Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1693/2026 06.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - IXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Birinci instansiya məhkəməsinin icraatına ## #### 2026-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinin polis sahə rəisi, R X4 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə psixotrop maddə metamfetaminin təsiri altında sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - IXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Inzibati həbsdə saxlamanın əvvəli ## #### 2026-cı il tarixdən, saat 01:45-dən hesablanmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü IXM-nin 510.1-ci və 535.-ci maddəsi ilə tam təqsirli bilmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Lakin IXM-nin 206-cı maddəsi ilə təqsirli bilmədiyini qeyd etdi. Tərəfindən verilmiş şikayəti müdafiə edib şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Inzibati qaydada tutma haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 01:45-də inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinə gətirilən zaman onun sol gözündə və üz nahiyyəsində xəsarət aşkar edilmişdir. ##.##.2026-cı il rapotun məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 01:30 radələrində Nəsimi rayonu, Yusifbəyli küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa, həmin şəxs polis idarəsinə gətirilən zaman polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, əl-qol və ayaq hərəkələri ilə müqavimət göstərmiş və özünü vurmuşdur. Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2026-cı il rapotdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 01:36 radələrində Nəsimi rayonu, N.B. Yusifbəyli küçəsində yerləşən Araz marketin qarşısında 1 nəfər şəxsin digər vətəndaşla mübahisə etdiyini və onu təhqir eldiyini görərək, yaxınlaşıb həmin şəxsə ƏÇPA-nın 9-cu bölüyünün AP2495 qeydiyyatlı avtopatrulla inzibati ərazi üzrə xidmətdə olan əməkdaşları özlərini təqdim edib vətəndaşı nizam-intizama dəvət etmək istəyərkən həmin şəxs polis əməkdaşlarına tabesizlik etmiş və onları nalayiq söyüşlər ilə təhqir elmişdir. Polis əməkdaşları hər iki şəxsi 20-ci PŞ-nə təmin etmiş, digər şəxs şöbəyə dəvət olunmuşdur. Şöbəyə daxil olarkən hadisəni törədən şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olması müəyyən edilmişdir. O, növbətçi hissənin iş rejimini pozaraq əməliyyat qrupunda olan polis əməkdaşlarını nalayiq söyüşlər ilə təhqir edərək şöbənin giriş qapısına bir neçə dəfə təpiklə zərbələr endirmiş və tabesizlik edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Vətəndaş şöbəyə daxil olan zaman onun sol gözündə və üz nahiyəsində xəsarət olması aşkar edilmişdir. Həmin şəxslə danışıq zamanı qeyri-adekvat hərəkətlər etməsi səbəbindən və özünün spirtli içki təsiri altında olmasını etiraf etdiyindən həmin şəxs müvafiq olaraq sərxoşluq vəziyyətinin təyin edilməsi üçün aidiyyəti ekspertizadan keçirilmiş və orta dərəcəli sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Bununla yanaşı yüksək səslə və qeyri-adekvat davranışları ilə polisin, DIN-in və rəhbərliyin ünvanına təhqiramiz ifadələr işlətmiş, dəfələrlə nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayaraq özbaşına qeyri-adekvat hərəkətlərini davam etdirmişdir. Bu cür hərəkətləri PŞ-nin Növbətçi Hissəsinin və Ümumi şöbənin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X6-X5 dair ## #### 2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MET (+) aşkar edilmişdir. Hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ## #### 2026-cı il tarixli */***** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi-müayinə” protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 12:13-də orta sərxoşluq vəziyyətindədir. X1 Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinə yazdığı izahatın məzmunundan görünür ki, ## #### 2026-cı il tarixdə, saat 01:30 radələrində Nəsimi rayonu, Yusifbəyli küçəsində yerləşən “Araz” marketə daxil olan zaman tanımadığı bir nəfər şəxs ona çiyin zərbəsi vurmuş, ona arşı yüksək səslə nalayiq ifadələr işlətmişdir. Daha sonra əraziyə polis əməkdaşları gələrək əmin şəxsi polis şöbəsinə aparmışlar. Video görüntülərin əks edildiyi 02 ədəd CD disklərə baxış keçirilməsi zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyri-adekvat hərəkətlər etməsi, uca səslə nalayiq ifadələr işləməsi, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayaraq özbaşına qeyri-adekvat hərəkətlərini davam etdirməsi, özünü polis şöbəsinin divarlarına vurması, polis şöbəsinin qapısına dəpklə vurması, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması müəyyən olunmuşdur. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 206, 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı Məhəmmədli Abbasov əməlindən çox peşman olduğunu və alternativ tənbeh tədbirinin tətbiq edilməsini xahiş etsə də, onun göstərilən hərəkətləri törətməsi sonuncunun barəsində məhz inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi ilə, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-in 206, 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olması mübahisəsiz qaydada müəyyən olunduğundan sonuncuya tənbeh tədbiri tətbiq edildikdə həmin məcəllənin 34.3-cü maddəsini tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası IXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, əməlindən peşman olmasını yüngülləşdirən hal kimi, əməli sərxoş vəziyyəti törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edərək sonuncuya törətdiyi inzibati xətalara görə daha ciddi xətaya görə müəyyən edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbehin IXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, hazırki iş üzrə Azərbaycan Respublikası IXM-in 21ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdr. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - IXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1693/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1693/2026
06.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver