Məhkəmə qərarları › İş №3(3-6)-1716/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1716/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‒Respublikası‒adından Qərar Bakı‒şəhəri İş‒№‒3(3-6)-1716/2026 18.06.2026 BAKI‒APELLYASIYA‒MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə‒iclas‒katibi‒Əlizadə‒Xədicə‒Nahid‒qızının‒katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi, vəkil Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx” MMC 53399.50 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə‒hüquqi‒şəxsin‒ünvanında‒törədilmişdir. İş materiallarından görünür ki, "xxxx” MMC-in İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 53399.50 ABŞ dolları məbləğinin iyirmi faizi – 10.679.9 ABŞ dolları məbləğində‒inzibati‒cərimə‒tənbeh‒tədbiri‒tətbiq‒edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi, vəkil Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini‒və‒iş‒üzrə‒icraata‒xitam‒verilməsini‒xahiş‒etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, cəmiyyət tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin protokolda göstərilir ki, xxxx MMC tərəfindən ##.##.2024-cü il tarixdə 53 399.50 ABŞ dollarıməbləğində vəsait xaricə köçürülmüş və guya 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait müqabilində mallar (xidmətlər) ölkəyə idxal edilməmişdir. 1) ## ###### 2023cü il trixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 53399,50 ABŞ dolları; 2) ## ###### 2024-cü il tarixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 47378,5 ABŞ dolları; 3) ## ###### 2023-cü il tarixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 22885,5 ABŞ dolları; 4) ## ###### 2023-cü il tarixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 2756 ABŞ dolları; 5) ## ###### 2024-cü il tarixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 47378,5 ABŞ dolları; 6) ## ##### 2024-cü il tarixli HM******** saylı müqavilə əsasında ##.##.2024-cü il tarixdə 17213,45 ABŞ dolları. Beləliklə 06 dəfəyə bank vasitəsilə cəmi 191011,45 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. a) 76,285 ABŞ dollarıHM******** saylı müqavilə əsasında iki dəfəyə; b) 94757 ABŞ dollarıHM******** saylı müqavilə əsasında iki dəfəyə; c) 2756 ABŞ dollarıHM******** saylı müqavilə əsasında köçürülmüşdür. d) 17213,45 ABŞ dollarıHM******** saylı müqavilə əsasında köçürülmüşdür. Nəzərə alınmalıdır ki, ## ###### 2023-cü il tarixli HM******** saylı müqavilə əsasında iki dəfəyə 76285 ABŞ dolları (53399,5+22885,56) bank vasitəsilə xaricə köçürülmüş, lakin bu müqavilə əsasında köçürülmüş məbləğin 53399,50 ABŞ dolları həcmində vəsaitin ölkəyəidxal edilmədiyi Mərkəzi Bankın tərtib etdiyi inzibati protokolunda qeyd edilməklə rəsmiləşdirilmişdir. Müqavilələr üzrə köçürülmüş pul vəsaitlərinə uyğun olaraq idxal edilmiş mallar üçün ## #### 2024-cü il tarixindən ## #### 2024-cü il tarixinədək ümumilikdə 31 ədəd gömrük bəyannaməsinin surətləri sübut növü olaraq müvafiq qaydada Məhkəməyə təqdim edilmişdir. Yük gömrük bəyannamələri tərtib edilərək təqdim olunmasına baxmayaraq, gömrük orqanları tərəfindən YGB-lərin rəsmiləşdirilməsi zamanı texniki səhvə yol verilmiş, sənədlərdə hər bir məbləğə aid olan ayrı-ayrı müqavilələrin nömrə və tarixləri deyil, səhvən bəyannamələrdə müqavilə nömrələri qeyri-dəqiq (əslində hamısında nömrə 001 kimi yazılıb) qeyd edilmişdir. Nəticə etibarilə, inzibati xəta hadisəsi faktiki olaraq baş verməmiş, yalnız texniki səhv nəticəsində sənədlərin uyğunlaşdırılmasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən Mərkəzi Bank tərəfindən təqdim olunan məlumatlar düzgün analiz edilməmişdir. “xxxx” MMC tərəfindən müvafiq sənədlər Mərkəzi Banka təqdim edilmiş, aparılmış araşdırma nəticəsində müqavilələrdə göstərilən məbləğlərə (yəni xaricə köçürülən) uyğun malların ölkəyə idxal olunduğu sübutlar (bəyannamələr) əsasında müəyyən edilmişdir. Bununla yanaşı, texniki səhv nəticəsində gömrük bəyannamələrində müqavilə nömrələrinin səhv olaraq qeyd olunması səbəbindən, yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə gömrük orqanına müvafiq müraciət edilmişdir. Müqavilə tələblərinə və ödənişlərə uyğun olaraq satıcı şirkət müxtəlif vaxtlarda və müxtəlif həcmlərdə malları göndərmişdir. Müqavilələr əsasında MMC-nin adınaölkə ərazisinə idxal edilmiş mallara görə toplam 31 ədəd Gömrük bəyannamələri tərtib edilmişdir. Lakin bəyannamələr tərtib edilərkən yanlışlıqla (səhv) bütün mallar bir müqavilə üzrə gömrük bəyannaməsində qeyd olunduğu üçün, digər müqavilələr üzrə ixrac (köçürülmüş) edilmiş, yəni digər ödənişlər üzrə malların idxal edilməməsi kimi görünür. Mallar satıcı tərəfindən yüklənərkən hər bir müqaviləyə əsasən sənədlər əsasında ayrılmamış (bölünməmiş), ümumi olaraq satıcıya (mal göndərənə) köçürülmüş pul vəsaitinin ümumi toplam dəyərinə qarışıq formada mallar göndərilmişdir. Əslində MMC tərəfindən6 (altı) dəfəyə cəmi 191011,45 ABŞ dolları bank vasitəsilə müqavilələr əsasında köçürüldüyü üçün, ## ##### 2024-cü il tarixdən başlayaraq ## #### 2024-cü il tarixinə qədər DGK-də müvafiq qaydada rəsmiləşdirilmiş31 ədəd “Gömrük bəyannamələri” əsasında ölkəyə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin adına 191019,80 manat məbləğində mal idxal edilmişdir (Bu barədə ##.##.2026-cı il tarixdə Mərkəzi Banka, ##.##.2026-cı il tarixdə “xxxx” ASC-yə və DGK-nə rəsmi məktublarla müraciət ünvanlanmışdır). Eyni zamanda MMC tərəfindən ## ##### 2026-cı il tarixdə AR DGK-nin sədrinə ərizə ilə müraciət edilmişdir. ‒ Ərizədə “xxxx” şirkəti tərəfindən,MMC-nin adına‒gələn‒yeklər‒üçün‒31‒ədəd‒bəyannamələrin‒tərtib‒olunduğu‒bildirilmişdir.‒Ümumi‒olaraq 04 (dörd) ədəd müqavilənin (nömrələr fərqli olmaqla) bağlanıldığı, lakin bəyannamələrin hamısı bir müqavilə üzrə (yəni ##.##.2024-cü il tarixli HM******** saylı) rəsmiləşdirilmişdir. DGK-nin sədrindən bu faktları (yəni texniki səhvləri) nəzərə alaraq 15 ədəd gömrük bəyannamələrində müvafiq düzəlişlərin edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Yuxarıda qeyd edildiyi kimi 191011,45 ABŞ dolları məbləği həcmində malın MMC-nin adınaölkəyə idxal edilməsi məqsədilə müqavilələrin nömrələri 1) HM20231229, 2) HM20240122, 3) HM20240123 və 4) HM20240422 olduğu halda və31 ədəd gömrük bəyannamələri üzrə cəmi 191011,45 ABŞ dolları məbləğində MMC-nin adına ölkəyə malidxal edilməsinə baxmayaraq, gömrük bəyannamələrin hamısı bir müqavilə üzrə (##.##.2024-cü il tarixi və müqavilənin nömrəsi – HM20240122 göstərilmişdir) rəsmiləşdirilib. Bu səbəbdən MMC rəhbərliyi DGK-nə müraciət ünvanlayaraq aşağıda qeyd olunan15 ədəd Gömrük bəyannamələrində aşağıdakı məzmunda düzəlişlər edilməklə bəyannamələrdə aşağıdakı müqavilə nömrələrinin və tarixlərinin qeyd edilməsi xahiş edilmişdir: “xxxx” şirkətindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adına gələn yüklər üçün bəyannamələr tərtib edilmişdir. Ümumi olaraq 4 müqavilə bağlanılmış, lakin, bəyannamələr hamısı 1 müqavilə (HM20240122/22.0L2024) üzrə rəsmiləşdirlib. Bunları nəzərə alaraq zəhmət olmasa aşağıda qeyd edilmiş bəyannamələrdə müvafiq düzəlişlərin edilməsinə köməklik göstərəsiniz. Müqavilənin nömrəsi Müqavilənin tarixi 1 01241000112708 240408317 HM20240422##.##.2024 2 01241000142714 240408317 HM20240422##.##.2024 3 01241000255351 240408317 HM20240422##.##.2024 4 01241000135144 240101032 HM2023122929.12.2023 5 01241000135165 240101032 HM2023122929.12.2023 6 01241000135167 240101032 HM2023122929.12.2023 7 01241000135168 240101032 HM2023122929.12.2023 8 01241000138228 240101032 HM2023122929.12.2023 9 01241000139820 240101032 HM2023122929.12.2023 1001241000139830 240101032 HM2023122929.12.2023 1101241000139839 240101032 HM2023122929.12.2023 1201241000142669 240101032 HM2023122929.12.2023 1301241000202779 240101032 HM2023122929.12.2023 1401241000202780 240101032 HM2023122929.12.2023 1501241000202781 240101032 HM2023122929.12.2023 Məhkəmə nəzərə almalıdır ki, yuxarıda qeyd olunan 15 ədəd gömrük bəyannamələrdən 03 ədədi HM******** nömrəli müqavilə üzrə 12 ədəd gömrük bəyannaməsində isə HM******* nömrəli olduğu halda, yəni gömrük bəyannamələrinin hamısındasəhvən tarix ##.##.2024 müqavilə nömrəsi isə 001 göstərildiyi üçün bank bu texniki səhvlərə əsasən hesab edir ki, ölkədən mal gətirmək üçün ixrac edilən (xaricə köçürülən) vəsaitlərə görə mallar, yaxud pul vəsaitləri geri ölkəyə daxil olmamışdır. Əslində işin faktiki halları ilə məlumolur ki, 31 ədəd gömrük bəyannamələrinin hamısında səhvən eyni müqavilə nömrəsi yazıldığı səbəbindən qeyd olunan anlaşılmazlıq faktı ortaya çıxmışdır. Əslində inzibati xəta faktı baş verməmişdir. Çünki 4 (dörd) ədəd müqavilələr əsasında ölkədən cəmi 191011,45 ABŞ dolları həcmində vəsait ixrac məqsədilə ölkədən çıxarılmışdır. Eyni zamanda 31 ədəd gömrük bəyannamələri üzrə MMC-nin adına ölkəyə eyni vəsait həcmində və dəyərində mal ölkəyə idxal edilmişdir. Belə bir təkzib olunmaz faktlar ortada olduğu halda, inzibtai xəta hadisəsi baş verməmişdir. Bu halda yalnız texniki səhvə yol verilmə faktı mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Odur ki, Məhkəmədən xahiş edirəm, qeyd olunan qərar EMS-də ##.##.2026-cı il tarixdə yerləşdirildiyi üçün şikayətin verilmə müddəti bu tarixdən hesablanmaqla nəzərə alınsın. Nizami Rayon Məhkəməsi İXMnin 430.4-cü maddəsi əsasında MMC-ni təqsirli hesab edərək 53399.50 ABŞ dolları məbləğinin iyirmi faizi – 10.679.9 ABŞ dolları məbləğində inzibati cərimə olunmasına dair qərarı ilə razı deyilik. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında qeyd olunur ki, ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən «xxxx” MMC 53399.50 ABŞ dolları‒məbləğində‒olan‒vəsaiti‒bank‒hesabından‒##.##.2024-cü‒il‒tarixdə‒Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bildirilir ki, Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə istinad edilməklə inzibati protokol tərtib edilmişdir. Nəzərə alınmamışdır ki, xxxx MMC tərəfindənmüqavilələr üzrə köçürülmüş valyuta vəsaitləri müqabilində mallar faktiki olaraq ölkəyə idxal edilmiş, buna dair 31 ədəd gömrük bəyannaməsi və digər təsdiqedici sənədlər Məhkəməyə və Mərkəzi Banka təqdimolunmuşdur. Həmçinin nəzərə alınmamışdır ki, gömrük bəyannamələrində eyni müqavilə nömrəsinin qeyd olunması gömrük orqanları əməkdaşların və gömrük brokerlərin tərəfindən yol verilmiş texniki səhvdən irəli gəlmiş, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanına müraciət edilmişdir. Məhkəmə tərəfindən də işin faktiki halları tam araşdırılmadan, təqdim olunmalıəlavə sübutların toplanması və qiymətləndirilməsi‒təmin‒edilməmişdir Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş barəsində qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında mallar Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. Hazırda həmin idxal əməliyyatları üzrə yük gömrük bəyannamələrinin müvafiq banka təqdim edilməsi və ödənilmiş avans məbləğinin tam bağlanmasını təsdiq edən arayışın əldə olunması məqsədilə bankla zəruri əlaqələndirmə işlərinin aparılmasına ehtiyac yaranmışdır. Qeyd olunan sənədin əldə edilməsi iş üzrə əhəmiyyət kəsb etdiyindən və onların məhkəməyə təqdim olunması üçün əlavə vaxta ehtiyac olduğundan, ##.##.2026-cı il tarixə saat 10:45-ə təyin edilmiş məhkəmə iclasının‒başqa‒tarixə‒təxirə‒salınmasını‒xahiş‒edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdirlər. Məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, "xxxx” MMC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin "xxxx” MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” ASC-dəki bank hesabından ##.##.2024-cü il tarixdə 53399.50 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il ərzində həmin vəsaitin hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilməmişdir. Mərkəzi Bank tərəfindən rəsmi bildiriş verilərək əməlində qeyd edilənlərlə bağlı inzibati xəta tərkibinin olmasını istisna edən sübutlarını təqdim etməsi təklif edilsə də, «xxxx” MMC tərəfindən belə sübutlar təqdim olunmamışdır. Bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada‒əməliyyatlarının‒aparılması‒Qaydaları”nın‒müvafiq‒tələbləri‒pozulmuşdur. Protokol tərtib edən orqanlar Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 53399.50 ABŞ dolları məbləğində vəsaiti ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 53399.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş‒və‒ya‒həmin‒məbləğdə‒valyuta‒vəsaiti‒geri‒qaytarılmamışdır.‒ Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsin 53399.50 dolları məbləğində vəsaiti ## ###### 2024-cü il tarixində avans olaraq Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməyini, lakin 53399.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməməsini nəzərə alaraq, həmin hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Apellyator apellyasiya şikayətində həmin malların gömrük bəyannamələrinin məhkəməyə təqdim edilməsinə şərait yaradılmamasına dair fikirləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu fikirlər müdafiə xarakteri daşıyır və apellyatorun dəlilinin əsassız olduğuna dəlalət edir. Çünki, birinci instansiya məhkəməsində təqdim edilməmiş olsa belə hazırki apellyasiya icraatı zamanı da həmin sənədlər təqdim edilməmişdir ki, bu da şikayətin əsassız‒olduğunu‒sübut‒edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi, vəkil Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı hüquqi şəxsin nümayəndəsi, vəkil Vəkil tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya‒protest‒verilə‒bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar