Məhkəmə qərarları › İş №3(3-6)-1703/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1703/2026

17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1703/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməyərək, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, həmin qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “CHANGAN UNİ-V PLUGİN HİBRİD MİNİK“ markalı **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun xüsusi mülkiyyətindədir. Barəsində Dövlət Yol Polisi İdarəsinin R X1 tərəfindən ## ##### 2026-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, onun tərəfindən “İnzibati Xətalar Məcəlləsinin 342.2.2 - nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir”. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmamışdır və avtomaşın cərimə meydançasına yerləşdirilmişdir. O, qeyd edilən protokol və onun əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərarla razı deyil. Avtomobilinə quraşdırılmış sport yaylar standartlara və normativlərə uyğun keyfiyyət standartına, kodlaşmaya uyğun olaraq avtomobilinin modelinə uyğun hazırlanmışdır. Yayların lisenziya əsasında normativlərə uyğun olaraq zavod üsulu ilə hazırlanıb-hazırlanmaması DYP əməkdaşının vizual baxışı ilə deyil, mütəxəssis tərəfindən müəyyən edilir. Belə ki, DYP əməkdaşı avtomobilinə quraşdırılan sport yayların müvafiq lisenziyasını, sertifikatlarını tələb etmək əvəzinə vizual olaraq, ehtimalla hərəkət etmiş və onun avtomobilinə əlavə avadanlığın quraşdırıldığı fikrinə gəlmişdir ki, bu da birbaşa qanunun tələbinə ziddir. DYP əməkdaşı ehtimal və mülahizə ilə deyil, faktlara, sübutlara əsaslanmalıdır. DYP əməkdaşı öz ehtimallarına dayanaraq, onu nəqliyyat vasitəsinin idarə etməkdən uzaqlaşdırmış, avtomobilini cərimə meydançasına yerləşdirmişdir. ## ##### 2026-ci il tarixində onun nişan gününün keçirilməsi ilə əlaqədar o, başqa avtomobil kirayə götürməyə məcbur olmuş və nəticədə ona maddi zərər vurulmuşdur. Hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin R X1 tərərindən tərtib edilmiş İXP ******* saylı ## ##### 2026-ci il tarixli Protokol və onun əsasında qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərar qanunvericiliyin normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin R X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-ci il tarixli İXP ******* saylı protokol və onun əsasında ## ##### 2026-cı il tarixdə qəbul edilmiş qərar onun hüquqlarını əhəmiyyətli dərəsədə pozmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti şikayətlə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, avtomobilə quraşdırlmış yayları standartlara uyğun - 40 mm qədər endirilir. Yaylar həm zavod istehsalı olan standart amortizatorlarla, həm də fərqli amortizator istehsalçılarının məhsulları ilə uyğun şəkildə işləyə bilir. 50 mm və daha çox eniş zamanı sport tipli yayların sport amortizatorları ilə quraşdırılması mütləqdir, əks halda belə hal normativtexniki qaydaların pozulması hesab olunur. Lakin göründüyü kimi, bu qayda pozuntusuna onun tərəfindən qətiyyən yol verilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən avtomobilə quraşdırılmış sport tipli yayların normativlərə və texniki göstəricilərə uyğunluğu barədə məsələnin hər bir halda mütəxəsis rəyi əsasında həll olunmalı və mütəxəsis rəyi ilə avtomobilə edilmiş hər hansı dəyişikliyin texniki göstəricilərə uyğun olmasının və ya olmamasının nədə ifadə olunması əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi DYP əməkdaşının öz ehtimallarına əsaslanaraq isə yalnız avtomobilin arxa prujinlərinin (yaylarının) zavod istehsalçısının texniki göstəricilərinə uyğun gəlməməsini qeyd etməklə kifayətlənmiş və həmin uyğunsuzluğun nədə ifadə olunması əsaslandırmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs avtomobilinin yay sistemini 30-cu maddənin 5-ci bəndinə əsasən, bütün sənəd və sertifikatları olmaqla sport yayları ilə yalnız daha gözəl görünüş əldə etmək məqsədilə dəyişdirdiyini, rəsmi diler “Changan servisi” yalnız rəsmi dilerlərdən alınmış avtomobillərə baxış keçirdiyini bildirdiyi üçün avtomobili başqa servisə apardığını, qanunda yayların mütləq rəsmi servisdən alınması barədə heç bir qeydin olmadığını və cəmi bir yay dəyişdiyini qeyd edib şikayətin məzmuna uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ##### 2026-cı il tarixli TP ******* nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə saat 15:04-də idarə etdiyi “Changan Uni-V Plugin Hibrid” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və dəyişdirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar ## ##### 2026-cı il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan “Akay Auto” servis tərəfindən şikayət verən şəxsə təqdim edilmiş cədvəldən görünür ki, ## ###### 2025-ci il tarixdə “Changan” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin baxış keçirilmiş, avtomobildə ön və arxa amortizatorlar və yaylar zavod istehsalı olan sport yaylarla əvəz edilmiş və razval olunmuşdur. Avtomobil oxlar üzrə düzgün paylanılıb, dönmə bucaqları tənzimlənmişdir. "Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna * saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin maddənin III bəndinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Şikayətçi onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Şikayətçi “Akay Auto” servis tərəfindən verilmiş rəyi təqdim edərək müayinə nəticəsində avtomobildə ön və arxa amortizatorların və yayların zavod istehsalı olan sport yaylarla əvəz edildiyini və razval olunduğunu, avtomobilin oxlar üzrə düzgün paylanıldığını, dönmə bucaqlarının tənzimləndiyini qeyd etsə də, məhkəmə həmin sənədi mötəbər sübut hesab etmir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır”. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, quraşdırılmış yayların normativlərə uyğunluğu DYP əməkdaşının müşahidəsi ilə deyil, yalnız mütəxəssis (ekspert) rəyi ilə müəyyən edilməli idi, “Akay Auto” servisinin sənədi isə avtomobilin standartlara uyğunluğunu təsdiq edir. Barəsində icraat aparılan şəxs nəqliyyat vasitəsinin avadanlığını dəyişdirdiyini etiraf etdiyindən hazırkı vəziyyətdə mübahisənin predmeti dəyişdirməməsi deyil, normativ tələblərə uyğunluğu məsələsidir. Əvvəla, “Akay Auto” servisi tərəfindən təqdim edilmiş sənəd də öz hüquqi təbiətinə görə ekspert rəyi deyil. Həmin sənəd təşkilatın məlumat xarakterli cədvəlidir. Əksinə, həmin sənəd nəqliyyat vasitəsinin yay sisteminin dəyişdirildiyini təsdiq etməklə inzibati xətanın faktını sübuta yetirir. Apellyasiya şikayətində istinad edilən 40 mm və 50 mm eniş həddinə, yayların uyğunluğuna dair dəlillər şəxsin öz mülahizələrindən ibarət olub, səlahiyyətli qurumun və ya ekspertin rəyi ilə təsdiq olunmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. DYP əməkdaşının nəqliyyat vasitəsinin texniki göstəricilərinin fərqləndiyini aşkar etməsi isə onun səlahiyyəti daxilindədir və bu, protokolun tərtibi üçün kifayət edən əsasdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır, əlavə şərhə zərurət görmədən həm səlahiyyətli orqanın, həm də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas müəyyən etmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar