Məhkəmə qərarları › İş №3(3-6)-1706/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1706/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1706/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, Bakı Şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X2, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, saat 16:24 radələrində şəxsi avtomobili olan “MERCEDES BENZ” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi ilə hərəkətdə olan zaman, Azər Manafov küçəsi, Mehdi Abbasov küçəsi və Bəkir Çobanzadə küçələrinin kəsişdiyi yerdə yol ayrıcını keçərkən işıqforun yaşıl işığında kəsişməyə daxil olaraq Mehdi Abbasov küçəsi 41 ilə “Neftçilər” metrostansiyası istiqamətində hərəkətini davam etmişdir. DYP əməkdaşı onu saxlayaraq qaydanı pozduğunu bildirmiş və o razılaşmamışdır. Bununla əlaqədar olaraq barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli, IXP******* saylı protokol əsasında ##.##.2026-cı il tarixli, TP 7894120 qərar qəbul edilərək IXM 327.2-ci maddəsi ilə 100 AZN və 3 bal miqdarında cərimə tətbiq edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbləri onun tərəfindən pozulmamışdır. Belə ki, həmin ünvanda Azər Manafov küçəsi, Bəkir Çobanzadə və Mehdi Abbasov küçələri kəsişir. YPX əməkdaşının istinad etdiyi işıqforun qadağanedici işarəsi verilərkən yol ayrıcına daxil olmamışdır, o, yol ayrıcına Azər Manafov küçəsi ilə hərəkət edərək Mehdi Abbasov küçəsi ilə kəsişməyə sol istiqamətə, yəni “Neftçilər” metrosu istiqamətinə doğru hərəkət etmək üçün daxil olanda hələ də Azər Manafov küçəsindəki işıqforda yaşıl işıq yanırdı. Həmən kəsişmənin mərkəzində Bəkir Çobanzadə küçəsi ilə gələrək kəsişməni düzünə keçib “Qara Qarayev” metrosu istiqamətinə doğru hərəkət edənlər sağ tərəfdən gəldikləri üçün hərəkət üstünlüyünə malik olduqlarından qarşısında gedən avtomobillər məcburən kəsişmədə dayanaraq onlara yol verirlər. Belə olan halda isə istər-istəməz işıqforun siqnalları öz sazlanmasına uyğun olaraq işlədiyindən kəsişmənin ortasında qalan avtomobillər hərdən Mehdi Abbasov küçəsi üçün hərəkəti tənzimləyən işıqforun sarı işığına düşürlər. Belə olan halda hər hansı bir qayda pozuntusuna tərəfindən yol verilməmişdir. YPX əməkdaşı saxla işarəsi vermiş və o, avtomobilini saxlamışdır, əməkdaş tərəfindən inzibati xəta törətməsi barədə ona məlumat verilmiş, onun dedikləri ilə razlaşmadığından ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokola ##.##.2026-cı il tarixində Bakı Şəhər DYPI də onun iştirakı və məlumatı olmadan baxılaraq TP ******* saylı qərar qəbul edilmişdir. Qərar ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Odur ki, yuxarıda sadaladığı halları nəzərə alaraq tərəfindən heç bir inzibati xətaya yol vermədiyindən Bakı şəhər DYPInin ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarına xitam verilməsini və DBYPI-nin X5 yazılmış 100 AZN cərimənin və 3 cərimə balının silinməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin olunmamışdır. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının və Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin şikayətə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz E220 D minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) ünvan 1 ünvanında Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə edilmişdir. Işə baxan məhkəmə tərəfindən də iş materiallarına əlavə olunan 01 ədəd diskdəki video görüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı, inzibati xətanın yuxarıda göstərilən qaydada törədildiyi müəyyən edilmişdir. Həmin video görüntüdən məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 16:24-də “Mercedes Benz E220 D minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir ki, bununla da Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tuturaq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar