görüş yerinə gətirilmiş, lakin özü anası ilə görüşmək istəməmişdir. Heç bir sənəddə onun uşağa təsir göstərdiyi qeyd olunmamışdır. Əksinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki, nə icra məmurları, nə də tələbkar öz izahatlarında onun uşağı görüşə gətirmədiyini bildirməmişlər. Həmin qərarda açıq qeyd olunmuşdur ki, uşaq görüşə gətirilsə də, özü anası ilə görüşməkdən imtina etmişdir. Həmçinin məhkəmə iclasında uşağın onun tərəfindən hər hansı təsirə məruz qalması müşahidə edilməmişdir. Buna baxmayaraq, hazırkı qərarda məhkəmə heç bir mötəbər sübut olmadan guya onun uşağa psixoloji təsir göstərdiyi nəticəsinə gəlmişdir. Halbuki iş materiallarında bunu təsdiq edən heç bir rəsmi psixoloji ekspertiza rəyi yoxdur. Məhkəmə qərarında “psixoloqun nəticəsi”nə istinad edilir. Lakin iş materiallarında həmin şəxsin həqiqətən peşəkar psixoloq olmasını təsdiq edən heç bir sənəd yoxdur. Həmin şəxsin ali təhsili, ixtisası, fəaliyyət hüququ və ya sertifikatı iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, həmin şəxs ayrıca yazılı psixoloji rəy təqdim etməmiş, sadəcə icra məmuru tərəfindən əvvəlcədən hazırlanmış akta imza etmişdir. Həmin akt isə bilavasitə icra məmurunun özü tərəfindən tərtib olunmuşdur. Belə olan halda, icra məmurunun öz subyektiv mülahizələri əsasında hazırlanmış aktın mötəbər sübut kimi qəbul edilməsi qanunsuzdur. O, məhkəmə iclasında hakim Elbəy Allahverdiyevdən uşağın iclas zalına çağırılıb birbaşa dinlənilməsini xahiş etmişdi ki, uşağın real iradəsi məhkəmə tərəfindən müəyyən olunsun. Lakin məhkəmə bu vəsatəti təmin etməmiş və uşağın dinlənilməsindən imtina etmişdir. Halbuki işin əsas predmeti məhz uşağın görüşmək istəyib-istəməməsi məsələsi olmuşdur. Məhkəmə həmçinin şahidlər X2 və Ağayeva Lalə İzzətulla qızının ifadələrini də nəzərə almamışdır. Hər iki şahid məhkəmə iclasında açıq şəkildə təsdiq etmişdir ki, uşaq özü anasının yanına getmək istəməmiş və uşağın atasına çox bağlı olduğu müşahidə edilmişdir. Buna baxmayaraq, məhkəmə həmin ifadələrə hüquqi qiymət verməmişdir. İcra məmuru Pərvin müəllim tərəfindən barəsində tərtib olunmuş təqdimat tam qanunsuz və əsassız olmuşdur. Təqdimatda guya onun icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi göstərilir. Halbuki ## ### 2026-cı il tarixli qərardad üzrə o icra məmurunun çağırışlarına gəlmiş, uşağı da gətirmişdir və icra məmurunun göstərişlərinə əməl etmişdir. Əgər o həqiqətən icra məmurunun tələblərini yerinə yetirməsəydi, ümumiyyətlə uşağı görüş yerinə aparmazdı. İXMin 528.1-ci maddəsinin dispozisiyası icra sənədinin qərəzli və üzrsüz şəkildə icra edilməməsini nəzərdə tutur. Onun hərəkətlərində isə belə bir hal yoxdur. O, uşağı görüş yerinə aparmış və qərarın icrası üçün üzərinə düşən hərəkətləri etmişdir. Digər tərəfdən, uşağın anası İlahə Ağayeva hazırda ona aliment ödəməlidir, çünki uşaq faktiki olaraq onun yanında yaşayır. Əgər o pis ata olsaydı, uşaq uzun müddət onun yanında qalmaz və ona bu qədər bağlı olmazdı. Təəssüf ki, İlahə Ağayeva aliment ödəməkdən yayınmaq məqsədilə ona qarşı davamlı şəkildə əsassız şikayətlər, şər və böhtan xarakterli müraciətlər edir. Hazırda isə özü artıq 2 aydır aliment ödəmir. Buna baxmayaraq, icra məmuru onun barəsində heç bir təqdimat vermir və onun məsuliyyətə cəlb edilməsini məhkəmədən tələb etmir. Bu isə tərəflərə münasibətdə açıq şəkildə qeyri-bərabər və qərəzli yanaşmanın göstəricisidir. Onun uşağa psixoloji təsir göstərdiyi heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmənin istinad etdiyi “psixoloq rəyi” iş materiallarında mövcud deyildir. “Psixoloq” kimi qeyd edilən şəxsin peşəkar səlahiyyətləri, ixtisası və hüquqi statusu müəyyən edilməmişdir. İş materiallarında onun icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini təsdiq edən heç bir sübut yoxdur. Əksinə, aktlardan uşağın görüş yerinə onun tərəfindən gətirildiyi müəyyən olunur. Uşağın anası ilə görüşmək istəməməsinin səbəbləri məhkəmə tərəfindən obyektiv araşdırılmamışdır. Şahid ifadələri və uşağın atasına bağlı olması faktı nəzərə alınmamışdır. Uşağın məhkəmə tərəfindən birbaşa dinlənilməsi təmin edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr iş üzrə araşdırılmış sübutlarla təsdiq olunmur və ehtimallara əsaslanır. Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə olan zərərçəkmiş şəxsin nikahı rəsmi qaydada pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş övladları X3 onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment tutularaq ona ödənilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli məbləğində alimet tutularaq ona ödənilməsi qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadına əsasən də sonuncu instansiya məhkəməsində mülki işə baxılıb qurtaranadək uşağın alınaraq ona verilməsi qərara alınmışdır. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi və qərardadı icra edilmir və sadəcə olaraq kağız üzərində saxlanılır. Eyni zamanda Bakı şəhəri Xəzər RİH başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Lalə Əhmədovanın qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdar edilməklə ona və oğlu X3 yaxınlaşmaması barədə 60 gün olmaqla Qısamüddətli mühafizə orderi verilmişdir. Lakin azyaşlı oğlu X1 hələ də atasının yanındadır və atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşağa qarşı hər cür təzyiqlər göstərməkdən çəkinmir və məhkəmənin qətnaməsini, qərardadını, icra hakimiyyətinin qərarını qərəzli olaraq icra etməkdən yayınır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrasından imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Buna baxmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yenə məhkəmə qətnaməsini icra etməmiş və bu səbəbdən onun barəsində yenidən inzibati protokol tərtib edilərək məhkəməyə çıxarılmış və İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən bu dəfə 1000 manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna hər cür istər psixoloji, istər fiziki, istər mənəvi təsir və təzyiqlər edir. Onun bu əməlləri artıq rəsmi şəkildə öz təsdiqini tapır. Borclu ##.##.2026-cı il tarixli müvəqqəti təminat tədbiri barədə qərarı da qərəzli şəkildə icra etməkdən yayınır. Hətta onun barəsində daha əvvəl İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmə barədə Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin də qərarında qeyd edilmişdir ki, borclunun barəsində tətbiq edilən cərimə növündə tənbehlə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti müdafiə edərək, barəsində İXM-in 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Ağayeva İlahə Hadil qızı və onun vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, tələbkar Ağayeva İlahə Hadil qızının nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli qərarı ona təyin edilmiş tənbeh hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(003)- ****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb qurtaranadək, X3 anası Ağayeva İlahə Hadil qızının himayəsinə verilməlidir. İş materiallarında olan MN 2485914 nörməli ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, azyaşlı Rəsul Ağazadə anasının evində heç bir narahatlıq keçirmədən divanda oturub atası X3 ilə telefonla danışan zaman anası ilə qalmaq istədiyini, atasının yanına qayıtmaq istəmədiyini bildirir. Görüntü zamanı anası tərəfindən Rəsul Ağazadəyə hər hansı təzyiq göstərilməsi müşahidə olunmur. İş materiallarında olan Qarşı tərəfin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, azyaşlı Rəsul Ağazadə İcra şöbəsində olarkən anası ilə görüşmək, onunla getmək istəmədiyini, atası ilə qalmaq istədiyini bildirir. Bundan başqa materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Ağayeva İlahə Hadil qızının 28.08.20218-ci il təvəllüdlü X3 ilə müvəqqəti olaraq hər həftənin şənbə günü saat 10dan bazar günü saat 20-dək gecə qalmaq şərti ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarın icrasının təmin edilməsindən qərəzli yayındığı üçün icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair ##.##.2025-ci il tarixli ******* saylı protokol tərtib edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qərarını üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edilən qərar Bakı Apellysiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 3(103)- ****/**** saylı qərarı ilə ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apellysiya Məhkəməsinin sözügedən qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üşağa təsir göstərməklə anası ilə görüşünə faktiki olaraq mane olur və bununla da icra sənədi üzrə üzərinə qoyulmuş vəzifələri dolayısı yolla yerinə yetirmir. Birinci instansiya məhkəməsində icraat zamanı inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 16(5-95)- ***/**** saylı ##.##.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb qurtaranadək, X3 anası Ağayeva İlahə Hadil qızının himayəsinə verilməlidir. Tələbin könüllü icrası haqqında bildiriş ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilib. İcra sənədinin icrasının təmin edilməsi üçün iki dəfə görüş təyin edilmiş, lakin X3 anası ilə getməkdən imtina etmiş, icra sənədinin icrası üçün psixoloq da azyaşlı ilə danışmış və belə nəticəyə gəlmişdir ki, atası X3 psixoloji təsiri nəticəsində uşaq tələbkarla görüşməkdən imtina edir. Tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsi üçün icra şöbəsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və nümayəndəsi X7 bildirmişdilər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələbinə uyğun olaraq, oğlu Rəsul Ağazadəni könüllü gətirmiş, lakin oğlu tələbkar Ağayeva İlahə Hadil qızı ilə getməkdən imtina etmişdir. İcra məmuru tərəfindən psixoloqun rəyi olması qeyd edilsə də, təqdim edilmiş sənədlərdə bu görünmür, tərtib edilmiş protokol əsassızdır və İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı tələbkar Ağayeva İlahə Hadil qızı və nümayəndəsi vəkil2 analoji fikir söyləyib qarşı tərəfin azyaşlı X3 təsir edərək qərəzli olaraq icra sənədinin icrasından yayınmasını bildirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladı Rəsul Ağazadəni könüllü tələbkar ilə görüşə gətirməsi, lakin övladının tələbkar Ağayeva İlahə Hadil qızı ilə getməkdən imtina etməsi reallığı əks etdirməməklə yanaşı, özünü müdafiə xarakteri daşıyır. Hər bir halda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra edilməli və uşağın anası ilə görüşməsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarlarının icraya yönəldiyi vaxtdan keçən müddət ərzində icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqinin icrasını təmin etməmiş, icra sənədinin icrasının təmin edilməsinə laqeyd yanaşmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusuna yol verməsini müəyyən etmişdir. Buna rəğmən, apellyasiya instansiya məhkəməsi şəxsə təyin edilmiş inzibati tənbehin növü ilə razılaşmır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası törədilmiş inzibati xətanın xarakterini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini və İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini, eyni zamanda məsuliyyətini yüngülləşdirən halların müəyyən olunmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri 1000 (min) manat məbləğində cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona təyin edilmiş 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri ilə əvəz edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar