Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1702/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsinin X1i İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, nömrəsiz qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının şikayətin təmin olunmaması hissəsinin ləğv olunmasını və şikayətin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: ##.##.2026-cı il tarixində onun idarə etdiyi 77- FF-210 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə zamanı svetoforun sarı işığı yanmış, yol hərəkəti şəraiti, nəqliyyat axınının intensivliyi və arxadan gələn nəqliyyat vasitələri ilə mümkün toqquşma riskinin qarşısının alınması zərurəti nəzərə alınaraq sürücü tərəfindən hərəkət davam etdirilmişdir. Təmsil etdiyim şəxsin davranışı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə və qəza şəraitinin yaranmasının qarşısının alınmasına yönəlmişdir. Buna baxmayaraq, YPX əməkdaşı X3 tərəfindən nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağı bildirilmiş, daha sonra isə heç bir hüquqi əsas olmadan Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsinin salonunu tərk etməyə məcbur edilmişdir. Halbuki şəxs tərəfindən polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərilməmiş, onların qanuni tələblərinə tam şəkildə əməl olunmuşdur. Bununla yanaşı, təmsil etdiyim şəxsin sürücülük vəsiqəsi götürülmüş, onun barəsində 6 ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması barədə tədbir tətbiq edilmişdir. Hesab edirik ki, YPX əməkdaşlarının qeyd edilən hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız, qeyri-proporsional və hüquqazidd xarakter daşımış, nəticədə təmsil etdiyim şəxsin hüquq və qanuni mənafeləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, məhkəmə tərəfindən işin halları və təqdim olunmuş sübutlar kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə işin halları üzrə araşdırma apararkən sübutlara, qanunlara, faktlara diqqət etməli idi. Yol Patrul Xidməti əməkdaşlarının kobud və qanunsuz hərəkətləri barədə tədbir görülməli və Qərardan şikayət verən orqan (şəxs) məhdudlaşdırılmış sürücülük hüququnu bərpa etməli idi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin X1i İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 10:20-də idarə etdiyi **-FF-*** dövlət qeydiyyat nişanlı, “BMW 430XI” minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə isə İXM-nin 327.7-ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Qərarından şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, **-FF-*** dövlət qeydiyyat nişanlı, “BMW 430XI” minik markalı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) svetoforun qadağanedici işarəsi verilməsinə baxmayaraq öz hərəkətinə davam etmiş, bununla da İXMnin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, sürücünün svetoforun qadağanedici işığında hərəkətini davam etdirməsi qanunvericilikdə nəzərdə tutulmuş istisna hal kimi qiymətləndirilə bilməz, şikayətçinin irəli sürdüyü “qəza təhlükəsinin yaranması ehtimalı” barədə dəlillər iş üzrə toplanmış sübutlarla, xüsusilə videogörüntünün məzmunu ilə təsdiqini tapmır, ehtimal xarakterli mülahizədən ibarət olmaqla, obyektiv sübutlarla dəstəklənmir. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video görüntü və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrinin tərkibi mövcuddur və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarını dəyişdirmədən saxlamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası DİN Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1702/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1702/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver