Məhkəmə qərarları › İş №3(3-6)-1696/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1696/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1696/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional Idarəsinin inspektoru Qanuni nümayəndə tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (sədrlik edən, hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i IXM-nin 326-cı maddəsi ilə təqsirli bilinmiş və 2000 (iki min) manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Inzibati xətalat Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilə bilməz, həmin maddə subyektləri logistika xidmətləri göstərən şirkətlərdi. Belə ki, “Avtomobil Nəqliyyatları” haqqında qanunun 3.1-ci maddəsinə əsasən sözügedən qanunun tətbiq dairəsini yük daşımaları xidmətləri göstərən (müqavilə və ya fəaliyyət mövcud olmalıdı) daşıyıçı şirkətlər nəzərdə tutulur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i logistika fəaəliyyəti ilə məşğul deyildir və yük daşıması xidmətləri barədə müqavilə bağlamır. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Inzibati xətalat Məcəlləsinin 326-ci maddəsində üzrə subyekt deyildir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında həmin protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 12 radələrində Bakı şəhəri Sabunçu rayonu Istiqlaliyyət küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus yük daşıma yerinə yetirən “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamış, həmçinin nəqliyyat vasitəsi sürücüsünün reys qabağı tibbi müayinə təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə “xxxx” MMC tərəfindən AR IXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional Idarəsinin inspektoru Qanuni nümayəndə tərəfindən aşkar edilərək müvafiq akt, video və fotoşəkillər çəkilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə1 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri Sabunçu rayonu, Istiqlaliyyət küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus yük daşıma yerinə yetirən “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti reysqabağı yoxlanılmamış, həmçinin nəqliyyat vasitəsi sürücüsünün reys qabağı tibbi müayinə təşkil edilməməsi aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər. Həmin qərarda Konstitusiya Məhkəməsi eyni zamanda qeyd etmişdir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Bundan sonra qanunvericiliyə müvafiq dəyişiklik edilmişdir. Belə ki, ## #### 2026-cı il tarixdə qanuna edilmiş dəyişikliyə əsasən həmin Qanununun 1.0.9-cu maddəsində “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir. Yəni artıq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən yalnız kommersiya məqsədilə deyil, həmçinin şəxsi ehtiyacları üçün də daşımanı yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmaması, sürücülərin tibbi müayinədən keçirilməməsi IXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Həmçinin internet informasiya ehtiyatından əldə edilmiş məlumatlardan da görünür ki, “xxxx” MMC məhz loqistika fəaliyyətini həyata keçirir. Məhz bu dəyişikliyə uyğun olaraq da hüquqi şəxsin barəsində IXM-nin 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında “xxxx” MMC-nin nümayəndəsi nümayəndə2 bildirmişdir ki, hüquqi şəxs barəsində tərtib edilmiş protokol əsassızdır, iş ümümiyyətlə araşdırılmamışdır, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCi tərəfindən heç bir inzibati xəta törədilməmişdir. “xxxx” MMC-i öz nəqliyyat vasitələri ilə yalnız öz mallarını daşıyır, logistika fəaliyyəti göstərmir. IXM-nin 326-ci maddəsi müqavilə əsasında fəaliyyət göstərən, muzd alan şirkətləri ehtiva edir, yəni logistika fəalliyyəti göstərən hüququ şəxsləri. Bu barədə AR Konstitusiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli plenum qərarı mövcuddur və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barədə Sabuncu Rayon Məhkəməsi tərəfindən tətbiq edilmiş cərimə qərarı Bakı Apellyasiya Məhkəməsinin # ###### 2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və inzibati icraata xitam verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cari iş üzrə AYNA tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsini və inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin hesab edir ki, “Avtomobil nəqliyyatı haqqında” Qanununun 1-ci maddəsinə dəyişiklik edilsə də, həmin qanununun hansı münasibətlərə tətbiq edilməsinə dair 3.1-ci maddəyə dəyişiklik edilməmişdir. Belə ki, həmin Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Yəni Qanununun həmin maddəsindən də görünür ki, qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlərə şamil olunur. “xxxx” MMC-i isə belə bir xidməti göstərmir, öz yüklərini anbara daşıyır, sonra digər şirkətlər öz nəqliyyat vasitəsiləri ilə anbara yaxınlaşıb malları əldə edirlər. Qanununun 3.1-ci maddəsinin “avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi”-dən sonra işlədilən anlayışlar onlara deyil, dövlət orqanlarına aiddir. Ona görə də məhkəmədən hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında ## ##### 2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 12 radələrində Bakı şəhəri Sabunçu rayonu Istiqlaliyyət küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus yük daşıma yerinə yetirən “Isuzu” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmadığı, həmçinin nəqliyyat vasitəsi sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilmədiyi aşkar edilmişdir. Təqdim edilmiş 1 ədəd diskdə olan videogörüntüyə baxış zamanı yuxarıda qeyd edilən aktda göstərilənlərin əks olunduğu müəyyən olunmuşdur. ## #### 2026-cı il tarixdə rəsmi olaraq dərc edilmiş “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə ## #### 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd edilən Qanununun 1.0.9-cu maddəsinə aşağıdakı məzmunda dəyişiklik edilmişdir: 1.0.9-cu maddədə “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ##.##.2025-ci il tarixli qərarı ilə sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarların Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti olmaması nəticəsinə gəlmişdir. Daha sonra isə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu bəndinə dəyişiklik olunaraq “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri «daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş» sözləri ilə əvəz edilmişdir. Qanunvericiliyə yeni edilmiş dəyişikliyə əsasən həm kommersiya məqsədli daşımaları, həm də təsərrüfat ehtiyacları üçün olan daşımaları yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanması, eyni zamanda sürücülərin zəruri tibbi müayinədən keçirilməsi tələb olunur və bu tələbə riayət olunmaması isə AR IXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hüquqi şəxsin apellyasiya şikayətində “Avtomobil nəqliyyatı” haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə istinad edərək həmin qanunun yalnız daşınma xidməti göstərən hüquqi şəxslərə, fərdi sahibkarlara aid edilməsi ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edir ki, həmin Qanunun 3.1-ci maddəsinə əsasən “Avtomobil nəqliyyatı haqqında” Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Qanunun qeyd edilən maddəsindən görünür ki, həmin qanun sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi ilə yanaşı həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə də şamil olunur. Qanunun 1.0.6-cı bəndinə əsasən avtomobil nəqliyyatının infrastruktur obyektləri – avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri avtomobil nəqliyyatının infrastruktur obyektlərini nəzərdə tutur. Yəni, Qanun avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri (avtomobil nəqliyyatının infrastruktur obyektləri) ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Hansı ki, «daşıyıcı»ya Qanununun 1.0.9-cu maddəsində anlayış verilərək həm kommersiya məqsədli daşımaları, həm də təsərrüfat ehtiyacları üçün olan daşımaları yerinə yetirən mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarı nəzərdə tutduğu qeyd edilmişdir. Hüquqi şəxsin göstərdiyi Qanununun 3.1-ci maddəsinin “avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi”-dən sonra işlədilən anlayışların onlara deyil, dövlət orqanlarına aid olması ilə bağlı mövqeyi qanununun mənasına və mahiyyətinə uyğun deyildir. Həmçinin məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ##.##.2025-ci tarixli qərarında Qanunun 1, 3 və digər maddələrini əlaqəli şəkildə təfsir edərək müəyyən qayda və tələblərin şəxsi ehtiyaclar üçün yük və ya sərnişin daşımalarını həyata keçirən sahibkarlıq subyektlərinə tətbiq olunmasının nəzərdə tutulmasını tövsiyə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin «Avtomobil nəqliyyatı haqqında» Qanunun 3.1-ci maddəsi üzrə subyekt olub-olmaması (IXM 326 nisbətən) barədə AR Konstitusiya Məhkəməsinə sözügedən maddənin ətraflı izahı və Inzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə əlaqəli təsfiri üçün sorğunun göndərilməsi barədə vəsatəti təmin edilməməlidir. Hüquqi şəxsin nümayəndəsi hüquqi şəxsin logistika fəaliyyətini həyata keçirmədiyini bildirsə də, hüquqi şəxsin fəaliyyətinə dair təqdim edilmiş internet informasiya ehtiyatından çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i logistika fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar