Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1698/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ####### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilmə sinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin ## ####### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri Koroğlu metrostansiyası qarşısında 2-ci zolaqla hərəkət edərkən ondan öndə hərəkətdə olan minik avtomobilinin sürücüsü əyləci basaraq avtomobili dayandırmış və qəza dayanma işıqlarını yandırmışdır. Bu halda o da məcbur olaraq avtomobili dayandırmışdır. Solunda hərəkətdə olan avtomobilləri buraxaraq sol zolağa çıxmış və hərəkətini davam etdirməyə başlamışdır. Lakin Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşları qarşısında başqa nəqliyyat vasitəsi dayandığı üçün məcbur qalaraq dayandığı 6-7 saniyəlik vaxtı qayda pozuntusu hesab edərək onu saxlamışlar və barəsində IXP ******* nömrəli protokol tərtib etmişlər. O qarşısında nəqliyyat vasitələri dayandığı üçün dayandığını bildirərək etiraz etsə də məhkəməyə şikayət etmək hüququnun olduğunu bildirmişlər. Hesab edir ki, bu protokol və qərar qanuna zidd olaraq tərtib olunduğu üçün ləğv olunmalıdır. Çünki, o qarşıdakı avtomobil dayandığı an sol zolaqda digər nəqliyyat vasitələri hərəkətdə olduğu üçün məcbur qalaraq 2 ci zolaqda dayanmış və solda hərəkət edən nəqliyyat vasitələrini buraxaraq sol zolağa çıxaraq hərəkətini davam etdirmişdir. Qeyd olunanlara əsasən ##.##.2025-c il tarixli IXP ******* saylı protokola Bakı şəhəri DYPI tərəfindən çıxarılmış ## ####### 2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nəriman Mehdiyev) ## ##### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmişdir. Qərardan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri DYPI tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ####### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X1 Minik” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 182 ünvanında hərəkətdə olarkən ## ####### 2025-ci il tarixdə saat 18:13-də “Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə” Azərbaycan Respublikası IXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməklə iş üzrə icraata xitam vermişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 182 ünvanında hərəkətdə olarkən ## ####### 2025-ci il tarixdə saat 18:13-də yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasını və ya durmasını təsdiq edən müvafiq sübutlar əldə edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilən CD diskə birinci instansiya məhkəməsində baxış keçirilərkən müəyyən edilmişdir ki, öndə hərəkətdə olan avtomobilin sürücüsü əyləci basaraq avtomobili dayandırmış və qəza dayanma işıqlarını yandırmışdır. Qərardan şikayət verən orqan (şəxs) solunda hərəkətdə olan avtomobilləri buraxaraq sol zolağa çıxmış və hərəkətini davam etdirməyə başlamışdır Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ####### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilmə sinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1698/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1698/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver