Məhkəmə qərarları › İş №3(3-6)-1710/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1710/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1710/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Protokolu tərtib edən orqan nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Protokolu tərtib edən orqan Bakı şəhər idarəsindən Nizami Rayon Məhkəməsinə baxılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, «xxxx” MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 30 gün müddət təyin edilmiş və həmin müddət ərzində hüquqpozmanın aradan qaldırılması barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində olan Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə razı deyillər və həmin qərarı əsassız hesab edirlər. Belə ki, məhkəmə iclasında aparılan araşdırma nəticəsində məhkəmə belə nəticəyə gəmişdir ki, Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu “ƏMAS” elektron sistemi ilə ## ###### 2026-cı il tarixdə şəxsi kabinetə yerləşdirilmiş, X8 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində təqdim olunması ## ###### 2026cı il tarixədək təmin edilməmişdir. Bu səbəbdən də «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin keçmiş əməkdaşı olan X1 əmək müqaviləsinə dərhal xitam verilməsi xahişi ilə bağlı yaranan narazılıq səbəbindən X8 Xidməti Bakı şəhər idarəsinə şikayət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə müraciət edərək, müvafiq sənədlərin təqdim edilməsini xahiş etmiş, həmin məktub poçt vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ###### 2026-cı il tarixdə çatdırılmış, yaranmış mübahisə öz həllini tapdığı üçün X1 ## ###### 2026-cı il tarixdə şikayətini geri götürmüşdür. X8 Xidməti Bakı şəhər İdarəsi ## ###### 2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli məktubu “ƏMAS” elektron sistemi ilə ## ###### 2026-cı il tarixdə şəxsi kabinetə yerləşdirildiyini bildirsə də, lakin həmin məktubun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatması sübut edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həmin məktub ## ###### 2026-cı il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Lakin X1 şikayətini geri götürərək, müraciətinə baxılmasına xitam verilməsini xahiş etməsinə baxmayaraq, X8 Xidməti Bakı şəhər İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə müraciət edərək, X1 əmək fəaliyyətinə aid sənədlərin təqdim edilməsini tələb etmişdir. Bundan əlavə X8 Xidməti Bakı şəhər idarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində protokolun tərtib olunmasında iştirak üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məktub göndərmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 ## #### 2026-cı il tarixdə, saat 11:00-da * saylı DOST Mərkəzinə getmiş və X1 əmək fəaliyyətinə aid sənədləri X8 Xidməti Bakı şəhər idarəsinin əməkdaşına təqdim etmişdir. Sənədləri təqdim etdikdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X6 protokolun tərtib edilməsində iştirakı təmin edilməmiş, ona “hər şey qaydasındadır siz gedə bilərsiz” deyilərək, protokol onun iştirakı olmadan tərtib edilmişdir. Yuxanda qeyd edilənlərə əsasən hesab edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8 Xidmətinin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsaslı hesab edərək apellyaisya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Protokolu tərtib edən orqan Bakı şəhər idarəsinin «xxxx” MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, X1 əmək hüquqlarının pozulması barədə müraciətinə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X1 müraciətinə münasibət bildirilməsi və müvafiq sənədlərin - əmək məzuniyyətindən istifadə edilməsinə dair müvafiq sənədlər (ərizələr, əmrlər); məzuniyyət haqqının ödənilməsinə dair müvafiq sənədlər (bank çıxarışı və ya bank arayışı); son haqqhesabın hesablanması cədvəlləri; son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlər (bank çıxarışları və ya bank arayışları; vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. -iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli məktubu “ƏMAS” elektron sistemi ilə ## ###### 2026-cı il tarixdə şəxsi kabinetə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 30 gün müddət təyin edilməli və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırdıqdan sonra məhkəməyə məlumat verilməli, bunun hüquqi nəticələri izah edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, DƏMX tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış sorğu rəsimi qayda da çatdırılsa da MMC tərəfindən müvafiq məlumatların səlahiyyətli orqana təqdim edilməməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin vətəndaşın Protokolu tərtib edən orqan ## ###### 2025-ci il tarixdə etdiyi şikayəti sonradan geri götürməsi inzibati xətanın törədilməsini istisna edən və ya iş üzrə icraat xitam verilməsi üçün qaunvericiliklə əsas hesab edilən hallara aid deyildir. Həmçinin məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə tətbiq edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar