Məhkəmə qərarları › İş №3(3-6)-1720/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1720/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1720/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından X8 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər Idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən “xxxx” MMC tərəfindən X1 ##.##.2025-ci il tarixdən, X3 ##.##.2025-ci il tarixdən, X5 ##.##.2025-ci il tarixdən hazırkı tarixədək “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər Idarəsinin məsləhətçi - əmək müfəttişi X6 tərəfindən “xxxx” MMC-nin barəsində ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ədalət mühakiməsinin tələblərinə cavab vermir və apellyasiya qaydasında ləğv edilməlidir. Çünki məhkəmə işin hallarını nəzərə almamış, inzibati xəta haqqında işə formal yanaşmışdır. Inzibati xəta haqqında icraatın gedişində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, iş icazəsinin qüvvədə olduğu müddət ərzində əmək müqaviləsi bildirişi mövcud olmamış, sistemə daxil edilməmişdir. Belə olduğu halda, məhkəmənin bu faktı nəzərə almaması işin düzgün araşdrılmamasına səbəb olmuş, nəticədə düzgün olmayan qərara qəbul edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - X1 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X1 ## #### 2024-cü il tarixdə “xxxx” MMC-də qaynaqçı vəzifəsinə iş qəbul olmuş və “xxxx” MMC tərəfindən Cəbrayıl şəhərində inşa edilən binalarda çalışmışdır. ## ###### 2025-ci il tarixində öz xahişi əsasında imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona son haqq-hesab ödənilmişdir. Cəmiyyətə qarşı hər hansı iddia və tələbi yoxdur. ## ###### 2025-ci il tarixindən sonra “xxxx” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi zonasında əmək fəaliyyətinə cəlb edilməmişdir. - X4 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli teleqramdan görünür ki, o, ##.##.2024cü il tarixində “xxxx” MMC-də qəlibçi vəzifəsinə iş qəbul olmuş və “xxxx” MMC tərəfindən Ağdam şəhərində inşa edilən binalarda çalışmışdır. ##.##.2025-ci il tarixində öz xahişi əsasında imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyətə qarşı hər hansı iddia və tələbi yoxdur. ##.##.2025-ci il tarixindən sonra “xxxx” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi zonasında əmək fəaliyyətinə cəlb edilməmişdir. - X5 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli teleqramdan görünür ki, o, ##.##.2025ci il tarixində “xxxx” MMC-də suvaqçı vəzifəsinə iş qəbul olmuş və “xxxx” MMC tərəfindən Ağdam şəhərində inşa edilən binalarda çalışmışdır. ##.##.2025-ci il tarixində öz xahişi əsasında imzalanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona son haqq-hesab ödənilmişdir. Cəmiyyətə qarşı hər hansı iddia və tələbi yoxdur. ##.##.2025-ci il tarixindən sonra “xxxx” MMC tərəfindən “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi zonasında əmək fəaliyyətinə cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan X1, X3 və X5 “xxxx” MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası IXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar