Məhkəmə qərarları › İş №3(3-6)-1709/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1709/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1709/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, X3 Tahir oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Sülymanlı Çingiz Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026- cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## ###### 2026-cı il tarixində **YS*** qeydiyyat nişanlı TOYOTA LAND CRUISER PRADO minik avtomobili barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə (nəqliyyat vasitəsini hərəkət hissələrinin kəsişməsində və ya kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda saxlama) EQ******** nömrəli inzibati protokol tərtib edilmişdir. Sözügedən qərardan inzibati qaydada iki dəfə yuxarı instansiyaya şikayət etməsinə baxmayaraq, təqdim edilən cavablar şablon xarakterli olmuş, qaldırılan dəlillər obyektiv araşdırılmamışdır. Elektron qərarda xətanın törədildiyi yer “K.Balakişiyev küç, 99 A” göstərilsə də, nəqliyyat vasitəsi faktiki olaraq Əlif Hacıyev küçəsində, 33A və ** saylı binaların məhəllə girişçıxışının yaxınlığında saxlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tətbiqi üçün konkret yer və məsafə meyarı həlledici olduğundan, ünvanın səhv göstərilməsi xətanın tərkibini birbaşa şübhə altına alır. Protokola əlavə edilmiş şəkillərdə yalnız avtomobilin müxtəlif hissələri (salon, dövlət nömrə nişanı, ön hissə) əks olunmuşdur. Lakin həmin materiallarda yolun kəsişmə nöqtəsi, kəsişən hərəkət hissəsi, mübahisəli 5 metrlik məsafə və ünvan uyğunluğu aydın şəkildə əksini tapmamışdır. Bu isə İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə şübhə doğurmayan sübut hesab edilə bilməz. Nəqliyyat vasitəsinin saxlanıldığı yer məhəllədaxili giriş-çıxış sahəsinin yaxınlığıdır. İnzibati orqan tərəfindən həmin sahənin hansı əsasla “hərəkət hissələrinin kəsişməsi” kimi qiymətləndirildiyi izah olunmamışdır. “X1” Qanunun 42.4-cü maddəsinə əsasən, bitişik ərazilərdən yola çıxış sahələrinin 52.6-cı maddənin tətbiq dairəsinə aid edilməsi üçün maddi-hüquqi əsaslar təqdim edilməmişdir. ## ###### 2026 və ## #### 2026-cı il tarixli şikayətlərimə verilən cavablar eynilik təşkil edir. İnzibati orqan tərəfindən ünvan fərqliliyi və foto-materiallarm yetərsizliyi ilə bağlı dəlillərimə münasibət bildirilməmiş, işin tam və hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Qeyd olunanlara əsasən Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cıil tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Sülymanlı Çingiz Tahir oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cıil tarixli qərarının ləğv edilməsini və iş üzrə icarata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Sülymanlı Çingiz Tahir oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xhaiş etdi. Məhkəmə iclasında qaununvericiliyə uyğun qaydada məlumatlandırılmış polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota LandCruiser-Prado minik” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev 99A hərəkətdə olarkən ## ###### 2026-cı il tarixdə, saat 12:16da “nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5- ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən şikayətin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməlidir. X1 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.5-ci maddəsinə əsasən “X1” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə şəxs qırx manat məbləğində cərimə edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın görmək olur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarından kənarından 5 metrdən az yaxınlıqda nəqliyyat vasitəsini dayandıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Sülymanlı Çingiz Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar