Məhkəmə qərarları › İş №3(3-6)-1700/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1700/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1700/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi – “Ekol” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, ##.##.2001-ci ildə OMSK şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Mingəçevir Şəhəri, X1, Ev 16, Mənzil 57 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çoşqun oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1ci maddələri ilə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çoşqun oğlu ##.##.2026-cı il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhər X2 müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydalarını pozmuş, Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edərkən xüsusi təyinatlı nəqliyyat vasitəsinə dəfələrlə yol verməmiş və avtoxuliqanlıq etmişdir. Nəticədə o, İnzibati Xətalar Məcəlləsinin 327.1, 331, 511.1.1, 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çoşqun oğlu ##.##.2026-cı il tarixdə saat 17:00 radələrində paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarının ərazilərində Hyundai markalı **-VG-*** d.q.n-lı avtomobilin sürücüsü müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydasını pozaraq avtoxuliqanlıq hərəkətlərinə yol verdiyinə görə yuxarıda qeyd olunan avtomobil dayandırılıaraq inzibatı məhsuliyətə cəlb etmək məqsədi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-yə dəvət olunmuş, inzibati araşdırma zamanı hay-küy salaraq DYP-nin iş rejimin pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə o, İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bununla da o, İXM-in 327.1, 331, 510.1, 511.1.1, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Orxan Məmmədli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə belə qənaətə gəlir deyə etdiyi əsaslandırmalar bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 510.1-ci maddəsinin tərkibi yoxdur, çünki iş materiallarında şəxsin ictimai qaydanı pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən konkret hərəkətlərinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Xırda xuliqanlıq əməlini təsdiq edən videogörüntülər, şahid ifadələri və ya digər obyektiv sübutlar mövcud deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsiri ehtimallara və fərziyyələrə deyil, mötəbər və kifayət qədər sübutlara əsaslanmalıdır. Təqsirlilik barədə bütün şübhələr şəxsin xeyrinə həll edilməli olduğundan, Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə başlanılmış icraat üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi sübuta yetirilməmiş hesab edilməli və həmin hissədə icraata xitam verilməlidir. Şəxsin əməlində əgər ictimai qaydanı pozan və cəmiyyətə açıq hörmətsizlik etməsi barədə sübut yoxdursa bu halda məhkəmə Mübarizin İXM 511.1.1, 511.1.3-cü maddəsinə əsasən guya videogörüntülərdən sürücünün davranışının məqsədyönlü xarakter daşıdığı, yol hərəkətinin digər iştirakçılarına və xüsusi təyinatlı nəqliyyat vasitəsinə münasibətdə nümayişkaranə hörmətsizlik ifadə etdiyi qeyd etməklə yanlış əsaslanmaya gəlmişdir. Eyni zamanda qeyd edir ki, araşdırma zamanı şəxsin hərəkətlərinin təsadüfi və ya anlaşılmazlıq nəticəsində baş vermədiyi, əksinə polis əməkdaşlarının qanuni tələblərini dərk etməsinə baxmayaraq onları yerinə yetirməkdən qəsdən yayındığı qeyd edən məhkəmə yenə Qərarın bir hissəsində qeyd etmişdir ki, toplanmış materialların məcmusuna əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri tam müəyyən edilmişdir. Mübarizin əməlində İXM 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə - maddəsinin tərkibi yoxdu, çünki bu tərkibin yaranması üçün Mübarizin sadəcə ötmə əməliyyatı etdiyi DİN rəhbərliyinə aid **-AA-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsinin də bu yarışda iştirak etməsi mütləq olmalıydı. Bu isə iş materiallarında təsdiqini tapmır. Mübarizin düzgün ötmə əməliyyatı etməməsi isə yüngül inzibati cərimə tənbeh tədbirinin yaranmasına əsas ola bilərdi. İXM -511.1.3. nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə maddəsinin tərkibi yoxdur, bunun əksini təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir. İXM 535.1-ci maddəsinin tərkibi yoxdu, çünki polisin saxlama əmrinə tabe olaraq idarə etdiyi avtonəqliyyat vasitəsini saxlamış, özü könüllü olaraq İdarəyə getmiş,izahat vermiş, heç bir tabesizlik göstərməmiş, iş materiallarında isə bunun əksini təsdiq edəcək sübut yoxdur,hətta mməhkəmə də Qərarında bu maddənin tərkib əlamətlərinin tam olmadığı qeyd etmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs tənbeh tədbiri seçilərkən, onun həm idarədə, həm də məhkəmədə müdafiə hüquqları kobud pozulmuş, şifahi olaraq müdafiəçi ilə təmin olunmasını bildirsə də, buna məhəl qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan hadisənin görüntüləri əks olunan CD diskə baxış zamanı görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çoşqun oğlu “Hyundai Sonata” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İXM-in 511.1.1 və 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. İş materiallarında olan videogörüntülərdən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çoşqun oğlu idarə etdiyi “Hyundai Sonata” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri X2n başlayaraq Buzovna qəsəbəsi istiqamətində hərəkət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsinin hərəkətinə davamlı şəkildə maneələr yaratmışdır. Videogörüntülərdən görünür ki, sürücü xüsusi təyinatlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə dəfələrlə müdaxilə etmiş, gah onun hərəkət zolağına daxil olmuş, gah da sağ tərəfdən manevr etməklə onun hərəkət trayektoriyasını məhdudlaşdırmış, bir neçə dəfə xüsusi təyinatlı nəqliyyat vasitəsinin qarşısına çıxmış, onun üstün hərəkət hüququnu nəzərə almamış və uzun müddət ərzində həmin nəqliyyat vasitəsi ilə paralel hərəkət etməklə onun maneəsiz hərəkətinə əngəl yaratmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin və ya mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri ilə bağlı dəlilləri, qanunvericilik və inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisədə əsassızdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar