Məhkəmə qərarları › İş №3(3-6)-1722/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1722/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1722/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 253.2ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Qərarından şikayət verilən orqan ** saylı Ragional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə şikayət təmin edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Ragional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından narazı qalan Qərarından şikayət verilən orqan ** saylı Ragional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayəti etmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Nəticədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə yekun nəticəyə gəlmək üçün məhkəmə bütün sübutlar hərtərəfli araşdırılmalı, inzibati xəta haqqında tərtib olunmuş protokol tədqiq edilməli, inzibati xəta törədilməsi güman edilən şəxsin bu protokolu imzalaması, qeydlər verib-verməməsi tədqiq edilməli, o cümlədən inzibati xətaya dair protokol tərtib etmiş şəxsin və olduğu halda şahidlərin izahatları alınmalı və yalnız bundan sonra həmin sübutlara, onların kifayət etməsi baxımından qiymət verilməli və müvafiq olaraq qərar qəbul edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Belə ki, Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2025-ci il tarixli şahid2 izahatı, ##.##.2025-ci il tarixli X1 izahatı, ##.##.2025-ci il tarixli şahid3 izahatı, ##.##.2025-ci il tarixli raport və ##.##.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokolda göstərilən məlumatlar iş üzrə əhəmiyyət kəsb etməklə yanaşı, həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə uzlaşmır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi əsası kimi 04 ədəd meyvə ağacı və 04 ədəd kol bitkisinin kəsilərək məhv edilməsi çıxış etdiyi halda, apellyasiya şikayətinə əlavə edilmiş və yuxarıda göstərilən izahatlardan 6-7 ədəd ağacın kəsilməsi müəyyən edilir. Bundan başqa, apellyasiya baxışı zamanı Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş cədvəlin surətindən (dəymiş ziyanın həcmi barədə) görünür ki, 04 ədəd ağac və 04 ədəd kol bitkisi ilə bağlı vurulmuş ziyan 4.680 manat təşkil edir. Məsələ ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs) heç bir ağac və kol bitkisini kəsmədiyini və məhv etmədiyini, əksinə cəmi bir ağacı budadığını bildirsə də, Səbail RPI-nin 39-cu Polis bölməsində dindirilən şəxslər 6-7 ağacın kəsildiyini bildirmişlər. Lakin izahatı alınmış şəxslər kəsildiyini iddia etdikləri 6-7 ağacın hansı ağaclardan ibarət olmasını, habelə ağacların kəsilməsinin nədə ifadə olunduğu bildirməmişlər. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan və yuxarıda göstərilən ziddiyyətli hallara aydınlıq gətirmədən ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, şübhələrin aradan qaldırılması üçün bütün zəruri prosessual hərəkətlər etməli və son nəticədə sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya şikayətinə əlavə edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, şəxs özü tərəfindən əkilmiş heyva ağacı çox hündür vəziyytə gəldiyi üçün həmin ağacın qolbudağını ağaca qulluq məqsədilə kəsdiyini bildirmişdir. Bundan başqa, şahid2, X1, şahid3 tərəfindən verilmiş izahatlardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağaclar kəsilmiş və ya budanmışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi həmin halları araşdırmadan, izahat vermiş şəxsləri məhkəmə iclasında dindirmədən, mövcud ziddiyətləri aradan qaldırmadan, habelə ağacların budanması və kəsilməsi hadisəsinin olub-olmamasını araşdırmadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tərəflərin iştirakını təmin etməklə birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlar əsasında işin hallarını yenidən araşdırmalı, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirli olubolmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutların təqdim edilməsini töəmin etməli, bundan sonra işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və buna müvafiq olaraq qərar qəbul etməldir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verlmiş apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəmə iclası zamanı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, qeyd olunan ərazi “Təqaüdçü” Kooperativinə məxsusdur. 40 ildir ki, həmin həyətdə yaşayır və binanın həyətindəki asfalt qatını çəkdirmiş, ağacları özü əkmişdir. Həyətdə olan 2 ədəd (heyva və əzgil) ağaclarına qulluğu daim özü edir. Heyva ağacının da budaqları çox uzandığı üçün budamışdır. Hər hansı ağacı məhv etməmiş, sadəcə budamışdır. Ağacı kəsmək və budamaq iki fərqli anlayışlardır. Ağaclar budanandan təxminən 20 gün sonra Mənzil Komunal Istismar sahəsi guya həmin ərazidə təmizlik işləri aparacağını bildirmişlər. Halbuki, ordakı təmizlik işləri həmişə bina sakinləri tərəfindən həyata keçirilir. Daha sonra ağac kəsilməsi ilə bağlı polisdə araşdırılma aparıldığı müəyyən olundu. Lakin ağac yerindədir, kəsilməmişdir. Göstərilənləri nəzəzə alaraq barəsində Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan ** saylı Ragional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. ##.##.2024-cü il tarixdə Səbail rayonu 39-cu Polis Bölməsindən məlumat daxil oldu ki, Nizami küçəsində yaşayış binasının qarşısında qanunsuz olaraq ağac kəsilmişdir. ##.##.2024-cü il tarixində kəsilmiş ağacların sayı və təbiətə dəymiş ziyan haqqında akt tərtib edib polis bölməsinə göndərmişəm. Daha sonra 39-cu Polis Bölməsindən məlumat daxil oldu ki, ağacları kəsən şəxs Qərardan şikayət verən orqan (şəxs)dur. Polis bölməsində vətəndaşlar Qərardan şikayət verən orqan (şəxs), şahid2, şahid3 və X1 dindirilmişdir. Əməldə inzibati xəta olduğu üçün ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinə ünvanlanmışdır. Mən vətəndaş Qərardan şikayət verən orqan (şəxs) Idarəyə dəvət etdikdə o mənə ağac kəsmədiyini, ağacı budadığını bildirdi. Mən isə ona onu ağac kəsən yerdə görmədiyimi, Polis Bölməsindən daxil olmuş sənədə əsasən dəvət etdiyimi bildirdim. Polis Bölməsinin rədd qərarı ##.##.2025-ci il tarixində qəbul edilsə də, ##.##.2025-ci il tarixində daxil olmuşdur. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini və Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025- ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. mən * saylı MKIS-də dalandar vəzifəsində işləyirəm. Həmin gün mənim istirahət günüm idi, ancaq işə gəlmişdim. Ərazidə kəsilmiş ağac budaqları gördüm, rəhbərliyə ərazidən götürülməsi üçün məlumat verdim. Budaqları kimi kəsdiyi barədə ətrafdan maraqlandıqda avtomobil yuyucu məkanında vətəndaş mənə həmin şəxsin Qərardan şikayət verən orqan (şəxs) olduğunu bildirdi. Lakin bildirmək istəyirəm ki, ağaclar yerindədir, kəsilməyib, budanıb. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. mən * saylı MKIS-də işləyirəm. Həmin gün dalandar mənə telefon vasitəsilə zəng edib bildirdi ki, ərazidəki ağaclar budanıb. Əraziyə gəldim və ağacların kəsilmədiyini, ortadan budandığının şahidi oldum. Mən orda kəsilmiş ağac görməmişəm. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 izahatında göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. Mən ərazidə mühafizəçi işləyirəm. X2 dəvət etdilər səhvən orda ağacların kəsilməsini yazaraq izahatıma imza atmışam. Lakin ağaclar yerindədir, kəsilməyib, budanıb. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli arayışdan görünür ki, sözügedən ərazidə ağaclar budanmış, qulluq göstərilən zaman hər hansı ağac kəsilib və ya məhv edilməmişdir. Iş materiallarında olan Səbail Rayon Polis Idarəsinin 39-cu Polis Bölməsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanması rədd edilərək Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Qərarından şikayət verilən orqan ** saylı Ragional Ekologiya və Təbii Sərvətlər Idarəsinə göndərilmişdir. Iş materiallarında olan Qərarından şikayət verilən orqan tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli, ***** saylı aktdan görünür ki, ##.##.2025- ci il tarixdə ünvan 1 ünvanında 04 (dörd) ədəd meyvə ağacının (dm-5sm, 10sm, 10 sm, 11 sm) və 04 (dörd) ədəd kol bitkisi kəsilərək məhv edilmişdir. Araşdırma nəticəsində “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun Yaşıllıqların götürülməsi qaydasının pozulduğu müəyyən edilmişdir. Araşdırma nəticəsində 2 (iki) nüsxədən ibarət akt tərtib edilmiş və ərazidə çəkilən foto şəkillər akta əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Səbail Rayon Polis Idarəsinin 39-cu Polis Bölməsi tərəfindən ##.##.2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilməsinə baxmayaraq, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 38 və 53-cü maddələrinin tələbləri pozularaq inzibati məsuliyyətə cəlb etmə müddəti keçsə də (cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər) ## ###### 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər polis bölməsində verdikləri izahatdan fərqli ifadə verərək, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağacların kəsilməsinə şahid olmadıqlarını, sözügedən ərazidə budanmış ağacların olduğunu qeyd etmişlər. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində obyektiv və hərtərəfli araşdırma aparılmadan, həmçinin inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə diqqət yetirmədən ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar