Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1725/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Polis Idarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 347-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə səlahiyyətli orqan tərəfindən göndərilən sorğudan görünür ki, həmin sorğu Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvanına göndərilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 km-dir. Bu barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı hazırkı şikayətə əlavə edirik. Bu fakt səlahiyyətli orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür, belə ki, həmin protokolda da şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 km qeyd edilmişdir. Eyni zamanda, məhkəmə iclası zamanı e-məhkəmə portalı vasitəsilə əyani qaydada şirkətin VÖEN nömrəsi yazılaraq hüquqi ünvanın e-məhkəmə portalında da həmin ünvan olması sübut olunmuşdur. Hətta məhkəmə, məhkəmə iclası barədə özünün göndərdiyi bildirişi də səhv ünvana Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 87, m.5 ünvanına göndərmiş, iş materiallarında olan poçt bildirişindən görünür ki, təbii ki, həmin ünvan bizə aid olmadığından, xəbərnamədə “qapı bağlı olduğu üçün təhvil verilməyib” qeydi yazılmışdır. Xəbərnamədən görünür ki, müvafiq sorğu yanlış ünvana göndərilmiş və cəmiyyətə aidiyyəti olmayan şəxs (E.Yusifov) tərəfindən imzalanaraq qəbul edilmişdir. Beləliklə səlahiyyətli orqanın göstərilən sorğusu həmin Cəmiyyətə daxil olmamışdır. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə tətbiq edilir. Iş materialları əsasında müəyyən edilmişdir ki,: - səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı sorğusunda həmin Cəmiyyətin mülkiyyətində olan “Audi A6 minik” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2026-cı il tarixdə saat 12:40-da Bakı-Qazax- Gürcüstan yolu ərazisində nəqliyyat vasitəsini idarə edərkən IXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində səlahiyyətli orqana məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - Iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, səlahiyyətli orqanın yuxarıda qeyd olunan sorğusu ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən işin faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqan tərəfindən göndərildiyi qeyd edilmiş sorğunu ## #### 2026-cı il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada verilmiş kimi qəbul edərkən haqlı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirdiyi, iş üzrə inzibati xəta haqqında protokola əlavə edilmiş müvafiq sənədlər üzrə həmin protokolun məzmununa uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni Azərbaycan Respublikası IXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməsi və həmin Cəmiyyət barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirini tətbiq etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apelyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1725/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1725/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver