Məhkəmə qərarları › İş №3(3-6)-1712/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1712/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1712/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, məhkəmə iclasının katibi Nağıyeva Milana Varis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Vergi auditi idarəsinin Kiçik müəssisələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 15:00- da ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ƏLTMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş, bu barədə MMXyə və DVX-nə məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmiş, tələb olunan məlumat və sənədlər saxlanılmamışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası IXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 598.7ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli Qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama zamanı IXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusu aşkar edildiyi üçün “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı tarixli qərarı ilə aşağıdakı əsaslara görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qanunun 3.1-ci maddəsində qeyd edilən əməliyyatların heç biri həyata keçirilməmiş, müəssisənin fəaliyyətinin yalnız müştərilərin təqdim etdiyi məlumatların (rəqəmlərin) elektron sistem vasitəsi ilə vergi orqanına təqdim olunması ilə məhdudlaşdığı müəyyən edilmiş və buna görə də IXM-in 598.7-ci maddəsinin tələbləri bu müəssisəyə şamil edilməmişdir. Məhkəmənin qərarının bu dəlilinə münasibətdə bildirir ki, “xxxx” MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə növbədənkənar səyyar yoxlaması aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində “xxxx” MMC faktiki olaraq mühasibat uçotu üzrə məsləhətlər fəaliyyəti ilə məşğul olmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən “öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Qanunun 1.1.9-cu maddəsinə əsasən qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləridir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun tələbləri notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə tətbiq olunur: Yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki “xxxx” MMC tərəfindən 2023-cü, 2024-cü və 2025-ci illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq məsul şəxs təyin edilməsi barədə əmrin bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində məsul şəxsin təyin edilməsinə dair əmrin bir surətinin Maliyyə Monitorinqi Xidmətinə təqdim olunub-olunmaması barədə Maliyyə monitorinqi şöbəsinə ##.##.2025-ci il tarixli **************** nömrəli məktubla müraciət edilmiş və Maliyyə monitorinqi şöbəsi tərəfindən daxil olmuş cavab məktubunda sorğuda qeyd edilənlərlə bağlı qeydiyyatın olmadığı bildirilmiş, həmçinin məsul şəxs təyin edilməsi barədə qərarın bir surətinin Maliyyə Monitorinqi Xidmətinə və Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilmədiyi müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməlidir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının tələbləri pozulmuşdur. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən; 10.1. öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023- cü il tarixli №*-21-28/3-6-6/2023 Qərarının 3.2.1-ci bəndinə əsasən Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikasınn Inzibati Xətalar Məcəlləsinn 598.1.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ##.##.2026-cı tarixli qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.2.1 – 3.1.2.4-cü maddəsində qeyd edilən əməliyyatlar aparılmadığı üçün qeyd edilən Qanunun tələblərinin pozulmadığı qənaətinə gəlməsi həm də ona görə əsassız hesab edilməlidir ki, bu əməllər formal tərkibli xətadır. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan, yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alındığı andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün qeyd edilən hallar, müəssisənin direktoru tərəfindən Qanunun 3.1-ci maddəsində qeyd edilən əməliyyatların heç birinin həyata keçirilməməsi və buna görə də IXM-in 598.7-ci maddəsinin tələblərinin müəssisənin direktoruna şamil edilməməsi əsas sayıla bilməz. Hesab edir ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tam araşdırma aparmadan, işin faktiki və hüquqi hallarını aydınlaşdırmadan qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən əsaslar məhkəmə tərəfindən iş üzrə olan bütün materialların hərtərəfli, tam və obyektiv araşdırılaraq qiymətləndirilmədiyini, normativ hüquqi aktları düzgün tətbiq etmədiyini sübut edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən şəxsləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2026-cı il tarixli **************** nömrəli “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” aktdan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2025-ci il tarixli **************** nömrəli qərarına əsasən Lokal Gəlirlər Baş Idarəsinin vergi auditi idarəsinin Kiçik müəssisələrinin audit şöbəsinin böyük dövlət vergi müfəttişi, R X1 tərəfindən “xxxx” MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə səyyar yoxlama aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məsul şəxsin təyin edilməsinə dair qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərardan və eyni tarixli çıxarışdan görünür ki, “xxxx” MMC-də oktyabr 2023-noyabr 2025-ci il dövrlərini əhatə edən yoxlamanın keçirilməsi müddətinin 30 gün müəyyən edilməsi nəzərdə tutulmuşdur. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **************** nömrəli, ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi “xxxx” MMC-dən müvafiq sənədlərin 15 iş günü ərzində, yəni ##.##.2026-cı il tarixədək təqdim olunması tələb edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” ##.##.2026- cı il tarixli **************** nömrəli qərardan görünür ki, “xxxx” MMC üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Maliyyə monitorinqi şöbəsinin rəisi, R Orxan Abdinov tərəfindən DVX-nə ünvanlanan ##.##.2026-cı il tarixli, **************** nömrəli məktubdan görünür ki, sorğuda qeyd olunan hüquqi şəxslərdən (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC) yalnız “xxxx” MMC Maliyyə Monitorinqi Xidmətinin “X4 Sistemində” ##.##.2026-cı il tarixdə qeydiyyatdan keçmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında ##.##.2026-cı il tarixli, **************** nömrəli protokoldan görünür ki, 3 vərəqdən ibarət “direktorun əmri və şəxsiyyət vəsiqəsinin surəti”, 2 vərəqdən ibarət “nizamnamə”, 205 vərəqdən ibarət “müqavilələr” “xxxx” MMC-dən götürülmüşdür. ##.##.2023-cü il tarixli ** nömrəli, ##.##.2024-cü il tarixli ** nömrəli, ##.##.2025ci il tarixli **/**** nömrəli, ##.##.2025-ci il tarixli **/**** nömrəli və ##.##.2025-ci il tarixli **/**** nömrəli “Maliyyə uçotunun və vergi uçotunun təşkili ilə bağlı məsləhət və dəstək xidmətlərinin göstərilməsi haqqında” müqavilələrdən görünür ki, (“xxxx” MMC “Sifarişçi” ilə maliyyə uçotunun və vergi uçotunun mövcud qanunvericiliyə, beynəlxalq mühasibat uçotu standartlarına uyğun təşkil edilməsi, bu sahədə avtomatlaşdırılmış proqram təminatının tətbiqi ilə bağlı məsləhət və praktiki dəstək xidmətlərinin göstərilməsinin sifariş verilməsi, müqavilə üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi, maliyyə uçotunun və vergi uçotunun avtomatlaşdırılmış proqram təminatı vasitəsilə təşkil edilməsi ilə bağlı mövcud qanunvericilik və digər normativ hüquqi sənədlərə uyğun məsləhət və praktiki xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamışdır. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin direktoru tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası IXM-nin 598.7-ci maddəsinin mənasına görə, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların - (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə (598.1); Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə (598.4)) - qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 3.1-ci maddəsinə əsasən, qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” ##.##.2026-cı il tarixli, **************** nömrəli “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” aktdan, “xxxx” MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, “xxxx” MMC faktiki olaraq mühasibat uçotunun təşkili ilə bağlı məsləhət xidməti (baş vermiş təsərrüfat əməliyyatlarının avtomatlaşdırılmış proqram təminatı vasitəsilə maliyyə və vergi uçotunda əks etdirilməsinə dəstək və məsləhət xidməti) fəaliyyəti ilə məşğul olur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir, belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqısatqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqısatqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Hansı ki, “xxxx” MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə istinad edilən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış, “xxxx” MMC xidmət göstərdiyi vergi ödəyicilərinin bu kimi əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. Inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsi barədə Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından isə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokola, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yuxarıda göstərilən qaydada inzibati xətaya yol verildiyini təsdiq və sübut edən müvafiq sübutlar əlavə edilməmiş, məhkəmə baxışı zamanı da təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri Inzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa apellyasiya baxışı zamanı məhkəməyə təqdim edillmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından da görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə “xxxx” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (##.##.2026-cı il tarixli qərar ilə qüvvədə saxlanılmışdır.) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Birinci instansiya məhkəməsi sonda belə qənaətə gəlmişdir ki, inzibati xəta tərkibi olmadığı üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar