Məhkəmə qərarları › İş №3(3-6)-1711/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1711/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1711/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X2 idarəsinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## ####### 1991-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhər DYPI-i yol patrul xidməti inspektoru R X4 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələri ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli IXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, ## ##### 2026-cı il tarixdə «X1 minik» markalı **-CD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün sərxoşluq müayinəsinə dəvət edilmiş, sərxoşluq vəziyyətinin tibbi müyainəsi nəticəsində onun sərxoş halda olması müəyyən edilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun barəsində olan inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X2 idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğu üçün təmin olunmamasını və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətini müəyyən etmək üçün «Sərxoşluq vəzyyətinin tibbi müayinəsi haqqında» ## ##### 2026-cı il tarixli */*** saylı aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olması müəyyən edilmiş və onda alkoqol konsentrasiyasının miqdarı 0,301 promil olması müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, */***** nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, ##.##.2026-cı il tarixində, saat 23:30-da aparılan müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi iş üzrə tərtib edilmiş protokol, sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün vermişdir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və barəsində qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilkin müayinəsi ##.##.2026-cı il tarixdə, saat 21:40-da aparılmış, öz təşəbbüsu ilə isə ikinci müayinə ##.##.2026-cı il tarixdə, saat 23:30da aparılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində aparılmış birinci müayinə ilə ikinci müayinə arasında 02 saata yaxın fərq olmuş və həmin müddət ərzində şəxsin sərxoşluq halının aradan qalxması mümkün olmuşdur. Başqa sözlə, bu müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanında və ya nəfəsində akoqolun miqdarının “ayıq” göstəricisinə qədər dəyişməsi də istisna olunmur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi texniki vasitəsinin nəticəsi ilə razı olmasını bildirməsi, onun yol-patrul əməkdaşları tərəfindən tibbi müayinəyə aparılması zərurətini aradan qaldırmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar