Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1708/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, EQ34945347 inzibati tənbeh vermə barədə qərarından şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində AR IXM-NIN 346.2-ci maddəsi ilə 40 manat cərimə və 2 bal təyin olunmuşdur. Bununla da məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə şəxs tərəfindən 1 il ərzində 21 bal toplandığından Məcəllənin 27.4cü maddəsinə əsasən barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Əsas kimi isə “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Tərtib olunan protokola və inzibati xəta haqqında işin digər iş materiallarına görə ##.##.2026-cı il saat 16:59:20-də Bakı-Şamaxı yolu 14.8 km-də “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12.5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə AR IXM-nin 346.2-ci maddəsi ilə 40 manat cərimə və 2 bal təyin olunmuş, həmin məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə şəxs tərəfindən 1 il ərzində 21 bal toplandığından Məcəllənin 27.4-cü maddəsinə əsasən barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) cəriməni əsassız və qanunsuz hesab edərək, sahibkar kimi sərnişin daşıdığını, avtobuslar üçün nəzərdə tutulmuş yol xəttindən istifadə etdiyini qeyd etmişdir. Qərardan şikayət vermiş şəxs barəsində tərtib edilmiş EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın və nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli qərarından verdiyi şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, barəsində qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Həmin qərar göstərişlidir. O, sahibkardır, sənədləri qaydasındadır və vergi ödəyicisidir. Qeyd etdiklərinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib, məhkəmə belə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 16:59 radələrində “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolunun 14.8 km-də “dayanma və durma qaydalarını pozduğuna” görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. AR IN yanında DVX Bakı şəhəri X2 və Uçotun Təşkili Baş Idarəsinin məktubundan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN:1600921572) vergi ödəyicisi kimi ##.##.2008-ci il tarixdə vergi uçotuna alındığı, əsas fəaliyyət növünün “Avtobus, trolleybus, metro, dəmir yolu nəqliyyatı vasitəsi ilə hərəkət cədvəllərinə riayət etməklə təyin edilmiş marşrut üzrə sərnişinlərin şəhərdaxili və şəhərkənarı daşınmasını təmin etmək” (kod: 4931001) olduğu və fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması müəyyən edilmişdir. AR Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi avtobusla sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanından” müəyyən edilir ki, həmin sənəd vergi ödəyicisi Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, qayda pozunutusunu əks etdirən fotoşəkillərin və “fərqlənmə nişanın” araşdırılması zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişin daşıma fərqlənmə nişanı olmadığı halda, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında durduğu, dayanma durma qaydalarına riayət etmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş AR Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi avtobusla sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanının” araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin sənədin qüvvədə olma müddəti ##.##.2026-cı il tarixində bitmişdir, sözügedən inzibati xəta hadisəsi isə ##.##.2026-cı il tarixində, yəni, fərqlənmə nişanın qüvvədə olma müddəti bitdikdən sonra baş vermişdir. Bununla da, inzibati xəta hadisəsi törədilmiş və şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmçinin, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən bir il ərzində 21 bal toplandığından nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli məhkəmə qərarının ləğv olunması üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. -122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. -346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab etmişdir ki, göstərilən hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmədə inzibati xəta haqqında materialı və fotoşəkilləri tədqiq edərkən müəyyən edilmişdir ki, “X3” markalı, **-GS-*** dövlət qeydiyyat nişalı avtomobilin dayanma və ya durma qaydalarının pozulması faktı açıq aşkar görünür. Şikayətdə qeyd edilən məhkəmənin barəsində heç bir sübut olmadan əsassız qərar qəbul etməsi, avtobuslar üçün nəzərdə tutulmuş yol xəttindən istifadə etməsi kimi dəlillər tam əsassız olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd olunan hallarla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən dayanma və ya durma qaydalarının pozulması faktı öz təsdiqini tapdığından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin EQ ******** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv olunması barədə verdiyi şikayətinin təmin olunmamasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1708/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1708/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver