Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1713/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədirliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Özbek Taner tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: Taner Özbək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı 0038683 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin rəisi Rüfət Əliyevin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Öncə onu bildirir ki, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı o poçt vasitəsilə ##.##.2026-cı il tarixdə almış və bunu təsdiq edən qərarın göndərildiyi zərfi şikayətinə əlavə etmişdir. Sözü gedən qərarda cərimə edilməyinin səbəbi belə göstərilmişdir ki, “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda qeyd olunan X2 əmək fəaliyyətinə aid sənədlərin X7 Xidməti Bakı şəhər idarəsinə təqdim olunması tələb olunduğu halda işəgötürən tərəfindən 7 iş günü ərzində sənədlər tam təqdim edilməmişdir. Barəsində qəbul olunmuş qərarla razı deyil və həmin qərarı şikayətində qeyd etdiyi hallara görə əsassız hesab edir. Belə ki, “xxxx” MMC-nin keçmiş əməkdaşı olan X2 əmək müqaviləsinə dərhal xitam verilməsi xahişi ilə bağlı yaranan narazılıq səbəbindən X7 Xidməti Bakı şəhər idarəsinə şikayət etmiş, yaranmış mübahisə öz həllini tapdığı üçün o, ##.##.2026-cı il tarixdə şikayətini geri götürmüşdür. Lakin X2 şikayətini geri götürərək, müraciətinə baxılmasına xitam verilməsini xahiş etməsinə baxmayaraq, X7 Xidməti Bakı şəhər İdarəsi “xxxx” MMC-yə müraciət edərək, X2 əmək fəaliyyətinə aid sənədlərin təqdim edilməsini xahiş etmişdir. “Vətəndaşların müraciətləri haqqında” AR qanununun 14.0.2-ci bəndinə əsasən vətəndaşın müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək hüququ vardır. Belə olan halda inzibati orqan vətəndaşın müraciətinə baxılmasını dayandırmalıdır. Yox əgər araşdırmanı davam etdirmək istəyirsə o zaman araşdırma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanunun tələblərinə əməl edilməklə aparılmalıdır. Həmin qanunun tələbinə uyğun olaraq, X7 Xidməti Bakı şəhər idarəsi yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə yoxlama - araşdırma aparması üçün sənədəri tələb edə bilərdi. X1 Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi bu qaydalara əməl etməmişdir. Bundan əlavə X7 Xidməti Bakı şəhər idarəsi “xxxx” MMC-nin barəsində protokolun tərtib olunmasında iştirak üçün “xxxx” MMC-yə məktub göndərmiş, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 ##.##.2026cı il tarixdə, saat 11:00-da * saylı DOST Mərkəzinə getmiş və X2 əmək fəaliyyətinə aid sənədləri X7 Xidməti Bakı şəhər idarəsinin əməkdaşına təqdim etmişdir. Sənədləri təqdim etdikdən sonra “xxxx” MMC-nin nümayəndəsi X5 protokolun tərtib edilməsində iştirakı təmin edilməmiş, ona protokola qeydlər etməyə şərait yaradılmamışdır. X7 Xidməti Bakı şəhər idarəsi ##.##.2026-cı il tarixli məktubu ##.##.2026-cı il tarixdə “xxxx” MMCyə göndədərək, barəsində olan inzibati xəta haqqında protokol üzrə işə ##.##.2026-cı il tarixdə, saat:10:00-da baxılacağı barədə məlumat vermişdir. Göründüyü kimi bildiriş ona inzibati xəta haqqında protokol üzrə işə baxılıb qərar qəbul edildikdən sonra göndərilmişdir. Göründüyü kimi X7 Xidməti Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən prosessual pozuntuya yol verilməklə qərar qəbul edilmişdir. X7 Xidməti Bakı şəhər idarəsi sənədlərin tam olaraq təqdim edilmədiyini əsas gətirərək, həmçinin yuxarıda qeyd edilən prosessual pozuntulara yol verərək onun hüquqları pozmaqla, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin rəisi Rüfət Əliyev də inzibati xətanın baş verməsində təqsirli olub-olmadığımı düzgün araşdırmadan, prosessual qaydalara əməl etmədən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 1000 manat cərimə etmişdir. Şərh olunanlara əsasən, hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin tərkibi olmamasını nəzərə alaraq barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nəriman Mehdiyev) *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə, şikayət təmin edilməmiş, Taner Özbək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Özbek Taner apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarını ləğv edib, şikayətini təmin edərək, 1000 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin rəisi Rüfət Əliyevin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin keçmiş əməkdaşı olan X2 əmək müqaviləsinə dərhal xitam verilməsi xahişi ilə bağlı yaranan narazılıq səbəbindən X7 Xidməti Bakı şəhər idarəsinə şikayət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubla “xxxx” MMC-yə müraciət edərək, müvafiq sənədlərin təqdim edilməsini xahiş etmiş, həmin məktub poçt vasitəsilə “xxxx” MMC-yə ##.##.2026-cı il tarixdə çatdırılmış, yaranmış mübahisə öz həllini tapdığı üçün X2 ##.##.2026-cı il tarixdə şikayətini geri götürmüşdür. (Yəni sənədlərin təqdim edilməsi barədə Əmək Müfəttişliyi Xidmətinin məktubu “xxxx” MMC-yə çatdığı vaxtdan 7 gün keçməmiş.) X7 Xidməti Bakı şəhər idarəsi ##.##.2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli məktubu “ƏMAS” elektron sistemi ilə ##.##.2026-cı il tarixdə şəxsi kabinetə yerləşdirildiyini bildirsə də, Dea” MMC-yə çatması sübut edilməmişdir. “xxxx” MMC-yə həmin məktub ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. X7 Xidməti Bakı şəhər idarəsi ##.##.2026-cı il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubu poçt vasitəsilə ##.##.2026-cı il tarixdə “xxxx” MMC-yə çatdıraraq, barəmdə olan inzibati xəta haqqında protokol üzrə işə ##.##.2026- cı il tarixdə, saat 10:00-da baxılacağı barədə məlumat vermişdir. Göründüyü kimi bildiriş mənə inzibati xəta haqqında protokol üzrə işə baxılıb qərar qəbul edildikdən sonra göndərilmişdir. X7 Xidməti Bakı şəhər idarəsi ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubu “ƏMAS” elektron sistemi ilə “xxxx” MMC-nin elektron kabinetinə yerləşdirilməklə çatdırılmasını bildirsə də, lakin həmin məktubun çatması sübut edilməmişdir. Bundan əlavə X2 şikayətini geri götürərək, müraciətinə baxılmasına xitam verilməsini xahiş etməsinə baxmayaraq, X7 Xidməti Bakı şəhər İdarəsi “xxxx” MMC-yə müraciət edərək, X2 əmək fəaliyyətinə aid sənədlərin təqdim edilməsini tələb etmişdir. Bundan əlavə X7 Xidməti Bakı şəhər idarəsi “xxxx” MMC-nin barəsində protokolun tərtib olunmasında iştirak üçün “xxxx” MMC-yə məktub göndərmiş, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 ##.##.2026-cı il tarixdə, saat 11:00-da * saylı DOST Mərkəzinə getmiş və X2 əmək fəaliyyətinə aid sənədləri X7 Xidməti Bakı şəhər idarəsinin əməkdaşına təqdim etmişdir. Sənədləri təqdim etdikdən sonra “xxxx” MMC-nin nümayəndəsi X5 protokolun tərtib edilməsində iştirakı təmin edilməmiş, ona “hər şey qaydasındadır siz gedə bilərsiz” deyilərək, protokol onun iştirakı olmadan tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi əsassızdır. Məhkəmə bütün bu sadalanan halları nəzərə almadan onu inzibati məsuliyyətə cəlb etməklə barəsində əsassız qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, müəyyən etmək olar ki, məhkəmənin qəbul etdiyi qərar əsassız, qanunsuz qərardır. Hakim qərar qəbul edərkən maddi, xüsusən prosessual hüquq normalarını kobud şəkildə pozmuş, ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. İşin hallarına və qanunun tələblərinə əsaslanaraq, hesab edir ki, Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, onun şikayəti təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat bildirməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Özbek Tanerə İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qərarından şikayət verilən orqan «xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli məktubundan görünür ki, X2 əmək hüquqlarının pozulması barədə müraciətinə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X2 müraciətinə münasibət bildirilməsi və müvafiq sənədlərin - əmək məzuniyyətindən istifadə edilməsinə dair müvafiq sənədlər (ərizələr, əmrlər); məzuniyyət haqqının ödənilməsinə dair müvafiq sənədlər (bank çıxarışı və ya bank arayışı); son haqq-hesabın hesablanması cədvəlləri; son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlər (bank çıxarışları və ya bank arayışları; vətəndaşın müraciətində qeyd oiunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - Elektron sistemdən çıxarışdan görünür ki, X7 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ƏMAS elektron sistemi ilə «xxxx» X11 elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin ##.##.2026-cı il tarixli, MN seriyalı, 0038683 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Taner Özbək Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXMin 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırlmışdır ki, Taner Özbək tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Taner Özbək tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən yuxarıda istinad olunan mübahisələndirilən qərarın qəbul edilməsinə, vətəndaşın şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq «xxxx» X10 məktub göndərilərək sənədləri 7 iş günü ərzində təqdim etmələri tələb edilməsi, tələb olunan sənədlər tam təqdim edilməməsi əsas olmuşdur. Taner Özbək şikayətində barəsində aparılan inzibati araşdırmadan məlumatsız olmasını qeyd etsə də, X7 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun ƏMAS vasitəsi ilə «xxxx” MMC-nin elektron kabinetinə yerləşdirilməklə çatdırılması, işin mübahisəsiz halıdır, iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmçinin vətəndaşın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə etdiyi şikayəti sonradan geri götürməsi, özlüyündə hüquqi şəxsin yuxarıda istinad edilən İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməməsi, bu xətanın törədilməsində təqsirsiz olması barədə qənaətə gəlinməsinə əsas vermir. Belə ki, X7 Xidmətinə (DƏMX) verilən şikayətin sonradan geri götürülməsi işəgötürənin inzibati məsuliyyətini avtomatik olaraq ləğv etmir. Qanunvericiliyə əsasən, müfəttişlik qanun pozuntusunu (məsələn, əmək müqaviləsinin bağlanmaması, gecikən maaşlar) aşkar edibsə, işçinin şikayətdən imtinası yalnız fərdi əmək mübahisəsinin həllini dayandıra bilər. Müfəttişlik araşdırma zamanı İnzibati Xətalar Məcəlləsinin tələblərinin (məsələn, 192-ci maddə üzrə qeyri-leqal əmək fəaliyyəti) pozulduğunu təsbit edən akt tərtib edibsə, işəgötürən cərimələnir. Şikayətin geri götürülməsi yazılmış inzibati cərimə protokolunu və tətbiq edilən cəriməni qüvvədən salmır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin göstərilən halları ilə razılaşaraq qeyd edir ki, məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. X4 tərəfindən heç bir inzibati xəta törədilmədiyi iddia edilsə də, iş materiallarından görünür ki, X7 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ƏMAS elektron sistemi ilə «xxxx» X11 elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, DƏMX-in göstərişi qanuni və məcburi xarakter daşıyır, Taner Özbek tərəfindən həmin göstəriş icra edilməmişdir, pozuntu obyektiv məlumatlarla – elektron sistem üzrə rəsmi çıxarışla təsdiq olunur, müəssisə tərəfindən pozuntunun aradan qaldırılmasını istisna edən və ya məsuliyyəti aradan qaldıran hər hansı əsaslı sübut təqdim edilməmişdir, bu səbəbdən də səlahiyyətli orqan tərəfindən Taner Özbek barəsində əsaslı qərar qəbul edilmişdir. Bununla da Taner Özbek hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Taner Özbek barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməyərək, Taner Özbək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirmədən saxlamışdır. Vəzifəli şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı əsaslı hesab etsə də, qanunun normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, Taner Özbek İXM-də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulan xətanı törətmiş, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən Taner Özbek barəsində tətbiq etdiyi inzibati cəriməni şərti olaraq tətbiq etməli olduğu halda etməmiş, bununla da qanunun norması düzgün tətbiq edilməmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Taner Özbek tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, Taner Özbekə İXM-nin 539.3-cü maddəsi ilə səlahiyyətli orqan tərəfindən tətbiq edilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərara əsasən təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Taner Özbekə izah edilməlidir. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Taner Özbekin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair *(*-**)- ****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. İXM-nin 116.1-ci maddəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Taner Özbekə İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş 1000 (min) manat miqdarında inzibati cərimə şərti tətbiq edilsin. Taner Özbekə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Taner Özbekə izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1713/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1713/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver