Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1699/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Bakı şəhər X1 İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhəri X1 İdarəsinə qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X1 İdarəsinin ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhəri X1 İdarəsinə qaytarılması qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən İnzibati Xətalar Məcəlləsinin sübutlara dair müddəaları düzgün tətbiq edilməmiş, iş üzrə mövcud sübutlar birtərəfli qaydada və natamam qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol müstəqil sübut növüdür və səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti fəaliyyət zamanı tərtib edilmiş rəsmi prosessual sənəd hesab olunur. Məhkəmə həmin sənədin sübut qüvvəsini formal mülahizələrlə əsassız şəkildə inkar etmişdir. İş materiallarından görünür ki, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən spirtli içki qəbul edilməsi faktı inkar edilməmişdir. Barəsində inzibati icraat aparılan şəxs özü izahatında pivə qəbul etdiyini etiraf etmişdir. Məhkəmə isə həmin etirafedici izahata ümumiyyətlə hüquqi qiymət verməmişdir. Hakim yalnız alkotester yoxlamasının və tibbi müayinənin keçirilməməsini əsas götürərək inzibati orqanın qərarını ləğv etmişdir. Halbuki, qüvvədə olan qanunvericilik inzibati xəta faktının yalnız tibbi müayinə ilə təsdiq edilməsini imperativ tələb kimi müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76cı maddəsinə əsasən şəxsin izahatı, vəzifəli şəxsin bilavasitə müşahidəsi, inzibati protokol və digər faktiki məlumatlar da sübut hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən “şübhələrin şəxsin xeyrinə təfsiri” prinsipinə formal istinad edilmiş, lakin iş üzrə mövcud sübutların məcmu halında qiymətləndirilməsi həyata keçirilməmişdir. Halbuki, həmin prinsip yalnız aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda tətbiq edilə bilər. Hakim tərəfindən iş üzrə aşağıdakı hallar nəzərə alınmamışdır: inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir; sürücünün davranış və vəziyyəti polis əməkdaşında onun sərxoş vəziyyətdə olması qənaətini yaratmışdır: şəxs tərəfindən alkoqollu içki qəbul edilməsi təsdiq edilmişdir: inzibati protokol qanunvericiliyin tələblərinə uyqun tərtib edilmişdir. Hakim qərarda inzibati orqanın hansı konkret prosessual normasını pozduğu tam və aydın şəkildə göstərilməmişdir. Qərarda sadəcə ümumi və abstrakt mülahizələr qeyd olunmuş, lakin protokolun və qərarın hüquqi qüvvəsini istisna edən konkret əsaslar müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə müşayiət olunmuşdur. Göründüyü kimi X4 törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət dasıvır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhər X1 İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 03:08-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazidə SAİPA SAİNA EX minik markalı, **CM*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, ##.##.2026-cı il saat 02:40-da vətəndaş Qərardan şikayət verən orqan (şəxs) spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN ****** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Qərardan şikayət verən orqan (şəxs) spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) izahatında həkimə getməyə ehtiyac olmadığını, az miqarda spirtli içki qəbul etdiyini səmimi olaraq etiraf edərək izahatı imzası ilə təsdiq etmişdir. ##.##.2026-cı il tarixli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair sənəddən görünür ki, həmin gün saat 03:02-də aparılan müayinə zamanı Qərardan şikayət verən orqan (şəxs) alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti 0,672 % müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 03:08-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazidə SAİPA SAİNA EX minik markalı, **CM*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) sözügedən inzibati xətanın törədilməsi ilə həmin Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9- cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə qanuni şəkildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iş materiallarında olan sübutları araşdıraraq Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsi ilə nəzərə tutulmuş inzibati xətaları törətməsinin tam sübuta yetirilməsi qənaətinə gələrkən onu da qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) hazırki apellyasiya baxışı zamanı “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolunda qeyd olunan hadisə günü “az miqdarda spirtli içki qəbul etməsi və həkimə getməyə ehtiyac olmaması” barədə ifadələrin ona məxsus olmaqla onun tərəfindən imzalanması faktını təkzib etməmişdir. Buna görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli IXP******* nömrəli protokol əsasında tərtib olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1699/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1699/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver